پنجره دو جداره مراغه آرتین یو پی وی اس Artin upvc جهت تماشای کارتون کلیک کنید

کارگاه تولید و نصب درب و پنجره دو جداره و تعویض پنجره قدیمی با دوجداره در تبریز و مراغه 09149742826 حامدی

پنجره دو جداره مراغه آرتین یو پی وی اس Artin upvc

کارگاه تولید و نصب درب و پنجره دو جداره و تعویض پنجره قدیمی با دوجداره در تبریز و مراغه 09149742826 حامدی

✔مناسب ترین قیمت درب و پنجره دو جداره
✔طراحی ، ساخت و نصب انواع مدل پنجره دو جداره
✔استفاده از پروفیل های استاندارد ضد زرد شوندگی با مقاومت بالا همراه با تقویت داخلی گالوانیزه یک
✔شیشه دو و سه جداره صنعتی با گاز و بدون گاز
✔یراق ترک و آلمانی تک حالته دو حالته فولوکس واگنی
✔استعلام قیمت در و پنجره دو جداره، قیمت پنجره دو جداره مارک خوب
✔توری پلیسه ضد باکتریال
✔آماده همکاری با سازندگان و انبوه سازان محترم

دنبال کنندگان ۷ نفر
این وبلاگ را دنبال کنید
کلمات کلیدی

قشنگ ترین مداحی صوتی برای ماشین

جمعیت روستای کاسین ورزقان

جمعیت روستای طالبخان مراغه

رصدخانه مراغه در چه قرنی ساخته شد

رصد خانه چیست

اولین رصد خانه در کجا ساخته شد

قیمت پنجره دو جداره مارک خوب

قیمت پنجره دو جداره

استعلام قیمت در و پنجره دو جداره

دانلود کارتون باب اسفنجی شلوار مکعبی دوبله فارسی

نوحه های سید طالع باکویی

دانلود نوحه با کیفیت بالا برای ماشین

گلچین بهترین مداحی ها برای ماشین

مداحی محمدحسین پویانفر

دانلود مداحی من ایرانمو تو عراقی

دانلود اهنگ های جوان پسند برای ماشین

دانلود آهنگ های پرطرفدار جدید شاد برای ماشین

دانلود آهنگ های پرطرفدار جدید شاد برای رقص

دانلود آهنگ های خاص و کمیاب

دانلود آهنگ شاد برای ماشین ریمیکس طولانی

فیلم سینمایی ترکی عاشقانه بدون سانسور

لیست فیلم های سینمایی ترکیه ای عاشقانه

فیلم سینمایی ترکی عاشقانه بدون سانسور با بازی هانده ارچل

فیلم ترکیه ای عاشقانه جدید بدون سانسور با زیرنویس فارسی

دانلود فیلم سینمایی عاشقانه گریه دار ترکیه ای

بهترین فیلم های سینمایی ترکیه ای عاشقانه زمان خوشبختی

بهترین فیلم های سینمایی ترکیه ای عاشقانه دوبله فارسی

دانستنی ها و اطلاعات عمومی خواندنی

جملات انگیزشی کوتاه

نماز وحشت چند رکعت است و چگونه خوانده می شود؟

  • ۰
  • ۰

 

 ما در این مقاله سعی کردیم بیش از ۴۶۰۰ ضرب المثل ترکی کوتاه، ضرب المثل ترکی قدیمی، ضرب المثل ترکی بی ادبی، ضرب المثل ترکی با جواب ضرب المثل ترکی ایرانی و ضرب المثل ترکی کنایه دار را جمع آوری کنیم
 

 

  1. Qonaq əvvəl gələndə gül üstə oturar, sonra gələndə çul üstə, üçüncü dəfə gələndə kül üstə
  2. Dünya yarandığından belə yazmış - eniş yoxuş Dünyanı basmış, birin asmış, birin yasmış
  3. Xanım-xanım dedilər, axçacığım yedilər, eylə ki, axşam qurtardı, zır tut xanım, dedilər
  4. Çayır dedi: yeddi il leylək yuvasında qaldım, yerə düşüb yenə atamın vətənini itirmədim
  5. Bağda ərik var idi, salam-məleyik var idi; Bağdan ərik qurtardı, salam-məleyik qurtardı
  6. Xalvar sənin evində, talvar sənin evində, daş vurarsan toz çıxar, nə var sənin evində?
  7. Dağlar dağımdır mǝnim, qǝm ovlağımdır mǝnim, dindirmǝyin ağlaram, yaman çağımdır mǝnim
  8. Ağ almanı soyarlar, ağ boşqaba qoyarlar,
    Çağrılmamış qonağı, qaş qabaqla qovarlar
  9. Fərsiz övlad altıncı barmaq kimidir, kəsərsən ağrıdar, saxlarsan – eybəcər göstərər
  10. Dar küçədən keçmərəm, çadramı yellətmərəm, adımı qız qoymuşam, dul kişiyə getmərəm
  11. Bəy don geydi, hamı dedi: mübarək olsun, Yoxsul geydi, hamı dedi: hardan gətirdin?!
  12. Havar sənin evində, davar sənin evində Daş vurusan toz qopur, nə var sənin evində?
  13. Dedilər: Molla, aş aparırlar Dedi: mənə nə! Dedilər: Sizə aparırlar Dedi: sənə nə!
  14. Üzərliksən varsan, yetmiş dərdə davasan, o yerdə ki, varsan, qada-balanı qovarsan
  15. Gələndə yel gətiri, el gətiri, sel gətiri, gedəndə yel aparı, el aparı, sel aparı
  16. Ey fələk, batmanı eylədin çərək Hamıya verdin qovun, qarpız, mənə verdin yelpənək
  17. Güvəs daşa toxunsa - vay güvəsin halına, daş güvəcə toxunsa - vay güvəcin halına
  18. Bir baş yaxşıdır, iki baş ondan yaxşıdır, İki göz görür, dördü ondan yaxşı görür
  19. Pis övlad altıncı barmaq kimidir-kəsərsən, ağrıyar, kəsməzsən, eybəcər göstərər
  20. Evin yıxılsın Müşküllü Məmməd, ayının böyüyünü burda qoyub gedib meşədə axtarır
  21. Dünyanı tutanmasan, ölümdən qaçanmasan çalış olduğun yaşa, günün xoşa vur başa
  22. Dünün ötmüş, günün gəlmiş əlində, yarın üçün bəklənməz, gələr gəlməz bəllənməz
  23. Dəliyə dedilər: - Nə üçün dəli olmusan? Dedi: - Ağıllıların dərdini çəkməkdən!
  24. Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar
  25. Ağlayanda elə ağla ki, əzizi ölmüş kimi, güləndə elə gül ki, əzizi gəlmiş kimi
  26. Dedilər: Əzrail uşaq paylayır Dedi: Özününkü özünün olsun, mənimkinə dəyməsin
  27. Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir
  28. Bir dəfə aldanmışda qəbahət aldadanın, iki dəfə aldanmışda qəbahət aldananın
  29. Səbir ilə halva bişər, ey qora, səndən Bəsləsən atlas olar tut yarpağından
  30. Səbir ilə halva bişər, ey qora, səndən Bəsləsən atlas olar tut yarpağından
  31. Ləzgiyə dedilər:can şirindi, bəkməz? Dedi: İki dostun arasına girmək olmaz
  32. Bağdadda eşşək bir xiyar qiymətindədi, amma onu gətirmək gəmi qiymətindədi
  33. Ala itin balası qara olar, yanılsa boynu ala olar, hürəndə anası kimi olar
  34. Xoruz silkələnsə, bir çəngə tük olar, dəvə silkələnsə, bir ulağa yük olar
  35. Övlad bir turş almaya bənzər, yeyənin dişi qamaşar, yeməyənin könlü istər
  36. Namussuz qohum qoltuq yarasıdır, nə açıb göstərmək olur, nə qoparıb atmaq
  37. Hacılar Məkkəyə getdi - qapıları açıq qoyun, gəldilər - qapıları bağlayın
  38. Dünya gözəli kimdir, qarğaya öz balası, qayğıya dözüm varsa, gəl balası
  39. Qorx payızdan - qabağınca qış gəlir, Qorxma qışdan - qabağınca yaz gəlir
  40. Qədirbilməzin başmağın cütləyəndə deyər: o yana dur, gözümü çıxartmışdın
  41. Vətən uğrunda qan, dostunuz uğrunda göz yaşı, ailəniz uğrunda tər tökün
  42. Vay o kişinin halına ki, yeməyi, içməyi saxlaya arvadının sonrakı ərinə
  43. Dün bu günü gələr gəlməz Düşünməmiş, günüm bu gün yarın hələ bəllənəmiş
  44. Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır
  45. Subay idim, sultan idim, adaxlandım, xan oldum, evləndim, xəndan oldum
  46. Subay idim, sultan idim, adaxlandım, xan oldum, evləndim, xəndan oldum
  47. Dün keçibdir gözlənməz, gün bu günDür bəklənməz, yarın gələr bəllənməz
  48. Dəli dəliyə dedi:bunun cavabını de Dəli dedi: doğrusu, mən də bilmirəm
  49. Bu gününnən çörək qazan, onu da Nurcahan yesin, dindirəndə yalan desin
  50. Siçana dedilər: - Bu deşikdən çıx, gir o deşiyə, beş min altun verək sənə! Siçan dedi; - Bunda nə var, mənzili yaxın, pulu çox?!
  51. Qələndər dərd əlindən dağa çıxıb, görən deyir: bəxtəvər yaylağa çıxıb
  52. Eşşəkdən soruşurlar: "Niyə bərk qaçırsan?", deyib "Bizləyəndən soruş"
  53. El bir olsa, dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən sındırar
  54. Düğün DüşDü Düğünə, deyənmədim ana, sənə olan ana, olsun mana qaynana
  55. Çirkinim, gözlə, gedim gözəl axtarım, tapmadım gözəlimsən ki, gözəlim
  56. Bağban əli dəyməyən bağı alaq basar, qadın əli dəyməyən evi qəm-kədər
  57. Ağzımı bir aş yandırsın ki, aş ola, başımı bir daş yarsın ki, daş ola
  58. Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən" Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən"
  59. Nanəcibə min dəfə yaxşılıq et, bir dəfə salam verməsən hamısı heçdir
  60. Dün əkmişsin günü gəlmiş dərirsin, bu gün əkdin yarın gəlsə dərirsin
  61. Özündə olmayanda qonşuya gedərsən, qonşuda olmayanda hara gedərsən?
  62. Öz evində öz başını bağlaya bilmir, özgə evində gəlin başı bağlayır
  63. Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də betərdir
  64. Həqiqi sevgi yaxşılıq görəndə artmayan, pislik görəndə azalmayandır
  65. Dünya dönür, yaşam çönür, sevənlərin özgələşir, özgələrin özünləşir
  66. Dünün ötmüş küllük külü savrulmaz, yarın yolda nə gətirər bəllənməz
  67. Düngü qapursun yarnı açursun, nəyni yapursun, anğa çatursun (Düngü:
  68. Dərviş odur ki, dünyanı tərk edə, fəqir odur ki, dünya onu tərk edə
  69. Başdan papaq aparan küləkdən kol-kosa heç nə olmaz, amma sərv sınar
  70. Bağ alma, bağlanarsan, dağ alma, dağlanarsan, qoyun al, yağlanarsan
  71. Arvad malı alçaq qapı kimidir, girəndə də başın dəyəcək, çıxanda da
  72. Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın
  73. Oğul yönlü olsa neynir ata malını, yönsüz olsa neynir ata malını?!
  74. Nə qədər uzaq olsa, yol yaxşıdır, nə qədər yaman olsa, el yaxşıdır
  75. Cahillikdə bəzənmədim, hayıf mənə, qocalıqda bəzənmişəm, ayıb mənə
  76. Bir kəndin ki, koхası mürdəşir ola, heç olar ki, orda хeyir iş ola
  77. Bağında gül var ikən – gül üzünə, bağında gül qurtardı – kül üzünə
  78. Adam adamdır, оlmasa da pulu, heyvan heyvandır, atlas оlsa da çulu
  79. Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz
  80. Yovşan olub arxanda dovşan yatınca, palıd ol kölgəndə sürü yatsın
  81. Uzaqdan baxırsan, sambalı xoşdu; yaxından baxırsan, quşqunu boşdu
  82. Gödək atıldı vurdu uzunun başına; uzun dedi: "əcəb yadıma saldın"
  83. Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı
  84. Ağzından sifdə çıxardanda gümüş çıxart, amma heç dinməsən qızıldı
  85. Siçan görəndə pələngə oxşayan pişik, pələng görəndə siçana dönər
  86. Siçan görəndə pələngə oxşayan pişik, pələng görəndə siçana dönər
  87. Qabağa keçirsən, deyirlər bicdir, dala qalırsan, deyirlər gicdir
  88. Evində tapmaz bir çürük darı, bardaş qurub oturar hamıdan yuxarı
  89. Dünün keçmiş unutqıl, yaşam sürsən indi sür, bəklə gələr yarının
  90. Aydınlıq olmayınca kişinin mindiyi atmıdır, eşşəkmidir, bilinməz
  91. Ağ gün hara gedirsən? Ağarmağa Qara gün hara gedirsən? Qaralmağa
  92. Adam var ki, yemək üçün yaşayır, adam var ki, yaşamaq üçün yeyir
  93. Adam var ki, adamların naxşıdı, adam var ki, eşşək ondan yaxşıdı
  94. Dünü unut, indiyə urut, yarına durut, ertirə umuq, ilgəri utut
  95. Dünə baxsan Dündəkini taparsan, ilgəri bax yeni yollar açarsan
  96. Qarı var - arpa unundan aş elər, qarı var - buğda unun daş elər
  97. Oduna gedər Daşdəmir, suya gedər Daşdəmir, üzüvü yusun mürdəşir
  98. Dünə dönsən Dündəkində batarsan, günə baxsan yarınları yararsan
  99. Deyib ki saat 2dise qızla danışırsansa üstünde ne var onu soruş
  100. Deyib ki saat 2dise qızla danışırsansa üstünde ne var onu soruş
  101. Bir işdə özünə on mənfəət varsa, xalqa bir zərər, o işi başlama
  102. Dündəkilər Dündə qaldı dalıda, quyu qazan kəndin bular çalıda
  103. Sıxıla-sıxıla cənnətə getməkdənsə, oynaya-oynaya cəhənnəmə get
  104. Sıxıla-sıxıla cənnətə getməkdənsə, oynaya-oynaya cəhənnəmə get
  105. Növbə yetimə çatanda ya hərifin pulu qurtarar, ya çırağın yağı
  106. Evlərə gedən qızın: qulaqları kar, dili lal, gözləri kor gərək
  107. Dünya malı elə girmiş başından, götü belə çıxmış onun yadından
  108. Dün keçib gedib, boşa ver gülüm, yoldadır yarın, budur çatacaq
  109. Dağ ola, duman ola, qırmızı tuman ola, mən olmayım, sən olasan
  110. Ah-vayla çıxar kasıbın canı, ölənəcən deyər: - Allah kərimdir!
  111. Dünyada ən çətin olan sözDür, anlamağıda çətin, anlatmağı da
  112. Yaxşı olanda "xanım elədi", pis olanda "kəniz elədi" deyərlər
  113. Xəstə yat xətir üçün, nanəcibə əl uzatma, bir tikə fətir üçün
  114. Sərv ağacı nə qədər uca olsa, əsli yoxdu, budağında bar olmaz
  115. Sərv ağacı nə qədər uca olsa, əsli yoxdu, budağında bar olmaz
  116. Qazan deyər: dibim qızıldır, Çömçə deyər: bulanmışam çıxmışam
  117. Fələyin belə-belə işləri çоx, aslanı ac gəzdirər, tülkünü tоx
  118. Eyib eyləmə eybəcərin eybinə, eyib edirsən öz eybinə eybi yox
  119. Dündəkilər Dündə qalı paslanı, hər günüvün yeni barı, öz dadı
  120. Dəli qız deyər:anasız olaydım, bədəsil gəlin deyər:qaynanasız
  121. Cənnəti istəmədi, cəhənnəmə də getmədi, qaldı yolda sərgəndar
  122. Bir abbası verdik dindirdik, bir manat verib susdura bilmədik
  123. Bildirçin camalabaddan hara gedər: dəni yanında, suyu yanında
  124. Baхmaqla öyrənmək olsaydı, sallaqхanadakı itlər qəssab olardı
  125. Arpadan, buğdadan əlim üzüldü, ümidim sənə qaldı darı xırmanı
  126. Dün ötünmüş yoxa, gün batırma poxa, ertin gəlir? bəllənməz!
  127. Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir
  128. Yabılarda qotur yabı mərd olar, yorulanda yiyəsinə dərd olar
  129. Tülkü tülkülüyünü bildirincə, dərisini boğazından çıxararlar
  130. Tənbəl günortayacan neyləyib ki, günortadan sonra neyləsin?!
  131. Qaynanamı bağda ilan vuraydı, qaynatama Məkkə qismət olaydı
  132. Hamı deyir, mədrəbazın gözü çıxsın - bilmirəm mədrəbaz kimdi
  133. Gəzəyən gəlinlə güləyən qızdan çarşı-bazardakı lotu yaxşıdır
  134. Gedər bu aclıq, gələr ucuzluq, amma səndə qaldı kömbə yanığı
  135. Fələyin bir tabaq çörəyi var, hər zaman birinün başına qoyar
  136. Dünyada ən çətin şey sözDür, anlamağı da çətin, anlatmağı da
  137. Bir çuval qızıl borcun olsun, bir çuval buğda borcun olmasın
  138. Bilənin də başına dönüm, bilməyənin də, dad yarımçıq əlindən
  139. Bal olma kı, hamı səni yeyə, zəhər olma kı, hamı sənə tüpürə
  140. Az yeyərəm – görmərəm həkimi, düz dоlannam – görmərəm hakimi
  141. Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülməşəkər?
  142. Ağıllı kasıba dəli deyərlər, dövlətli dəliyə "bəli" deyərlər
  143. Ağalıq istəyənin verimi gərək, Ululuq istəyənin dözümü gərək
  144. Xeyir işi uzatma, şərrə dönər; şər işi uzat ki, xeyrə dönər
  145. Sevindim - quşum var, quşum var! Aralığa çıxdı sərçə balası
  146. Sevindim - quşum var, quşum var! Aralığa çıxdı sərçə balası
  147. Qısıla-qısıla behiştə gedincə öyünə-öyünə cəhənnəmə gedəsən
  148. Namərd körpüsündən rahat keçincə, qoy aparsın o sellər məni
  149. Namaz qıla-qıla yıxdın evimi, indi başlamısan həccə getməyə
  150. Bu çağacan qonşu qızı idim, indi oldum – ev qızı, ev gəlini
  151. Acından ölüb cənnətə gedincə, tоxluqdan ölüb, cəhənnəmə get
  152. Qız alanın ya bir çuval pulu gərək, ya da bir çuğal yalanı
  153. Qarışqanın il yığıntısını baqqal bir dəfəyə tərəziyə qoyar
  154. Erməninin qocalanı köpəyə, müsəlmanın qocalanı ipəyə dönər
  155. Bir dəli quyuya bir daş atdı, on ağıllı onu çıxara bilmədi
  156. Bəlkə sən bostanını pozmusan, mən yemişsiz qalmayacağam ki
  157. Ağaya ağa desən gülməyi gələr, nökərə nökər desən ağlamağı
  158. Adam adamdır, olmasa da pulu, eşşək eşşəkdi olmasa da çulu
  159. Xeyirsöyləməzdən xeyir olsaydı, adını Xeyrulla qoyardılar
  160. Xalamdan bir dilək dilərəm, versə də xalamdır, verməsə də
  161. Verərsən pendir - elərəm kəndir, verərsən aş - elərəm baş
  162. Tülkünün meydanda nə işi var, dərisinə qiymət qoysunlar?!
  163. Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın!
  164. Su çıxmaz arxa cuvar qoydular, adımı da qoydular yarıtmaz
  165. Su çıxmaz arxa cuvar qoydular, adımı da qoydular yarıtmaz
  166. Nə mülk ilədir, nə mai ilədir, gülüm, ululuq kamal ilədir
  167. Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar
  168. Fələyin bir çuval qızılı var, hər gün birinin çiynindədir
  169. Cavahirin qiyməti var, amma atalar sözünün qiyməti yoxdur
  170. Bir adam ki, səhər yalan danışdı, axşamacan yalan danışar
  171. Bərəkət axır zamanda ya ulu şəhərdə, ya ulu tağlarda qala
  172. Bazara gedər – yağış yağar, dəyirmana gedər – qırğın olar
  173. Bakılı cüt danışar, Şəkili qaş-gözlə, Dərbəndli kəllə ilə
  174. Bacı oğludur, haqq almaz, dayıdır, quzunun dişisini verər
  175. Anlayana da qul olaram, anlamaza da, dad yarımçıq əlindən
  176. Alça mənim, gilas mənim, tut mənim, gavalıda da gözüm var
  177. Uşağa yoldaş olma, sən yıxılsan gülər, özü yıxılsa ağlar
  178. Tufan palıd ağacınıməcbur edir ki, daha dərinə kök atsın
  179. Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın
  180. Qorxaq qaçar hay gəlməmiş, cırmanar keçməyə çay gəlməmiş
  181. Qohum gəlməyə-gəlməyə yad olar, yad gələ-gələ qohum olar
  182. Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən
  183. Ördəyi bağlamağa ipək gərək, yar ilə oynamağa ürək gərək
  184. Noxudların hesabına baxanda gorünür heç bayram olmayacaq
  185. Evdə öz başını bağlaya bilmir, toyda gəlin başı bağlayır
  186. Bir toyuq bir yumurta qoyunca, yeddi məhəlləyə eşitdirər
  187. Balıq dedi: «Çox söz deyərdim, amma ağzım su ilə doludu»
  188. Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar
  189. Axtaxana böyüdü, dağda dana böyüdü, sən niyə böyümədin?!
  190. Ağılları bazara çıxardıblar, hər kəs yenə öz ağlını alıb
  191. Başımı yarırsan, ətəyimə qoz tökürsən, baxan desin yarıb
  192. Yoxsulun evində dəmir tapılmaz, itinin adını gümüş qoyar
  193. Xalqın fikrini çəkib qocalmaqdansa, öz dərdini çək, ucal
  194. Xalq qız verib quda qazandı, biz qız verib qada qazandıq
  195. Bir toyuq ki, yumurta üstündə oturdu , ona bıçaq yoxdur
  196. Dün qayqusu keçibdi, bu gün üçün qıtca qayqun bolmasun
  197. Uzaq yerin bir parça kağızı, yaxın yerin bir kəlmə sözü
  198. Uşaq ilə yoldaş olma, yıxılarsan gülər, yıxılanda ağlar
  199. Su meymunun boğazına çıxanda balasını ayağı altına alar
  200. Su meymunun boğazına çıxanda balasını ayağı altına alar
  201. Qızını vermə dəəli dəvəçiyə, dəvəsi gedər, dəlisi qalar
  202. Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya nağaraçıya
  203. Qılıqlı quzu yeddi ana əmər, qılıqsız birindən də qalar
  204. Qara qula şahlıq versən, əvvəl nənəsinin əmcəyini kəsər
  205. Pişiyin könlü samanlıq idi, it də qovdu saldı samanlığa
  206. Örkən nə qədər uzun olsa, yenə dolanar doğanaqdan keçər
  207. Mollaya dedilər: qonşuda bir kasıb ölmüş, dedi: naxoşam
  208. Ev süpürərəm, yer salaram, kimin qızından geri qalaram?
  209. El dəli olsa, mollaya gedər, molla dəli olsa kimə gedər
  210. Dünya yoxumuş, yalan varımış, iyi köngülə Dünya darımış
  211. Bir fikir nə qədər qarşılıq görsə, o qədər tərəqqi edər
  212. Atasından nə xeyir gördük ki, balasından nə xeyir görək
  213. Dünəni boş ver, bu günü xoş ver, ertin günə pay saxla
  214. Xana yaradı, bəyə yaradı, keçəl Xondi, sənə yaramadı?!
  215. sarala-sarala yaşamaqdan, qızara-qızara ölmək yaxşıdır
  216. sarala-sarala yaşamaqdan, qızara-qızara ölmək yaxşıdır
  217. Qonağın könlündən keçən, ev yiyəsinin könlündən keçməz
  218. Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin
  219. Qarğa gəldi kəklik yerişi yeriyə, öz yerişin də itirdi
  220. Lüleyin aftafa yerin tutar, girov qoyanda – alan olmaz
  221. Lazımlı yerə sərf eləmir, lazımsız yerə su kimi axıdır
  222. Dünü bəklər keçirdim, günü sənli, yarın sənsiz keçəcək
  223. Dəlini apardılar toya, dedi: bura bizim evdən yaxşıdı!
  224. Comərd deyib maldan elərlər, igid deyib candan elərlər
  225. Çaqqaldan çox çarıq aparan olmaz, qurdun adı bədnamdır
  226. Cahil özünə düşməndir, başqasına necə dost ola bilər?!
  227. Bir piyalə qatıq kərə kimi, bir başmaq verdi sələ kimi
  228. Bilsəydim atın öldüyünü, qulağı dolusu darıya satardım
  229. Biləyi güclü olan birin yıxar, biliyi güclü olan minin
  230. Ağaclar başın tərpədəndə söyüd deyər: - mən də, mən də
  231. Adam оdur, "Dur get"i "Buyur əyləş"dən tez başa düşsün
  232. Dünü günə bağlamar!, günü tünə, tün ertinlə yarınar!
  233. Yalanla dünyanı dolanmaq olar, amma geri dönmək olmaz
  234. Üz verilən yerdən ərinmə, üz verilməyən yerdə görünmə
  235. Qonşunu iki inəkli istə ki, özün də bir inəkli olasan
  236. Qatıq süzülü - şoru qalar, ayran süzülü - nəyi qalar?
  237. Qarğa nədir qaşığı nə ola, birə nədir büzüyü nə ola?!
  238. Papaqçının könlü olsa, bir dəridən doqquz papaq tikər
  239. Padşah uzaqda, Allah yuxarıda, kimə deyəsən dərdini?!
  240. Öz gözündə bayquşun balası tavus quşundan da gözəldir
  241. Ömür boyu lampa qayırdım, hələ də qaranlıqda qalmışam
  242. Nə qədər uzun olsa lülə, bir o qədər uzun gеdər güllə
  243. Hərə saqqalından bir tük versə, kosa da saqqallı olar
  244. Cəvahirin qiymətini sərraf bilər, nə bilər hər divanə
  245. Can verəndə boz sərçəyə ver, qaranquş gəldi-gedərdir
  246. Bir şeyin qiyməti, o şey əldən gedəndən sonra bilinər
  247. Ağac nə qədər yüksək olsa, yarpaqları yenə də tökülər
  248. Ağac nazikliyindən sınsa da, adam yoğunluğundan sınar
  249. Adamı adam eyləyən paradı, parasız adamın yüzü qaradı
  250. Adam var ki, rəhmət aparar, adam var ki, lənət aparar
  251. Dün əkəcin, gün sənin, yarın balavın atana valideyn)
  252. Xalqa qarın ağrısı gələndə bunun tuman bağı əlindədi
  253. Qocaya gedən quyruq yeyər, cavana gedən yumruq yeyər
  254. Qırqovul başını kola soxar, quyruğundan xəbəri olmaz
  255. Qatırdan soruşdular: dədən kimdir? Dedi: nənəm atdır
  256. Payını payımın üstə qoy, ya altından ye, ya üstündən
  257. Örtülü süfrənin bir eybi var, açıq süfrənin min eybi
  258. Hər arvad öz evinin həm xanımı, həm də qulluqçusudur
  259. Ey zər, allah deyilsən, amma eyiblərə pərdə çəkənsən
  260. Dünən yumurtadan çıxmış, bu gün bizə cip cip öğrədir
  261. Dünən keçmiş solan gülDür, bu gün doğmuş olan gülDür
  262. Dövlətliyə saxsı lazım olsa, kasıb kasasını sındırar
  263. Dəvə nə qədər arıq olsa da, dərisi bir eşşəyə yükdür
  264. Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax
  265. Bəy ilə dost olanın tövləsi dolu olar, samanlığı boş
  266. Bahalıqda çörəyini əsirgəyən, ucuzluqda yalqız qalar
  267. Bağa yol yeriyə bilməz, xalası qızını da dalına alar
  268. Allah buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymaz
  269. Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib
  270. Dünkü səni boşlamaz, Dündəkini gündəkilər xoşlamaz
  271. Xışa gedən öküzüm olsun, işə getməyən oğlum olmasın
  272. Xəta xətanın üstündən gələndə bir xətaya nə var ki?
  273. Tanrı dəvəyə qanad versəydi, yıxmadığı dam qalmazdı
  274. Sərçənin cib-cibindən toyuğun qaqqıldaması yaxşıdır
  275. Sərçənin cib-cibindən toyuğun qaqqıldaması yaxşıdır
  276. Sarımsağı gəlin eləmişlər, qırx gün qoxusu çıxmamış
  277. Sarımsağı gəlin eləmişlər, qırx gün qoxusu çıxmamış
  278. Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar
  279. Ölkə ki var, onun qabağında şah da acizdir, gəda da
  280. Naxıra gedirəm - çoban olmaz, axura gedirəm - saman
  281. Gün keçər ömür gedər, dəli sevinər ki, bayram gəlir
  282. Evində dəlik, belində yara, yar sirrini ellərdə ara
  283. Eşidibdi papağı qırxırlar, bilmir harasın qırxırlar
  284. Dost evinin soğanı düşmən evinin plovundan yaxşıdır
  285. Dağarcıq çörəyi ilə dolanan dövlət başına ip salmaz
  286. Cahil söz qandırmaq, dəvəyə xəndək atdırmaq kimidir
  287. Burda oturma, his olarsan, orda oturma, pis olarsan
  288. Biz gəldik gəlin görməyə, gəlin getdi təzək yığmağa
  289. Bir kişinin payını iki kişi yesə, ikisi də ac qalar
  290. Bir çıraq ki, haqdan yana, yağı neylər, yağı neylər
  291. Bir adamı tanımaq istəsən, ya ortaq ol, ya yola çıx
  292. Bədöv at nə qədər arıq olsa, yenə eşşəkdən yaxşıdır
  293. Başqa dəriyə girən ulağın quyruq, qulağını kəsərlər
  294. Baltanı qızıldan elərsən, gedər odunun yanına düşər
  295. Axmaq adam özünə düşməndir, özgəyə necə dost olar?!
  296. Ata olmayan - ata, ana olmayan - ana qədrini bilməz
  297. Allah ilanın əməlini bilib ayağını qarnında yaradıb
  298. Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər
  299. Ağ üzdə qara xal zinətdir, qara üzdə ağ xal - nibət
  300. Adilin qəzəbindən qorxmaq gərək, zalımın sükutundan
  301. Adam pulu bir dоst üçün qazanar, bir də düşmən üçün
  302. Acı ayran nəhrə dibində, qara kişmiş bəylər cibində
  303. Ac girdi içəriyə yemək istədi,tox dedi;əvvəla,salam
  304. Xeyir içində şərim olunca, şər içində xeyrim olsun
  305. Vətənin bir qışı, qürbətin yüz baharından yaxşıdır
  306. Uzaq yerin arpasından, yaxın yerin samanı yaxşıdır
  307. Tənbələ dedilər: qapını ört, dedi: yel əsir, örtər
  308. Subay adamın gözü ilə qız alma, gəlin gözü ilə bez
  309. Subay adamın gözü ilə qız alma, gəlin gözü ilə bez
  310. Sərçə olsun əlimdə olsun, göydə uçan qazı neylərəm
  311. Sərçə olsun əlimdə olsun, göydə uçan qazı neylərəm
  312. Sərçə deyil budunu verim, bir dəvənin nəyini verim
  313. Sərçə deyil budunu verim, bir dəvənin nəyini verim
  314. Pisi dalına mindir, ya dalına min, ikisi də birdir
  315. Padşahın söhbətinin əvvəli – dirilik, axırı – ölüm
  316. Nə versən adındı, nə yesən dadındı, qalanı yadındı
  317. Məkkəyə gedir, sünni olur, geri qayıdır, şiə olur
  318. Malım budu, yarısı sudu, alsan da budu, almasan da
  319. Hacı hacını Məkkədə tapar, dərviş dərvişi təkyədə
  320. Gordan biz gəlirik, cəhənnəmdən sən xəbər verirsən
  321. Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda
  322. El eybini sənə söyləyən sənin də eybini elə söylər
  323. El adamı igid deyə candan edər, cоmərd deyə maldan
  324. Came nə qədər böyük olsa, imam yenə bildiyini oxur
  325. Bu gəlin yaxşı gəlindir, birini doğandan sonra bax
  326. Bir manatlıq eşşəyin yarım manatlıq da qoduğu olar
  327. Başmağını geyə bilərsən, yerişini yeriyə bilməzsən
  328. Başmağımı geyə bilərsən, yerişimi yeriyə bilməzsən
  329. Başın keçəl, gözün kor, bəs sənin haran yaxşıdır?!
  330. Baldızım – çuvaldızım, hərdən gələr, sancar, gedər
  331. Bahasına pul vermişəm, gözlərim də çıxsa yeyəcəyəm
  332. Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər
  333. Alma ağacından alma düşər, armud ağacından - armud
  334. Allah verməz qara quluna, o da qalar vuruna-vuruna
  335. Alçaqda yatma-sel aparar, ucada yatma - yel aparar
  336. Ağıllıyla çəkişmək cahillə halva yeməkdən yaxşıdır
  337. Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz
  338. Acından dəyirmana baxır, kibirliyindən şahid almır
  339. Ac elə bilər hamı acdır, tox elə bilər hamı toxdur
  340. Allah eşşəyə buynuz versə idi, dünyanı dağıdardı
  341. Dün Dünə qaldı, gün günün saldı, irt, gələn aldı
  342. Zindan olub altda qalmaqdansa, çəkic ol, üstdə ol
  343. Yun darayaram, kələf olar, qız doğaram xələf olar
  344. Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil
  345. Xəzinəyə tüpürənin tüpürcəyi öz saqqalına yapışar
  346. Vay o gündən ki, varlı adam yoxsulun əlinə düşsün
  347. Varlının torpağından çay keçər, kasıbınkından yol
  348. Təkə sürüyə böyük olmazdı, qoyunlar qoyun olsaydı
  349. Qonşu qonşunun itiyini bayatı çağıra-çağıra tapar
  350. Qocalıq gəldi getməzdir, cavanlıq getdi gəlməzdir
  351. Qarpız yediyi bəs deyil, hələ tumunu da çırtlayır
  352. Qara qızdan xatın olmaz, boz eşşəkdən qatır olmaz
  353. Qanmaza yumruğunu əvvəl düyünlə, sonra söz qandır
  354. Öz rahatlığını istə, özgənin narahatlığını istəmə
  355. Ovurdunda yaxşı yer eləyibsən, baqqal armud versə
  356. Oğlan doğdum - oydu məni, qız doğdum - soydu məni
  357. O dağa yağar, bu dağa yağar, axırda da bura yağar
  358. Nə yoxsuldan alacağım olsun, nə varlıya verəcəyim
  359. Nə özü yeyir, nə itə verir, iylətdirir, itə verir
  360. Molla tuluq zurnasıdı, qarnı dolmasa, səsi çıxmaz
  361. Heyvan saxlasan pişik saxla, özü tutar, özü yeyər
  362. Hər şeydə israf olar, amma yaxşılıqda israf olmaz
  363. Heç bilmir harda bişib, deyir; mənə də bir çömçə!
  364. Harama ağzını bulaşdırdın, kəşkülünü doldur götür
  365. Eşşəyin arpası artıq düşəndə yiyəsinə şıllaq atar
  366. Eşşəyə məxmərdən çul tikməklə eşşəkliyini itirməz
  367. Eşşəyə dedilər: mərifətini göstər, yatdı, ağanadı
  368. Çox bilmək lazımdır ki, az bildiyini bilə biləsən
  369. Ciki mənim –biki mənim, alçı dursa –sənin bəxtinə
  370. Cavanlıqda zəhmət çəkən, qocaldıqda möhnət çəkməz
  371. Cahil ilə çıxma yola, gətirər başına min bir bəla
  372. Bilsəm babam öləcək, qulaq dolusu darıya satardım
  373. Başsız gələn mal batsın, vaxtsız deyən dil batsın
  374. Baş kəsənin, yaş kəsənin, daş kəsənin axırı olmaz
  375. Ağlını eşşək ağlına verərsən, çəkər arpa zəmisinə
  376. Ağıllı arvad kamala, ağılsız arvad camala güvənər
  377. Ağa dedi yatma,tənbəl dedi:Yaxşı,ondA];a dincəlim
  378. Ac ölməz, gözü qaralar, bоrclu ölməz, üzü saralar
  379. Dünü boş ver, günü xoş ver, yarıncığa pay saxla
  380. Zimistan görməyən bülbül, baharın qədrini bilməz
  381. Zaman axıb gedir, amma hər işini qurtarıb getmir
  382. Xoruzun saqqalı ağarsa da bahası on dörd şahıdır
  383. Xanım qız xalasına oxşar, yaxşı oğlan – dayısına
  384. Toyuq qaz yerişini yerisə, öz yerişini də itirər
  385. Ticarətin əvvəli də - insaf, sonrası da insafdır
  386. Təzə ay doğanda köhnə ayı doğrayıb ulduz elərlər
  387. Taxt mənimdir, üstündə yatmıram, altında yatıram
  388. Sürüyə qurd gələndə vay bir keçisi olanın halına
  389. Sürüyə qurd gələndə vay bir keçisi olanın halına
  390. Qonağı qonşuya tanıdarsan, hər ikisindən olarsan
  391. Qələmə gətirən eşşəyin qabıq gəmirən qoduğu olar
  392. Padşah xəzinəsi də altı şahılıq qıfıla möhtacdır
  393. Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır
  394. Ölünü özbaşına qoysan, şıllaq atar, kəfəni çırar
  395. Naxırçı qızını verdi, torpa dağarcığı da üstəlik
  396. Nanəcibə hörmət edərsən, deyər ki, məndən qorxur
  397. Namus gedər, dönməz geri, yoxdur onun bəlil yeri
  398. Molla Nəsrəddin sağ ola, eşşəklərini qurd yeyə?!
  399. Lobyalı aş, keçəl Dadaş, get gəlirəm yavaş-yavaş
  400. Filin gücü xortumundadır, dəvənin gücü - dizində
  401. Ey cüt yatan bəxtəvər, demirsən bir tək də var?!
  402. Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı - qonaq
  403. Evin minarə dibində olsa da, qulağın səs eşitməz
  404. Elin eybini saxlamayan, sənin də eybini saxlamaz
  405. Elə musurman oldun ki, atovun xaçını da unutdun?
  406. El el ilə keçinmiş, qardaş qardaş ilə keçinməmiş
  407. Dəvə qədər boyun olunca, zərrə qədər ağlın olsun
  408. Dağ başında xırman qurma, sovurarsan, yel aparar
  409. Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu
  410. Çox görən çox istər, az görənin yadına da düşməz
  411. Cibində ki, yüzlük var, kovxa yanında düzlük var
  412. Çaqqal var gödən çıxarır, yenə ayaqları yalındır
  413. Canım qurban yaxşı qonaq, gəl ocağa bir də qonaq
  414. Can verirsən qardaşa ver, min il keçsə yad olmaz
  415. Bu cırım, bu cındırım, mən durum necə sındırım?!
  416. Bir torba dəni var, beş dəyirmana üyütməyə gedir
  417. Bir qəlbi tikə bilməyəcəksən, niyə sındırarsan?!
  418. Bir günlük yola çıxsan, bir həftəlik tədarük gör
  419. Bir dəfə gəldin, yoldaş, iki dəfə gəldin, qardaş
  420. Bəzənmisən bu gündəsən, bəzənməsən nə gündəsən?!
  421. Bəy ilə bəy savaşdı, ortada kasıbın başı yarıldı
  422. Bazara girdin, gözü qıpıq, sən də ol, gözü qıpıq
  423. Başını keçəl eləmə; hər keçəlin taleyi bir olmaz
  424. Balam mənə əzizdir, tərbiyəsi özündən də əzizdir
  425. Bağa yol gedə bilməz, dayısını da dalına götürər
  426. Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər
  427. Altın həsir, üstün həsir, yat, yetim, tərləyəsən
  428. Allah verəndə peyğəmbər də üstünə bir çəngə atar
  429. Alacağı bir piltədir, pambığın batmanını soruşur
  430. Adam var, dağı gürznən dağıdar, adam var, söznən
  431. Dünyanı yığdırar sənə, sonda salar əldən gedər
  432. Zimistan çəkməyən bülbül baharın qədrini bilməz
  433. Ya bu dəvəni güdməli, ya da bu diyardan getməli
  434. Xeyir verən yalandan ziyan verən doğru yaxşıdır
  435. Qonağa "get" deməzlər, altından palazı çəkərlər
  436. Qız qızanda tez soyuyar, vay ondan ki, dul qıza
  437. Qatır atasını görməsəydi, özünü xanzadə bilərdi
  438. Qarğadan gözəl quş istədilər, balasını göstərdi
  439. Qara qul özünü öldürdü ki, ağasına zərəri olsun
  440. Otuz iki dişdən çıxan, otuz iki məhləyə yayılar
  441. Ördək öldü - qaz qaldı, sim qırıldı - saz qaldı
  442. Nə titrərsən, əllərim, verməyincə ala bilməzsən
  443. Nə qoyun olub otdan doydum, nə quzu olub süddən
  444. Namərd gəlib mərd olmaz, yüz ətəklə, yüz yalvar
  445. Namərd adam haqqı qoyub, nahaqqın dalınca gedər
  446. Malı yox - oğru apara, imanı yox - şeytan apara
  447. Hirs gəlir, göz qaralar, hirs gedir, üz qaralar
  448. Hesab var dinar-dinar, bəxşiş var xalvar-xalvar
  449. Hancarı eləyim ki, gözüm oğru gözünə oxşamasın?
  450. Hamını yarın dərdi öldürür, bunu da qarın dərdi
  451. Gözəl ağa çox gözəl idi, vurdu çiçək də çıxatdı
  452. Get çanağım, gəl çanağım, ortalıqda sın çanağım
  453. Eşşəyə minmək bir ayıb, qayıdıb düşmək iki ayıb
  454. Dünya durur kərvansaray, bizlər onun kərvanıyıq
  455. Dünü boş ver, günü xoş ver, yarınlara pay saxla
  456. Dünən əkdin, bu gün dər, bu gün əkdin yarın dər
  457. Dülgərin qapısı, sınıq olar, çarıqçının başmağı
  458. Dayı görməyən elə bilər Şahqulu da bir dayıdır
  459. Cücəyə bəylik verdilər, anasını eşşəyə mindirdi
  460. Çox yaşayan çox bilməz, çox yer gəzən çox bilər
  461. Cəhənnəmə gedən gələr, müştərinin gedəni gəlməz
  462. Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə
  463. Bir tabaq kütüm olsa, biri sənə yoxdu ala köpək
  464. Bir əli ki kəsmək olmaz, öpüb başa qoymaq gərək
  465. Bir də gəlin ollam, oturduğumu-durduğumu billəm
  466. Bildiyindən danış, bilmədiyin səni güdaza verər
  467. Bez alırsan Mosuldan al, qız alırsan əsildən al
  468. Bədəsilin başmağını cütlərsən, deyər geridə dur
  469. Baxşış var, tümən-tümən, hesab var, qəpik-qəpik
  470. Başı yeddi yerdən yarılmayıbsa - tərəkəmə deyil
  471. Balta yaxşı baltadı, hayıf kı, sapı söyüddəndir
  472. Allah dəvəyə qanad versəydi, dam-divarı yıxardı
  473. Alət işlər, əl öyünər, qılınc işlər, qol öyünər
  474. Ahıl öküz cütə getməsə, uşaqlar acından qırılar
  475. Ağa-ağa girdi bağa, bir quş tutdu, o da qurbağa
  476. Ağa ilə xanım savaşdı, arada nökərin canı çıxdı
  477. Adamın dəlisi daşa güc elər, öküzün dəlisi başa
  478. Adamı bədbəxtlik tutanda dəvə üstündə böv vurar
  479. Acın imanı olmaz, toxun amanı, qanmazın dərmanı
  480. Ac qоyun, viran dəyirman sahibinə baş ağrısıdır
  481. Torpaq deyər:-Sən mənə tər ver, mən sənə verim
  482. Аş vеrmişəm аşımı vеr, yаş vеrmişəm yаşımı vеr
  483. Zülmlə yaşamaq cahil yeməyin yeməkdən yaxşıdır
  484. Zülmət daşıdır, götürən də peşmandır, qoyan da
  485. Zərər çəkəndə dönmək yarıdan da olsa qazancdır
  486. Yaxşı arvad ərini bəy eylər, yaman arvad - zay
  487. Xəta xəta üstündən gəlməsə, bir xətaya nə var?
  488. Xan qulluğuna gedən atlı gedər, piyada qayıdar
  489. Xalqın qapısını el döyür, bizim qapımızı - yel
  490. Xalamın saqqalı olsaydı, mən ona dayı deyərdim
  491. Vətəni yadına düşən qərib ağlamasın, neyləsin?
  492. Üzün qara olması ayıb deyil, ürək qara olmasın
  493. Ucuzluqda alanın üzün görmə, bahalıqda satanın
  494. Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl
  495. Tənbəllik azar artırar, işləmək canı saf eylər
  496. Tazının topal olduğu dovşanın qulağına yetişib
  497. Subay adamın yaxasını bit yeyər, çörəyini – it
  498. Subay adamın yaxasını bit yeyər, çörəyini – it
  499. Sən gündüz gedən yolları mən gecə ilə gəlmişəm
  500. Sən gündüz gedən yolları mən gecə ilə gəlmişəm
  501. Səhər gününə qızınmayan, axşam gününə qızınmaz
  502. Səhər gününə qızınmayan, axşam gününə qızınmaz
  503. Sağlamlıq böyük nemətdir, qədrini bilmək gərək
  504. Sağlamlıq böyük nemətdir, qədrini bilmək gərək
  505. Qorxaq gündə yüz yol ölər, igid ömürdə bir yol
  506. Qonşu qonşuynan boğuşdu, qaraçıya fürsət düşdü
  507. Qonaqsan - xoş gəlmisən, niyə əliboş gəlmisən?
  508. Qonaq evinə motal yüklü gələnbuğda yüklü gedər
  509. Qızıldan taxtın olunca bir quruca baxtın olsun
  510. Qazı ağadan alacağın olsun, nə verər, nə danar
  511. Qazanan qazandığını yesə xan, bəy acından ölər
  512. Qaşına baxma, gözünə bax, ağzındakı sözünə bax
  513. Qardaş qardaşın yoxluğun istər, ölümün istəməz
  514. Qaraçı bir ələk verib, elə bil evə dirək verib
  515. Papağı tülkü dərisindən, xəbəri yox gerisindən
  516. Özünün yavan çörəyi özgənin plovundan yaxşıdır
  517. Özünə hörmət qoymayan, özgəyə də hörmət qoymaz
  518. Özümüz bir şey deyilik, adımız təbildə döyülür
  519. Öz qədrini bilməyənin qədrini özgəsi də bilməz
  520. Ömür deyir qocalmışam, ürək deyir: - yaşa hələ
  521. Nökərsən, niyə bekarsan? Aç qapını, ört qapını
  522. Naxır yerli-dibli yoxdur, bu, ala dana axtarır
  523. Nanəcibə salam verərsən, deyər - Qorxdu məndən
  524. Namərd namərddən kəsər, Allah da hər ikisindən
  525. Meyxanaçıdan şahid istədilər, sərxoşu göstərdi
  526. Göz gördü, könül sevdi, mənim nə günahım var?!
  527. Gəlmişdi saqqal dalınca, bığını da qoydu getdi
  528. Gədadan borc alma, ya toyda istər, ya bayramda
  529. Evə girirəm qarı döyür, bayıra çıxıram - tanrı
  530. Ev təzə, divar təzə, ələyim, səni hardan asım?
  531. Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir
  532. Dul arvad yetim saxlar, naxırçıya minnət qoyar
  533. Dağlar nə qədər uca olsa, üstündən yollar aşar
  534. Dağına baxar qar verər, bağına baxar bar verər
  535. Dağ bizim, ceyran bizim, ovçu burda nə axtarır
  536. Ceyran qovan çiçəyə batar, donuz qovan lehməyə
  537. Çarığını əsirgəməyən patavasın da qoyar üstünə
  538. Can versən, qardaşa ver, min il keçə yad olmaz
  539. Bu ağıl məndə, o dua səndə - səhərəcən yatarıq
  540. Borc alan ağlaya-ağlaya gələr, gülə-gülə gedər
  541. Bir iynə deşiyindən bir dəvə boyda soyuq gələr
  542. Bir gecənin oğrusu on illik molladan çox bilir
  543. Bir də cavan olsaydım, sahibi –təcrübə olardım
  544. Bir çeynəm saqqızın var, çeynə yapışdır alnına
  545. Bildir gedən bildirçin, hanı sənin bir qılçın?
  546. Bəzənmirəm ağadan qorxuram, bəzənirəm xanımdan
  547. Bəyin əli cibindən çıxınca, kasıbın canı çıxar
  548. Bəxtin gətirəndə bədbəxtliyini yaddan çıxartma
  549. Bazar yansın, amma mənə bir manat qazanc olsun
  550. Başı daşdan-daşa dəyməyincə ağlı başına gəlməz
  551. Başa düşənə milçək səsi, düşməyənə zurna-qaval
  552. Barmaq-barmaq oğurlayan, qarış-qarış oğurladar
  553. Bacı oğlunu dayısı tanıdar, bacı qızını xalası
  554. Bacı oğludur, haqq almaz, dayıdır, dişi verməz
  555. Aza dedilər:-hara gedirsən? Dedi:-Çоxun yanına
  556. Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər
  557. Arpaya qatsan at yeməz, sümüyə qatsan it yeməz
  558. Aldığı bir iynədir, dəmirin batmanını yoxlayır
  559. Ala qarğa olmağı bəs deyil, həkimlik də eləyir
  560. Ağıllı fikirləşincə, dəlinin oğlu bazara gedər
  561. Ağ otdan - balta sapı, biri sındı - birini tax
  562. Açılmamış süfrənin bir eybi var, açılmışın min
  563. Acığın gəlir çəpər çək, xоşun gəlir qəlyan çək
  564. Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər
  565. Abırlı abrından qorxar, abırsız nədən qorxar?!
  566. Abır istəsən çox demə, sağlıq istəsən çox yemə
  567. Dünə yapılma, indiyə qapılma, yarına satılma
  568. Dünün otuna bu gün qızınmaz, gün otuna yarın
  569. Düğmələnməsə büklənməz, büklənməsə güllənməz
  570. Dügüylə ovlanan quş olur, pulla ovlanan öküz
  571. Zərərin yarısından qayıtmaq özü də mənfəətdir
  572. Yoxsulluğa düşməyən varlılığın qədrini bilməz
  573. Yaxşı igid dayısına çəkər, xanım qız bibisinə
  574. Yaxşı gündə yad yaxşı, yaman gündə vay qardaş
  575. Yaxşı at yemini artırar, yaman at - qamçısını
  576. Yad gəlib aşna olunca, aşna - yar əldən gedər
  577. Ya dəvə ölər, ya dəvəçi, ya da üstündəki hacı
  578. Xiyar pulu ilə alınan eşşəyin ölümü suda olar
  579. Xış ilə məhsul olmaz, meydan maşın meydanıdır
  580. Xəlbircən evi olanın, gözləri qədər dərdi var
  581. Xata xata üstündən gəlməsə, bir xataya nə var
  582. Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər
  583. Vətən yadına düşən qərib, ağlamasın neyləsin?
  584. Ulamağını bilməyən köpək, sürüyə qurd gətirər
  585. Təzəcə çıxıb təndirdən, minnəti yox pendirdən
  586. Sarsaqlar olmasaydı, yaltaqlar acından ölərdi
  587. Sarsaqlar olmasaydı, yaltaqlar acından ölərdi
  588. Qız alan göz ilə baxmasın, qulağı ilə eşitsin
  589. Qəribin yaxşılığını gizlədib, pisini yayarlar
  590. Qəlb ki var, şüşədir, sındırma, yamamaq olmaz
  591. Qarğalar mənim toyuğumdu, yumurtasın görmərəm
  592. Qara qızın baxtı olsaydı, anadan ağ doğulardı
  593. Qara eşşəyin başına yüyən vuranda qatır olmaz
  594. Qamış bizim eldə bitər, sümsüyünü ləzgi çalar
  595. Paraya dəymə, bütünü kəsmə, doğra, doyunca ye
  596. Padşahın ayağı dəyən yerdə yeddi il ot bitməz
  597. Özünü böyük göstərmək kiçikliyin ən kiçiyidir
  598. Özü üçün əriştə kəsə bilmir, özgəyə umac ovur
  599. Oynayıram, gülürəm, heç oynaş yadımdan çıxmır
  600. Oruc tutmayanın oğluna Ramazan adını qoyarlar
  601. Ördək qaz yerişi yeriyəndə paçası aralı qalar
  602. Ölüsü olan bir gün ağlar, dəlisi olan hər gün
  603. Ölümü görəcəksən ki, bayılmağa da razı olasan
  604. Ölü gör necə ölüdür, Əzrail də halına ağlayır
  605. Öldürrəm deyəndən qorxma, ölləm deyəndən qorx
  606. Niyə elə yerdə yatıram ki, altıma su düşsün?!
  607. Nə yaş olub sıxılmalı, nə quru olub qırılmalı
  608. Maşını sürdüm daşlığa soxaram belə qardaşlığa
  609. Hər atasının gözü çıxarılana Koroğlu deməzlər
  610. Haqq əli bekar qalmaz; gec kəsər, karlı kəsər
  611. Haqlı var haqsız çıxar,haqsız var haqlı çıxar
  612. Gizli düşmən ilan kimidi, sürünə-sürünə gələr
  613. Gəlmişdi qazanc apara, mayanı da qoydu, getdi
  614. Gəlmişdi kabab iyinə, gördü eşşək dağlayırlar
  615. Fit-fitnən gələn köpəyin qoyuna faydası olmaz
  616. Ey yar, gəl bağrımı yar, gör içində nələr var
  617. Elə düyün sal ki, açanda dişini sındırmayasan
  618. El yumruğun görməyən öz yumruğun batman sanar
  619. Dünyanı, çevrəni dəğişənmədin, kəndivi dəğiş!
  620. Dünyada dinclik sevən, başa gələni, xoş görər
  621. Dünya bala dönsədə, ala qarğanın gözü poxdadı
  622. Daş daşa, dırnaq daşa, siz savaşa, biz tamaşa
  623. Çobana vermə qızı, ya qoyun güddürər, ya quzu
  624. Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz
  625. Cahıla gedən keyf çəkər, ahıla gedən of çəkər
  626. Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz
  627. Bu ilki sərçə bidirki sərçəyə çib-cib öyrədir
  628. Bir vermə, bir də istər, yatmağa yer də istər
  629. Bir səndən böyüyü, bir də səndən kiçiyi dinlə
  630. Bir çörək özün ye, birin də Allah yolunda ver
  631. Bəylər aparan malım yox, şeytan aparan imanım
  632. Bəxt, ağıl bir adamda olsa, o adam tacir olar
  633. Bənzəyə-bənzəyə yaz olar, bənzəyə-bənzəyə qış
  634. Bədən başa deyir: - Saxla məni, saxlayım səni
  635. Başı baş edən - ayaq, ayağı ayaq edən - dayaq
  636. Baltanı ağaca vurduqca deyər: Sapım səndəndir
  637. Bağ olmayan yerdə böyürtkən özünü bağ çağırar
  638. Babam mənə kor deyib, gəlib gedəni vur deyib!
  639. Azar batman-batman gələr, misqal-misqal çıxar
  640. Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu
  641. Arsızın üzünə tüpürüblər, "yağış yağır" demiş
  642. Anasına bax qızını al, qırağına bax bezini al
  643. Anası gəzən ağacları balası budaq-budaq gəzər
  644. Ahıla gedən quyruq yeyər, cahıla gedən yumruq
  645. Ağıllı düşməndən qorxma, ağılsız dostdan qorx
  646. Ağacı əlinə alarsan oğru və it özünü bildirər
  647. Ağ qoyun, qara qoyun keçid başında bəlli olar
  648. Adama söykənmə – ölər, divara söykənmə – uçar
  649. Adam var, gödən dağıdır, qurdun adı bədnamdır
  650. Adam özünü bir acıyanda gözlər, bir giciyəndə
  651. Adam öz tayını tapmasa, günü ah-vay ilə keçər
  652. Aclıqla ölüm təklifsiz qonaq kimi qəfil gəlir
  653. Aclığında eldən yeyər, toxluğunda eldən deyər
  654. Acıq gələr göz qızarar, Acıq gedər üz qızarar
  655. Zülm ilə abad olan bir gün gəlir bərbad olur
  656. Yaxşılıq istəyən qabaqcadan behin verməlidir
  657. Yaxşı demişlər: Hər şeyin xiridarı gərəkdir!
  658. Yalançının ipi ilə quyuya düşən quyuda qalar
  659. Xırmana girən porsuq yabanı özünə qəbul edər
  660. Xəşil bişirmək bilmir, aşpazlıq iddiası edir
  661. Xəncər yarası sağalar, namus yarası sağalmaz
  662. Xasiyyətini bilmədiyin itin quyruğunu əlləmə
  663. Vur ki, beşik daldadı, Seyyid Əli xırmandadı
  664. Uşağı sevərlər beşikdə, əri sevərlər döşəkdə
  665. Ürək ki var şüşədir, sındırarsan kim yamar?!
  666. Tazının yiyəsi varsa, dovşanın da Allahı var
  667. Söz var - gələr keçər, söz var - dələr keçər
  668. Söz var - gələr keçər, söz var - dələr keçər
  669. Sərçə qazan doldurmaz, qaz vur, qazan dolsun
  670. Sərçə qazan doldurmaz, qaz vur, qazan dolsun
  671. Sən baş vurdun, mən ayaq, gəl bunu ortalayaq
  672. Sən baş vurdun, mən ayaq, gəl bunu ortalayaq
  673. Qorxursansa pişikdən, niyə çıxırsan deşikdən
  674. Qonşunun toyuğu, qonşunun gözünə qaz görünər
  675. Qonağı evə qoyan yox, şahqatarın mıxdan asır
  676. Qız ağacı, qoz ağacı, hər keçən bir daş atar
  677. Qırağına bax bezin al, nənəsinə bax qızın al
  678. Qətrandan olmaz şəkər, olsa da cinsinə çəkər
  679. Qazan daşanda çömçənin biri bir tümənə gedər
  680. Qaşıyıram qanım çıxır, qaşımıram canım çıxır
  681. Qarpız doyumluq üçün deyil, sərinlik üçündür
  682. Qarnımdaykən qanımı yeyər, çölə çıxar canımı
  683. Qardaş qardaşı bıçaqlar, dönüb yenə qucaqlar
  684. Qanmaza hörmət edərsən, deyər:-Məndən qorxur
  685. Qabağım qovurğa qovurur, dalım saman sovurur
  686. Pişiyi dara qısnayanda dönər üzünü cırmaqlar
  687. Özündən yuxarı baxanda, özündən aşağı da bax
  688. Özün fil olsan da, qarışqanı yaddan çıxartma
  689. Özü özünə elədiyini, el yığıla eyləyə bilməz
  690. Öyündə yox urvalıq, könlündən keçir koyxalıq
  691. Ördək gəlib qaz olmaz, gəlin gəlib qız olmaz
  692. Ölünü öz xoşuna qoysan, vurar kəfəni batırar
  693. Ölü dərdi dərd olmaz, haray dirinin dərdidir
  694. Nə özü işləyir, nə də işləyəni qoyur işləsin
  695. Heyvanı budundan dağlarlar, insanı ürəyindən
  696. Hesab bilmirsən, yoxsa yanın çubuq görməyib?
  697. Hamının ağlı bir olsa, keçiyə çoban tapılmaz
  698. Gözlərin aydın olsun, pişiyimiz oğlan doğub!
  699. Getdim dərdli yanına, o, məndən narın ağladı
  700. Get özünə dost qazan, düşmən ocaq başındadır
  701. Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa
  702. Fitnəlikdə malını saxla, salamatlıqda başını
  703. Fələk kiminə təbil çaldırır, kiminə dümbələk
  704. Evlər damı isti sacdır, davam gətirən oturar
  705. Evində yatır, yuxuda həzrəti Süleymanı görür
  706. El ilə duran yıxılmaz, əl ilə verən saxlamaz
  707. Dünya bir pəncərədir, biri yenər, biri çıxar
  708. Daşa mıxı çaxanda biri mıxa, üçü özünə dəyər
  709. Dağ nə qədər uca olsa, el üstündən yol salar
  710. Çörəyi at dəryaya, balıq bilməz, Xalıq bilər
  711. Cəvahirin qiyməti var, sözün qiyməti yoxdur
  712. Çətinliyə düşməyən rahatlığın qədrini bilməz
  713. Canavarın üzü ağ olsa, kəndə gündüzlər gələr
  714. Canavar tək qalanda başına çaqqallar yığışar
  715. Can sağlığı dövlətdir, demə, babam, yoxsulam
  716. Çalağan göydə dolanır, cücənin ürəyi bulanır
  717. Bu qız yaxşı qızdır, ərə gedəndən sonra bax,
  718. Bostana dadanan eşşəyin qulağı-quyruğu olmaz
  719. Bir-bir yığılar min olar, dama-dama göl olar
  720. Bir var Koroğlu, bir də var kor kişinin oğlu
  721. Bir işi başlayandan əvvəl axırını fikir eylə
  722. Bir gördün namərdi, bir də görsən, namərdsən
  723. Bir dəfə görmək min dəfə eşitməkdən yaxşıdır
  724. Bildir yedim bir əncir, indi də qarnım incir
  725. Başqası başqasının itiyini fışqırıqnan gəzər
  726. Bağçı, bağın qıydı, bağban salxım da qıymadı
  727. Az idi arıq-uruq, biri də gəldi dabanı cırıq
  728. Ata, ana tərbiyə etməyəni həyat tərbiyə edər
  729. Artıq tamah daş yarar, daş qayıdar baş yarar
  730. Arşın gətir, bez apar, çuval gətir, qоz apar
  731. Allah insanın ömründən kəsib baxtına calasın
  732. Allah bir qapını bağlayanda, bir qapını açar
  733. Alçaq uçan ucaya qonar, uca uçan alçaq qonar
  734. Ağırlığın yer götürər, ruzusun allah yetirər
  735. Ağılsız dostun olunca, ağıllı düşmənin olsun
  736. Ağac yıxılanda baltalı da gələr, baltasız da
  737. Adət qanun deyil, amma qanun qədər hökmü var
  738. Adam var, dayaz gəzər, adam var, dərin gəzər
  739. Adam var gözdən qızar, adam var sözdən qızar
  740. Adam öz-özünə eliyəni el yığıla eliyə bilməz
  741. Aclıq nəyi yedirtməz? Toxluq nəyi dedirtməz?
  742. Dün boğanaq, bu gün doğanaq, yarın dolanaq
  743. Zəhməti meşşatə çəkər, ləzzəti damad aparar
  744. Yumşaq döşək salan, axırda quru yerdə yatar
  745. Yoldaşını mənə de, sənin kim olduğunu deyim
  746. Yoldan irəli - yoldaş, evdən irəli - qardaş
  747. Yaxşı iş heykəl kimidir, hər yerdən görünür
  748. Xoruzun quyruğuna inanım, tülkünün andına?
  749. Xalının tozu tükənər, dəlinin sözü tükənməz
  750. Xain dost, dəli düşmən, göz tikər ölən günə
  751. Vətəndən ayrı düşsəm, viran ollam, talannam
  752. Vaxt ikən ağla, aşiq, el gələr, tühlük olar
  753. Varını verən utanmaz, yoxdan verən axmaqdır
  754. Üz vermə - arsız olar, az vermə xırsız olar
  755. Üstümü unlu görüb, adımı dəyirmançı çağırma
  756. Uşaqlıqda yalan deyənə böyüyəndə inanmazlar
  757. Tumanı çırıq kəndxuda, istəyir bizi qorxuda
  758. Süddən ağzı yanan qatığı üfləyə-üfləyə içər
  759. Süddən ağzı yanan qatığı üfləyə-üfləyə içər
  760. Su başdan aşanda ya bir qarış, ya yüz qarış
  761. Su başdan aşanda ya bir qarış, ya yüz qarış
  762. Sirkə nə qədər tünd olsa öz qabını sındırar
  763. Sirkə nə qədər tünd olsa öz qabını sındırar
  764. Sənətinə kim xor baxar, boynuna torba taxar
  765. Sənətinə kim xor baxar, boynuna torba taxar
  766. Rahatlıq istəyən adam - kor, kar, lal gərək
  767. Qonağın ağzına baxarlar, atına yem verərlər
  768. Qıldığın namaz hürkütdüyün qurbağaya dəyməz
  769. Qarınlar doyandan sonra yetimlər yada düşər
  770. Qaranlıqda halva yeyənin sirrini Xuda bilir
  771. Qarabaxt dağlara çıxanda dağları duman alar
  772. Pişiyin ağzı ətə çatmayanda deyər qoxuyubdu
  773. Özgə malına göz tikən malsız-davarsız qalar
  774. Oynamayın, gülməyin, kəndə təzə darğa gəlib
  775. Oğurluğa dayın evinə get, tutulanda döyülmə
  776. Oğruya and verdilər, evinə muştuluqçu getdi
  777. Oğru ev olmaz, ev yiyəsini evlilikdən salar
  778. Novruzgülü ilə bənövşə bir-birini görməzlər
  779. Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım
  780. Nə yatdıq, nə uzandıq, hazır oğlan qazandıq
  781. Nə varlıya borclu ol, nə yoxsuldan alacaqlı
  782. Nə soyuğa tabım var, nə pulum var kürk alım
  783. Nə dost kimi dostdur, nə düşmən kimi düşmən
  784. Nə dərin suya gir, nə də Xıdır Nəbini çağır
  785. Nə çəkərsə öküz çəkər, araba yolu ilə gedər
  786. Nə ağız yandıran aşdır, nə baş sındıran daş
  787. Naxırçı qızının qeyrəti naxır gələndə tutar
  788. Naşıya zurna vеrəndə yoğun başından yapışar
  789. Namərdi bir gördün, bir də görsən namərdsən
  790. Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
  791. Haqqın verdiyinə şükür eləmək nemət artırır
  792. Günbəz görür, elə bilir içində imamzadə var
  793. Göydən nə yağdı ki, yer onu qəbul eləmədi?!
  794. Ey özü-özünü bəyənmiş, qoy səni el bəyənsin
  795. Ev bizə qaldı desənə, halva bişibdir yesənə
  796. Elə don geymək gərək ki, yamağı evdə tapıla
  797. El elin itkisini bayatı оxuya-оxuya axtarar
  798. Dünyada sənə tay bir dənədir -kəndivə güvən
  799. Dünya bir pəncərədir, hər gələn baxar gedər
  800. Dünya bir holadır, gələn keçir, qonan köçür
  801. Dündən öğrəş, günün yaşa, yarına umut saxla
  802. Dostun tövləsi yaxşıdır, düşmənin otağından
  803. Dəmirsiniz, missiniz, hamınız bir cinssiniz
  804. Dəlilər dünyanı yedi, ağıllı indi cüt qoşur
  805. Darıya girən donuz payanı özünə qəbul eylər
  806. Cürətli şəhər alar, kəm cürət küncdə qalar
  807. Çörək tapmaz yeməgə, turp axtarar gəgirməgə
  808. Çirkin üzün gizlədər, göyçək budaqlar gəzər
  809. Çəkmə, çəkmə bu dərdi, çəkən bilər bu dərdi
  810. Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı
  811. Cavanlıq bir dəfə olar, qocalıq da bir dəfə
  812. Canı canan yolunda deyən çox olar, qıyan az
  813. Canavar özü hürmür, iti hürməyə məcbur edir
  814. Çanağında bal olsun, arısı gələr Bağdaddan
  815. Çalış ki, dostun olsun, düşman ocaq başında
  816. Cahilin ibadətindən alimin yuxusu yaxşıdır
  817. Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar
  818. Çağırram – eldən ayıb, çağırmanam – it itdi
  819. Bu dünyada şirin şey, bir anadır, bir Vətən
  820. Borc ilə alınan köynək adamı təmiz saxlamaz
  821. Bir uşağın ağlı gördüyü işlərdən məlum olar
  822. Bir gün duz yediyin yerə qırx gün salam ver
  823. Bir dağarcıq unum var, yeddi qara günüm var
  824. Bir dağarcıq dəni var, boş dəyirman axtarır
  825. Bir ağaca çıxanda bütün budaqları silkələmə
  826. Biçimsiz bir libası biçimli geymək hünərdir
  827. Bəy nəzərindən düşən, haqq nəzərindən düşər
  828. Bərk adamnan alınan yumurtanın sarısı olmaz
  829. Bəndə bəndəyə neylər, Xuda gözdən salmasa?!
  830. Bədəsili başa çəkərsən, sürüşüb aşağı düşər
  831. Bazarda bez ucuz olanda adam özünü öldürməz
  832. Baxmaqla öyrənmək olsa, itdən qəssab olardı
  833. Başını eyləmə daz, hər daz bir taledə olmaz
  834. Baş namərd əlindədir; nə kəsər, nə bağışlar
  835. Balıq tora düşəndən sonra ağlı başına gələr
  836. Balı əli uzun olan yeməz, qismət olan yeyər
  837. Bacı ki, evdən çıxdı, ixtiyarı səndən çıxdı
  838. Allah demiş: səndən hərəkət, məndən bərəkət
  839. Ağrılarda göz ağrısı, hər kişinin öz ağrısı
  840. Ağıllınız Xıdır ağa, barmağın saldı bardağa
  841. Ağıllı gördüyünü, ağılsız eşitdiyini söylər
  842. Ağacın qurdu özündən olmasaydı, min yaşardı
  843. Ağ şəkər, qara şəkər, bir damarı suya çəkər
  844. Adam оğlu hiyləgərdir, kimsə bilməz fəndini
  845. Acından günоrta durur, bığını yağ ilə burur
  846. Acam, quyruq acıyam, bağır-örkə acı deyiləm
  847. Düğün salan Düğünləri çözənməz, yaman olan yaxşılığı seçənməz, əz başını yaman görsən hər yerdə, yaman olan yaxşıları görənməz
  848. Dün qonşuya qucaq açanlar, bu gün əl açır
  849. Dündən qalan kölgələr, olan günü qaraldar
  850. Dünlə bu gün olduğun, yarın odur doğduğun
  851. Bəxşiş var - xalvarla, hesab var - dinarla
  852. Аrpа olsun, büğdа olsun - təhnə dolu olsun
  853. Zoğal dərənimiz də var, səbət hörənimiz də
  854. Yersiz danışmaqdan yerli gəyirmək yaxşıdır
  855. Yalançının evi yandı, heç kəs ona inanmadı
  856. Yağış ilə yer göyərər, alqış ilə ər öyünər
  857. Yaddan yoldaş olunca, qardaş əlindən gedər
  858. Xoruz elə xoruzdur, nə qocası, nə cavanı!?
  859. Xasiyyətini bilmədiyin atın arxasına keçmə
  860. Xan qapısında işləyənin ayağını daş aparar
  861. Vəsmə bol olanda qaşa da çəkərlər, gözə də
  862. Vəfalı dost yad olmaz, görməsə yüz il səni
  863. Torpaq deyər: "Öldür məni, dirildim səni!"
  864. Tora düşən səbr eləməsə, özünü ölümə verər
  865. Sağsağan kəkliyə baxar, öz yerişini itirər
  866. Sağsağan kəkliyə baxar, öz yerişini itirər
  867. Sağlığında kor Fatma, öləndə badam gözlü?!
  868. Sağlığında kor Fatma, öləndə badam gözlü?!
  869. Rişxənd etmə qonşuna, gələr bir gün başına
  870. Quzğun kimi leş yemə, şahin ol kəklik ovla
  871. Qız evində toydur, oğlan evinin xəbəri yox
  872. Qərib quşun yuvasını Tanrı öz əliylə tikər
  873. Qazı evində girdəkan boldur, amma sayı var
  874. Qaş-daşı sərraf tanır, nə bilər hər divanə
  875. Qaş düzəldən yerdə vurdu gözün də çıxartdı
  876. Qarı dizinə döyməklə dəvə pambıqdan çıxmaz
  877. Pis iş mərdə ar olar, Namərd gözü dar olar
  878. Papaq isti-soyuq üçün deyil, namus üçündür
  879. Özünü yorulmuş bilsən, yoldaşını ölmüş bil
  880. Özünə umac ova bilmir, özgəyə əriştə kəsir
  881. Özümə yer eylərəm, gör bir sənə nə eylərəm
  882. Öz quru çörəyim özgənin plovundan yaxşıdır
  883. Ördək ətin, qaz ətin, yeyən bilər ləzzətin
  884. Ölmə eşşəyim, ölmə, yaz gələr, yonca bitər
  885. Öküzü buynuzundan, adamı sözündən tutarlar
  886. Oğru anası gah döş yeyər, gah döşünə vurar
  887. O qədər dövlətli deyiləm ki, ucuz şey alam
  888. Növbə yetimə çatanda qaşığın dəstəsi sınar
  889. Nə ucudu, nə ortası, qırılıb qarın qartası
  890. Naqqalar olmasaydı, dünya laləzara dönərdi
  891. Namərd gəlib mərd olmaz Boyunca qızıl qala
  892. Molla olmaq çox asan, adam olmaq çox çətin
  893. Heç kəsin çörəyi heç kəsin qarnında qalmaz
  894. Halalzadə barışdırdı, haramzadə qarışdırdı
  895. Eyibsiz gözəl olmaz, ay üzündə də ləkə var
  896. Eyibli öz eybini bilsə, başına kilim örtər
  897. Eyibi eylər eybəcər, soğanı yeyər dərdəcər
  898. Evlərə gedən qızın dili altında qənd gərək
  899. Evin olsun divardan, od düşsün gilavardan!
  900. Elə iş tut ki, içindən qəmbərqulu çıxmasın
  901. Dünəni Dündə bıraq, günüvü gör, yarına bax
  902. Düğün qurdun el ilə, xırman qurdun yel ilə
  903. Dəli ilə dövlətli - ikisi də bildiyin elər
  904. Cücə ağgünlü olsaydı, toyuq əmcəkli olardı
  905. Çox öyünmə tat qızı, pendirindən qıl çıxır
  906. Cismin qidası –yemək, ruhun qidası –oxumaq
  907. Cığala Tanrı verməz, versə də qarnı doymaz
  908. Ceyranın qaçmasın gördüm, ətindən əl üzdüm
  909. Cavanlıq gözəllikdir, onu boyamaq artıqdır
  910. Burnu fırtıqlı quzu buynuzu burma qoç olar
  911. Bu arxa bir su gəlib, ümid var bir də gələ
  912. Bol çörəyin yoxdur, şirin dilin olsun barı
  913. Bir şeyi verib pis olunca, verməyib pis ol
  914. Bir meşəyə od düşsə, quru da yanar, yaş da
  915. Bir dərdlinin dərmanın o dərdə düşəndən al
  916. Bir baş idi, dörd ayaq, gəlin aşırdı bayaq
  917. Bir arxa ki, su gəlib, güman var yenə gələ
  918. Bildir ölüb boz eşşək, bu il gəlin ağlayaq
  919. Bəziyər vəzir edər, soyundurar, rəzil edər
  920. Bəylə hacca gedən çöllərdə sərgərdan qalar
  921. Bəyə bel bağlayanın heybəsi çiynində gərək
  922. Bəy evindən küt gəldi, dalınca da it gəldi
  923. Bəxtəvər o kəsdir ki, yurdu yaşıl donludur
  924. Başmaqçının başmağı olmaz, börkçünün börkü
  925. Başmaqçının başmağı olmaz, börkçünün börkü
  926. Başmağından xeyir görən patavasından çəkər
  927. Başlı başın saxlasın, mən başımdan bezaram
  928. Balığı ya öldürdün, ya sudan qırağa qoydun
  929. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar
  930. Atı atası ilə tanıdarlar, qatırı anası ilə
  931. Atası turşu yemiş, balasının dişi qamaşmış
  932. Arpa unun yoxdusa, dadlı dilin də yoxdur?!
  933. Aparanda el aparar, yel aparar, sel aparar
  934. Analı qızın işi görünər, anasız qızın dişi
  935. Allahsız yerdə otur, böyüksüz yerdə oturma
  936. Allah ona qoturluq versin, dırnağ verməsin
  937. Aldım qoz, satdım qoz, mənə qaldı çaqqaçuq
  938. Ağlayanda imam üçün də ağla, yezid üçün də
  939. Ağladım bacarmadım, güldüm günümü keçirdim
  940. Ağılsız baş əlindən səfil ayaq nələr çəkər
  941. Ağıllı fikirləşincə, dəlinin bir oğlu oldu
  942. Ağıllı evlənincə, dəli bir oğul da doğurdu
  943. Ağıllı arvad ara, ağılsız arvad vara qaçar
  944. Ağıla və qəlbə işıq saçan sözlər Bakı,2014
  945. Ağıla və qəlbə işıq saçan sözlər Bakı,2014
  946. Ağıla və qəlbə işıq saçan sözlər Bakı,2014
  947. Ağ dolağım sağ olsun, tapılmayan qız olsun
  948. Adın nədir - Daşdəmir, yumşalısan, yumşalı
  949. Adamın üzünə baxarlar, halın xəbər alarlar
  950. Aclıq ilə tоxluğun arası bir parça çörəkdi
  951. Dün bu gün olamaz, bu gün ertəyə qalamaz
  952. Belə matahın var, Cəfərabad bazarına apar
  953. Zəhməti bülbül çəkər, gülü qucar yenə xar
  954. Zəhmət çəkməyən rahatlığın qədrini bilməz
  955. Yoxsul, oduna da yoxsul, suya da yoxsul?!
  956. Yaxşı atları yaxşı kişilər minib getdilər
  957. Xörəyi doyunca yemə, gözün dalınca qalsın
  958. Xəlvəti halva yeyənin sirrini Allah bilir
  959. Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi
  960. Vay o gündən ki, adamın öz iti özünü tuta
  961. Varsa əgər hünərin, hara getsən var yerin
  962. Usta görməyən şagirdin gözü əllərdə qalar
  963. Ulağa gücü çatmır, acığını palanına tökür
  964. Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən
  965. Tərəkəmə öz obasını Bağdaddan böyük bilər
  966. Tənbəl dağda qar gördü, yorğanına büründü
  967. Tamahkardan dost olmaz, namərddən köməkçi
  968. Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq
  969. Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq
  970. Sakitlikdə olan iş qışqırıqla başa gəlməz
  971. Sakitlikdə olan iş qışqırıqla başa gəlməz
  972. Sağlığında nə idi ki, sayrılığında nola?!
  973. Sağlığında nə idi ki, sayrılığında nola?!
  974. Quyuya girərkən ordan çıxmağı da fikirləş
  975. Qürbətdə xan olunca, Vətənində dilən, gəz
  976. Qürbət görməyən adam Vətən qədrini bilməz
  977. Qonaq qonağı istəməz, ev yiyəsi heç birin
  978. Qoca öküzü oldürmək olar, öyrətmək olmaz!
  979. Qızıl qəfəsdən hər quşun tikdiyi yuva xoş
  980. Qız alan alana kimi, qız verən ölənə kimi
  981. Qəşənglik vardan olur, olmasa hardan olur
  982. Qarnım doyandan sonra bal da olsa yemərəm
  983. Qarı düşmən dost olmaz, əyridi bir damarı
  984. Pişik olmayan yerdə siçanlar baş qaldırar
  985. Payını yalqız yeyən payını dişi ilə tutar
  986. Özü ədalətli olanın qazıya ehtiyacı olmaz
  987. Özgə buzovunu güdənin çatısı əlində qalar
  988. Ömürlər örtülüdür, həm qocaya, həm cavana
  989. Ölünü vaxtında ağla, el gələr tünlük olar
  990. Öküzün cütə getməyəni ətlik adına satılar
  991. Öküz ölər gönü qalar, igid ölər ünü qalar
  992. Nə yada sirrini ver, nə namərdə bel bağla
  993. Nə sərvətə bel bağla, nə fələyə güvən gəz
  994. Nə ölən kimi ölür, nə də qalan kimi qalır
  995. Nə dəvənin südün istə, nə ərəbin üzün gör
  996. Nə baxırsan taxtına, sən baxginən baxtına
  997. Naxırçının faydası havayı eşşək minməkdir
  998. Molla evindən aş çıxmaz, kor gözündən yaş
  999. Matahın matah olunca, bazarın bazar olsun
  1000. Lobyalı aşın boyadı, İsanı yuxudan oyadır
  1001. Lahıcı sel apardı, elə deyrdi:qiblə pakdı
  1002. Haqq haqqı kəssə, Allah hər ikisini kəsər
  1003. Gündə-gündə, bir gün səndə, bir gün məndə
  1004. Gücün çatmayan işə girişmə, gücə düşərsən
  1005. Görənin gözün töküncə, götürənin əlin kəs
  1006. Gəzdim İran, Turanı, cənnət gördüm buranı
  1007. Fələyin qaydasıdır, dağı çəkər dağ üstdən
  1008. Eyibli eybini bilsə, başına palaz bürüyər
  1009. Ev dağılsa tiri qalar, kalafa uçsa - yeri
  1010. Eşşəyin yükü yüngül olanda oynamağı gələr
  1011. Ellərə gülən canım - indi olub el gülüncü
  1012. Elə qırmızıdır ki, toxum xoruzuna oxşayır
  1013. Elə elə ki, bir də bazara şorsatan gəlsin
  1014. Düşmən çox olanda qaçmaq da mərdlikdəndir
  1015. Dünyada bir pislik qalar, bir də yaxşılıq
  1016. Dün qonşuya qucaq açanlar, bu gün əl açır
  1017. Dovşan nə qədər qaçarsa, o qədər də yatar
  1018. Dövlət ağıllının nökəridir, axmağın ağası
  1019. Dost dosta tən gərək-tən olmasa gen gərək
  1020. Dəyirmanda dənin yox, guya, dən üyüdürsən
  1021. Deyən ağılsız olsa, dinləyən ağıllı gərək
  1022. Dəli dəliyə qoşular, dəyənək göydən yağar
  1023. Davanı göydə axtarırdı, yerdə əlinə düşüb
  1024. Daşürəkli düşmənin bağrın yarar yumşaqlıq
  1025. Çubuğu vaxtkən əyməsən, böyüyəndə əyilməz
  1026. Çörəyi torpaqdan al, özgənin ağzından yox
  1027. Çirkinliyin Allahdan, üz yumamağın nədən?
  1028. Çax-çax edən nalçadır, iş bitirən axçadır
  1029. Borc gülə-gülə gedər, ağlaya-ağlaya gələr
  1030. Borc almaq başlayan yerdə dostluq pozular
  1031. Boğaz yediyin istəməz, göz gördüyün istər
  1032. Bizə yetişən keçəlin saçı dabanından oldu
  1033. Bir yaxşılıq, bir də pislik yaddan çıxmaz
  1034. Bir tikəni bilməyən, min tikəni də bilməz
  1035. Bir qulağın dar eylə, bir qulağın darvaza
  1036. Bir işi qurtarmamış, o biri işdən yapışma
  1037. Bir çulum var ataram, harda gəldi yataram
  1038. Bıçaq yarası sağalar, söz yarası sağalmaz
  1039. Bəyliyi başarmadın, canın çıxsın belə gəz
  1040. Bəy ilə dalaşmaq dirəklə güləşməyə bənzər
  1041. Bəy ilə bostan əkənin tağı çiynində bitər
  1042. Beş ilin öküzü, qırx ilin qazısın aldadır
  1043. Belə deyirəm dədəm ölür, elə deyirəm anam
  1044. Bədəsildən əsil olmaz, boyunca qızıl qala
  1045. Baş vermək olar, gizlin sirri açmaq olmaz
  1046. Baş bədənin tacıdır, gözlər onun qaş-daşı
  1047. Balıq balığı udmasa - dəryanı balıq tutar
  1048. Balaca ağaca çıxıb böyük budaq sirkələyir
  1049. Bablı babın tapmasa, günü ah-vaynan keçər
  1050. Axmaq adam oğurluq keçi ilə gəzməyə çıxar
  1051. Ata-anasına xeyri olmayanın, elə nə xeyri
  1052. Aslan qocalanda başına çaqqallar toplaşar
  1053. Araba qoş, çarxa dur, mərd igidə arxa dur
  1054. Anlayana bir bəsdir, anlamayana min azdır
  1055. Ana ağaca çıxanda, qızı budaq-budaq gəzər
  1056. Alma arvadın dulunu, dalınca gələr qulunu
  1057. Allahdan gizlin deyil, bəndədən nə gizlin
  1058. Allah bir yandan bağlasa, bir yandan açar
  1059. Ağladan yanına get, güldürən yanına getmə
  1060. Ağıllı qonşun yoxdursa, kitabla söhbət et
  1061. Ağıllı çırmanınca, dəli vurdu, çayı keçdi
  1062. Ağılın zənni, cahilin yəqinindən yaxşıdır
  1063. Ağacı baltalayanda "sapı məndəndir" demiş
  1064. Ağa ilə bostan əkənin tağı çiynində bitər
  1065. Ağ ayranı itə tökərlər, qara kişmişi cibə
  1066. Adamı qılınc öldürməz, tənəli söz öldürər
  1067. Aclıqdan kimsə ölməz, ölən toxluqdan ölər
  1068. Acıqlı, başı neylər? Ağıllı, daşı neylər?
  1069. Acı dil yarası qılınc yarasından pis оlar
  1070. Ac qarına bir nəfər, nəğmə oxurmu məgər?!
  1071. Abrını yeyib, həyasını da belinə bağlayıb
  1072. Dünəni ötür, günüvü yaxla, yarını saxla
  1073. Dünənki bu günə qalmaz, bu günki yarına
  1074. Axşamın xeyrindən, səhərin şəri yaxşıdır
  1075. Ziyanın yarısından qayıtmaq da qazancdır
  1076. Zaman sənə saz olmasa, sən zamana saz ol
  1077. Zalıma rəhm etmək, məzluma zülm etməkdir
  1078. Yaxşı qəssab ətin yaxşısını axıra saxlar
  1079. Yaxşı ata bir qamçı, yaman ata min qamşı
  1080. Xeyri yoxdur çaxırın, içmə, açar paxırın
  1081. Xeyir istə qonşuna, xeyir çıxsın qarşına
  1082. Xəstəni döşəkdə saxlarlar, uşağı beşikdə
  1083. Xəstə yatmaq, xəstəyə baxmaqdan yaxşıdır
  1084. Xəsisin malı arvadın sonrakı ərinə qalar
  1085. Xəsisə zəhər versən, pulsuzdur deyə içər
  1086. Xəmiraşı – bəylər aşı, umac onun yoldaşı
  1087. Xəbər almaq eyib deyil, bilməmək eyibdir
  1088. Vəz oxumaq asan işdir, əməl eləyən gərək
  1089. Vaxtsız banlayan xoruzun başını kəsərlər
  1090. Üzünü xalqa çevirənin arxası mökkəm olar
  1091. Üzük tanınar qaşı ilə, qız - qardaşı ilə
  1092. Üzük nişanəsindən ürək nişanəsi yaxşıdır
  1093. Üz götürüb gedəni vuraraq saxlamaq olmaz
  1094. Ustadına kəm baxanın gözlərinə qan damar
  1095. Uşağı süpürgə ilə döyməzlər, boyu çıxmaz
  1096. Umac özün aş bilər, qarğa özün quş bilər
  1097. Tülkünün gedib-gələcəyi kürkçü dükanıdır
  1098. Toy da olsa toyuğun vayıdır, vay da olsa
  1099. Tövləyə buraxmırlar ki, quşqun oğurlayar
  1100. Tazısız ova gedən, dovşansız evə qayıdar
  1101. Taylı tayın tapmasa, günü ah-vayla keçər
  1102. Saydığını qoy kənara, gör fələk nə sayır
  1103. Saydığını qoy kənara, gör fələk nə sayır
  1104. Sarı yağla yağlayar, sarımsağla dağlayar
  1105. Sarı yağla yağlayar, sarımsağla dağlayar
  1106. Saqqal feyz olsaydı, keçi şeyxlik elərdi
  1107. Saqqal feyz olsaydı, keçi şeyxlik elərdi
  1108. Rüstəmi-zaman olsan, düşməni həqir sanma
  1109. Qurd keçiyə dəyməsə, keçi Məkkəyə gedər
  1110. Qurbanı biz elədik, yağış Qarabağa yağdı
  1111. Qonaq güclü olsa, ev yiyəsin evdən qovar
  1112. Qol əti qolda gedər, bud əti budda gedər
  1113. Qərib itin quyruğu qıçının arasında olar
  1114. Qarışqadan ibrət al; yaz ikən qışı düşün
  1115. Qarğa özü nədir ki, qarıltısı da nə ola?
  1116. Qara qız gəlməsəydi, külbəni kim odlardı
  1117. Padarın ulağı zağada yatar, qonağı çöldə
  1118. Özün üçün yatıb, özgələr üçün yuxu görmə
  1119. Özgəyə it hürər, bizə Mazandaran çaqqalı
  1120. Öz eybini bilməmiş, özgəyə rişxənd eləmə
  1121. Öz anasını sevməyən, özgə anasını sevməz
  1122. Ortaqlı toyuqdan yalnız yumurta yaxşıdır
  1123. Ölürsə yer bəyənsin, qalırsa el bəyənsin
  1124. Ölü bit deyiləm ki, dırnaq altında qalım
  1125. Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?!
  1126. Ölən canını qurtarır, vay qalanın halına
  1127. Öküzü durğuzub altından buzov istəməzlər
  1128. Öküz cırıldamaqdan boyunduruq cırıldayır
  1129. Oğru elə bağırdı, doğrunun bağrı yarıldı
  1130. Oba yox, qara yox, səndən başqa çara yox
  1131. O qədər küp yanında küpəçələr sınıb ki?!
  1132. Növbə bizə çatanda çırağın yağı qurtarar
  1133. Nəfəs nəfəsdir, bədnəfəsin adı bədnamdır
  1134. Nə istərsən bacından, bacın ölür açından
  1135. Nə işim var bayırda, çaqqal məni çığırda
  1136. Nə gələndən üz çevir, nə gedəni qovan ol
  1137. Naxırda malın yox, növbədə başın yarılır
  1138. Naxır yeri ilə gedib, ala dananı axtarır
  1139. Nahaq qapıdan gələndə haqq bacadan çıxar
  1140. Nadiri taxtda görüb, Şah Abbası qundaqda
  1141. Malını bəylər apardı, camalına nə oldu?!
  1142. Laçın balasın verməz, bəlkə zorla alalar
  1143. Hiylə ilə tikilən ev, bəhanə ilə yıxılar
  1144. Hiylə ilə iş görən, töhmət ilə can verər
  1145. Hacı saydığımızın xaçı qoltuğundan çıxdı
  1146. Gözünün yaşına baxaq, ya əlinin daşına?!
  1147. Görməmişə at versən, çapıb-çapıb öldürər
  1148. Getməsin o yaman ki, yerinə yaxşı gəlməz
  1149. Gecənin xeyrindən gündüzün şəri yaxşıdır
  1150. Fağırların düzgünü, bez geyinər qış günü
  1151. Evli evində yatar, qərib harda axşamlar?
  1152. Elm para ilə yox, çalışmaq ilə ələ gələr
  1153. Eli dağlamaq olmaz, Ağzın bağlamaq olmaz
  1154. Elə eləmə ki, körpü qala çayın o tayında
  1155. Elə arxalanan igidin, arxası yerə dəyməz
  1156. El malına göz tikmə, özün qazan, özün ye
  1157. Dünün yadı, günün dadı, danın adı varmış
  1158. Dünkünü unut, özünlə barış, türkcə danış
  1159. Dünənki Dündə qaldı, çağdaşlığı tut yaşa
  1160. Dəli dostun olunca ağıllı düşmənin olsun
  1161. Dəli dəlini görəndə çomağın belinə qısar
  1162. Dayıynan dağ dolan, əmiynən bağ dolanma
  1163. Danışmaq qızıl olsa, danışmamaq gümüşdür
  1164. Cütə getməyən öküzü ətlik adına satarlar
  1165. Çobanın könlü olsa, təkədən pendir tutar
  1166. Çənginin qazandığı ənliyə, kirşana gedər
  1167. Cəhd elə dost qazan, düşmən ocaq başında
  1168. Bu gün sən deyirsən, sabah sənə deyərlər
  1169. Bu – hələ kamilləri, gör nədir cahilləri
  1170. Borcunu verməyən, bir də borc ala bilməz
  1171. Bir birədən ötrü yorğanı yandırmaq olmaz
  1172. Bildirçinin bəyliyi darı sovrulanacandır
  1173. Bığı buraxmısan, saqqala salam vermirsən
  1174. Belə otyeyən idin, nə üçün arıq düşdün?!
  1175. Bəhs ilə Həccə gedən yorular yolda qalar
  1176. Bax mənə bir gözlə, baxım sənə iki gözlə
  1177. Başqasının əlilə aş yeyənin qarnı doymaz
  1178. Başına iş düşəndə qurbağa da yorğa gedər
  1179. Baş-başa verməyincə, daş yerindən qopmaz
  1180. Baş-başa verməyincə, dağ yerindən qopmaz
  1181. Baş onun, daş bunun, mənimki görməməkdir
  1182. Balta ağac kəsməzdi, sapı ağac olmasaydı
  1183. Balını yadlar yeyir, mən çəkirəm bəlasın
  1184. Balçının var bal tası, odunçunun baltası
  1185. Bağda ərik badam oldu, gədalar adam oldu
  1186. Bağbanın könlü olsa, nə gəlib bağda bara
  1187. Bacarırsan aslan ol, tülkü olmaq asandır
  1188. Bac istərəm bacımdan, bacım ölür açından
  1189. Az yeyər – arıqlar, çоx yeyər – zarıldar
  1190. Avazın yaxşı gəlir, oxuduğun Quran olsa?
  1191. At ölər nalı qalar, İgid ölər namı qalar
  1192. At igidin yoldaşıdır, silah onun qardaşı
  1193. Arvadı ahıl gözüylə, atı - cahil gözüylə
  1194. Allah sağ gözü sol gözə möhtac eyləməsin
  1195. Ağzı əyrini boynunun ardından tanıyarlar
  1196. Ağ üzüm, qara üzüm, başını dibindən üzüm
  1197. Adamın dinməzindən yaramaz koxa tikdilər
  1198. Adam min acını udar bir şirinin xatirinə
  1199. Adam adamın rəhmanı, adam adamın şeytanı
  1200. Açıq başa qoz dəyər, örtülməsə tez dəyər
  1201. Acığın əvvəli dəlilik, axırı peşmançılıq
  1202. Abdal, qar yağır! - Dayanmışam titrəməyə
  1203. Ramazanda deyən bayramda üzü qara çıxar
  1204. Zəhmət yemək istəmir, amma özü yedirdir
  1205. Yoxsul arpa tapar, saxlamağa yer tapmaz
  1206. Yeməyini yalqız yeyən yükü özü qaldırar
  1207. Yel aparan yelinki, Yerdə qalan mənimki
  1208. Yaxşı olsa ağadan, pis olsa nökərdəndir
  1209. Yaxşı at yemin artırar, pis at qamçısın
  1210. Yandırdığın yovşan, ağlatdığın - dovşan
  1211. Xəsisdən alınan yumurtanın sarısı olmaz
  1212. Xəncər bir nəfəri kəsər, dil min nəfəri
  1213. Xanla plov yemirəm, bığlarım yağa batar
  1214. Xanım xanım dedilər, var-yoxunu yedilər
  1215. Xandan gələn nökərəm, dişlərini tökərəm
  1216. Xalqın eybini söyləyən, özü eyibli olar
  1217. Xalqa it hürəndə, bizə də çaqqal ulayar
  1218. Xalam gəzəyən olsa idi, bizə də gələrdi
  1219. Uzun sözün qısası, gəlin, səni sevmişəm
  1220. Üz verdik dəliyə, palçıqlı çıxdı xalıya
  1221. Umud qaldı kosaya, kosa saqqalın daraya
  1222. Ucuzdur var illəti, bahadır var hikməti
  1223. Tərə yeyən də yaza çıxır, kərə yiyən də
  1224. Tənbələ iş buyur, o sənə nağıl danışsın
  1225. Tarlada izi olmayanın süfrədə üzü olmaz
  1226. Sudan ayrılan balığın oddan nə qorxusu?
  1227. Sudan ayrılan balığın oddan nə qorxusu?
  1228. Savaşanda barışmağa da üz yeri qoyarlar
  1229. Savaşanda barışmağa da üz yeri qoyarlar
  1230. Saman sənin deyil, samanlıq ki sənindir
  1231. Saman sənin deyil, samanlıq ki sənindir
  1232. Sağ gözü tut, sol gözdən ona işıq yoxdu
  1233. Sağ gözü tut, sol gözdən ona işıq yoxdu
  1234. Qurdun adı, yesə də, qurddur, yeməsə də
  1235. Qurban olum zərgərə, saldı məni pərgara
  1236. Qonşum sağ olsun, ocağından od verməsin
  1237. Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
  1238. Qonağı xan olanın anbarında arpa qalmaz
  1239. Qonağa hörmət elərləe, əyərçi kafər ola
  1240. Qızıldan çarıq geysən, yenə adı çarıqdı
  1241. Qaşqası böyük olanın sözü çox danışılar
  1242. Qarnın doymayan yerdə aclığını bildirmə
  1243. Qarğanı yüz il bəslə, yenə tərlan olmaz
  1244. Qarğa ilə dost olanın yediyi peyin olar
  1245. Qardaşın necə adamdır? Yoldaş olmamışam
  1246. Qanana bir söz yetər, qanmayana yüz oxu
  1247. Qanan ilə daş daşı, qanmaz ilə yemə aşı
  1248. Özü üçün yatır, özgələr üçün yuxu görür
  1249. Özgənin malı-mülkü, bizim də Qənbərimiz
  1250. Özgə yerin halvasını hövla ilə çalarlar
  1251. Özgə özgənin namazını dəstəmazsız qılar
  1252. Ot yolun gah altında bitər, gah üstündə
  1253. Ölüm var ölüm kimi, ölüm var zülüm kimi
  1254. Ölüm haqqdan, kəfən Məmməd Cəfər bəydən
  1255. Öküz əhildəməkdən, boyunduruq əhildəyir
  1256. O verdiyin and, bu da buyurduğun qulluq
  1257. O baş qorxsun ki, dost yolunda dayanmaz
  1258. Nə vaxt tülkü olsan, çarığımı çeynərsən
  1259. Nə umursan bacından, bacın ölür acından
  1260. Nə tüfəngə çaxmaqdır, nə dünbəyə toxmaq
  1261. Nə qorx, nə də qorxunu ürəyindən çıxart
  1262. Nə biçinini biçirəm, nə ayranını içirəm
  1263. Namərdin otağından, mərdin ağac kölgəsi
  1264. Nadan əlindən su içmə, ab-həyat olsa da
  1265. Mollanı iki yerə çağıranda bağrı çatlar
  1266. Meyxanaçının şahidi üzüm ayaqlayan olar
  1267. Meşəyə od düşəndə quru da yanar, yaş da
  1268. Malı qırov öldürər, qışın adı bədnamdır
  1269. Mal gedər bir yana, iman gedər min yana
  1270. Laf ilə plov bişməz, yağ ilə düyü gərək
  1271. Hər qoz girdədir, hər girdə - qoz deyil
  1272. Həccə gedən gəldi, saca gedən gəlmədi?
  1273. Gülmə gülünc olana, özün gülünc olarsan
  1274. Gözəl gözəl deyil, könül sevən gözəldir
  1275. Getdim yarım yanına, qadam cicim canına
  1276. Gəlin gəlin deyil, gəldiyi yer gəlindir
  1277. Gedər bağlar qorası, qalar üzlər qarası
  1278. Fələyin işinə bax, ayıya qaval çaldırır
  1279. Eyib tapır özgəyə, bir baxmayır güzgüyə
  1280. Evlənmək bir qurtum su deyil ki, içəsən
  1281. Evlənənlə ev tikənin köməkçisi çox olar
  1282. Evin böyüyü buyruqda, kiçiyi - qulluqda
  1283. Eşşək hələ o eşşəkdi, palanı dəyişsə də
  1284. El el üstə sığışar, ev ev üstə sığışmaz
  1285. El dağlara dayanıb, çıraqlı indi оyanıb
  1286. El ağzı çuval ağzı deyil ki, bağlayasan
  1287. Düşmən qarışqa da olsa, sən onu fil say
  1288. Dünyanı çəkən dərd ilə dərmanıda çəkmiş
  1289. Dünəni ötür, gününlə ötün, yarına köçün
  1290. Dün savılmış, gün sevilmiş, dan umulmuş
  1291. Dovşan feyz alanda kənd qırağında gəzər
  1292. Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar
  1293. Dava üçün bir qazı, isbat üçün on şahid
  1294. Dağ quşu dağa yaraşar, bağ quşu - bağa!
  1295. Dağ dağa qovuşmaz, insan insana qovuşar
  1296. Çox bilib az danışmaq igidin ləngəridir
  1297. Çobanın yağı çox olanda çarığına sürtər
  1298. Çobanı özündən olanın qoyunu dişi doğar
  1299. Çoban köpəyi kimi nə yeyər, nə yedirdər
  1300. Cəsarətin bitdiyi yerdə əsarət başlayır
  1301. Cəfasını mən çəkdim, səfasını yad gördü
  1302. Çanaxda balın olsun, Yəməndən arı gələr
  1303. Can can üçün yanar, yadın harası yanar?
  1304. Camış ola, qamış ola, ondan yeməmiş ola
  1305. Bir tək arı bir yığın çibindən yaxşıdır
  1306. Bir gözümü ağladır, bir gözümü güldürür
  1307. Bir doğru ki yalana oxşadı, onu söyləmə
  1308. Bir budağa çıxıb, min budağı sirkəliyir
  1309. Bir abam var ataram, harda olsa yataram
  1310. Bilməmək ayıb deyil, soruşmamaq ayıbdır
  1311. Bəylə bostan əkənin tağı çiynində bitər
  1312. Bazara pulsuz gedən, göra imansız gedər
  1313. Bayraməlisiz toy olmaz, Qəmbərsiz düyün
  1314. Bayırda mini ölsün, evimdə biri ölməsin
  1315. Batman qara daşdan, yaxşılıq iki başdan
  1316. Başın böyüklüğu yiyəsinə donuz güddürər
  1317. Başaçığın qaçacağı yer - papaqçı dükanı
  1318. Balıq başından iylənər, camış ayağından
  1319. Bala istəyən, bəlasını da istəmək gərək
  1320. Bağa özün çəkə bilməz, evin dalına alar
  1321. Azğınla-pozğuna öyüd-nəsihət kar eləməz
  1322. Azançı çəkər sоyuğu, mоlla yeyər tоyuğu
  1323. Atan ilə atamı demə, özün ilə özümü de!
  1324. Atam gündəni sayır, anam gündədən kəsir
  1325. Aslan qocalanda siçan yuvasını gözləyər
  1326. Anlayan düşmən anlamaz dostdan yaxşıdır
  1327. Almanı göyə at, yerə gəlincə, ya nəsib!
  1328. Allah bu əli o biri ələ möhtac eləməsin
  1329. Aləmə it hürər, bizə Mazandaran çaqqalı
  1330. Ağıznan plov bişməz, yağ ilə düyü gərək
  1331. Ağıllıya qırx gün dəli desən, dəli olar
  1332. Ağac başında qora, bilmədim düşdüm tora
  1333. Ağ köpək, qara köpək, ikisi də köpəkdir
  1334. Ağ gün adamı ağardar, qara gün qaraldar
  1335. Ağ evi görəndə qara evi yaddan çıxartma
  1336. Aftafa görməyən, lüləyən görəndə xornar
  1337. Adam ac оlanda pendir-çörək də ləzizdir
  1338. Aclıqda darı çörəyi halvadan şirin olar
  1339. Acı sözü bir batman bal ilə yemək оlmaz
  1340. Abdalın qarnı dоyunca, gözü qapıda оlar
  1341. Аğıllı kаmаl ахtаrаr, ахmаq vаr-dövlət
  1342. Zor qapıdan gələndə haqq bacadan qaçar
  1343. Zərrəcə eşqi olanın dəryaca tabı gərək
  1344. Zalımın qılıncından kasıbın ahı pisdir
  1345. Yoldaşını bab elə, görən desin ha belə
  1346. Ya lələ şələni basar, ya şələ - lələni
  1347. Xəstənin işi qalar, astanın işi qalmaz
  1348. Xəstəlik putnan gələr, mısqalnan çıxar
  1349. Xəncər yarası gedər, dil yarası getməz
  1350. Xalam kişi olsa idi, ona dayı deyərdim
  1351. Xala evinə dadanan, ər evində dayanmaz
  1352. Xain xəyanətinin cəzasını mütləq çəkər
  1353. Vura bilməyən daşın böyüyündən yapışar
  1354. Vətən daşı olmayandan, olmaz vətəndaşı
  1355. Varlının çörəyi kasıbın çənəsini yarar
  1356. Varlılığa tələsən yoxsulluğa tez düşər
  1357. Varlı umduğunu yeyər, kasıb - olduğunu
  1358. Üzü üstə gələniarxası üstə çevirməzlər
  1359. Ulduzu barışmayanın salamı da savaşdır
  1360. Tülək tərlan yerinə sar bağlamaq olmaz
  1361. Tənbələ iş buyur, o sənə ağıl öyrətsin
  1362. Sən gördüyün ağaclar kürəkliyə kəsildi
  1363. Sən gördüyün ağaclar kürəkliyə kəsildi
  1364. Qudurasan, qurbağa, gedir ilan vurmağa
  1365. Qonşuda qız sevənin ürəyində yağ olmaz
  1366. Qonağı gəlməyən evlər yıxılsa yaxşıdır
  1367. Qocaya hörmət elə, sən də qocalacaqsan
  1368. Qızılquş əldə gəzər, gözəl qız - dildə
  1369. Qızıl inək qaraqabaq gəlinə süd verməz
  1370. Qazandığın darı olsun, çuvalın səbət?!
  1371. Qarışqanın ölümü yetəndə qanad gətirər
  1372. Qar gedəndən sonra qaranın üstü açılar
  1373. Özünü alim istəyən, cahildən uzaq olar
  1374. Özgəyə kömək et, sənə də kömək edərlər
  1375. Öz evimin nökəriyəm, özgə evinin-ağası
  1376. Ördəkdən qaz yerişi tələb eləmək olmaz
  1377. Ölüsü olən kiridi, yasa gələn kirimədi
  1378. Ölmüş dəvənin dərisi bir eşşəyə yükdür
  1379. Ölməz, itməz Xədicə, görər nəvə-nəticə
  1380. Oğul fərsiz olarsa, öldürər dərd atanı
  1381. Oba yiyəsiz qalanda donuz təpəyə çıxar
  1382. Nə tökərsən aşına, o da cıxar qaşığına
  1383. Nə tiyanda barama var, nə cəhrədə ipək
  1384. Nə şaşqın ol basıl, nə daşqın ol, asıl
  1385. Nə belə vəslin olaydı, nə elə hicranın
  1386. Naşı ovçu dağı adlayar, ov vura bilməz
  1387. Namaza meyli olanın qulağı azanda olar
  1388. Müştəridə göz olsa, satan acından ölər
  1389. Molla bəyə qoşuldu, xalqın evi yıxıldı
  1390. Milçək bir şey deyil, könül bulandırır
  1391. Meymuna dedilər oyna, dabanını qovzadı
  1392. Mərdin gözü tox olar, namərdin gözü ac
  1393. Malını yaxşı saxla, qonşunu oğru tutma
  1394. Loxma qarın doyurmaz, məhəbbət artırar
  1395. Həyasızda insaf olmaz, insafsızda həya
  1396. Heç kimin yarası göz qabağında olmasın
  1397. Gündüz gəzər obanı, gecə sancar dabanı
  1398. Gözsüz yaşamaq olar, amma Vətənsiz yox
  1399. Gözdən uzaq olan könüldən də uzaq olar
  1400. Gedən bağdan gedər, bağbandan nə gedər
  1401. Fəqirə həmdəm gəlməz, gələr baş ağrısı
  1402. Fənd nə bilir, fel ilə fənddə nə var?!
  1403. Faydasız qohumdan faydalı yad yaxşıdır
  1404. Fayda - zərər hesab başında məlum olar
  1405. Eşşəyin canı yananda atdan yeyin qaçar
  1406. Elin gücü bir olsa, düşməni dara çəkər
  1407. Elə keçəl deyil ki, qartmağı yerə düşə
  1408. Elə elə ki, şorçu bir də bazara gəlsin
  1409. Elə elə ki, nə şiş yansın, nə də kabab
  1410. El üzünə namaz qılanın arxası Allahadı
  1411. Dünyanı gəzdim tatdan dadsız görmədim!
  1412. Dünya kasıba zindandır, varlıya meydan
  1413. Dovşanı tutunca tazıya "atam" deyərlər
  1414. Dovşan dağdan küsmüş, dağın xəbəri yox
  1415. Davakarın şah olsa, ərizəni Allaha yaz
  1416. Çox bilən quş dimdiyindən tələyə düşər
  1417. Cöngə öküz olunca, yiyəsi donuza dönər
  1418. Çolaq koru görəndə öz halına şükr elər
  1419. Cahilin ağlı başında yoх, gözündə olar
  1420. Bulaşıqlı səhəngdən bulanıq su tökülər
  1421. Böyüyün üzünə ağ olanı torpaq götürməz
  1422. Böyüyə hörmət elə, sən də böyüyəcəksən
  1423. Borc ilə çaxır içən, iki dəfə keflənər
  1424. Bir sərəncam, qırx nəsihətdən yaxşıdır
  1425. Bir qul iki ağaya qulluq eyləyə bilməz
  1426. Bir gözü alça dərir, biri səbətə tökür
  1427. Bir buğda əkməsən, min buğda biçməzsən
  1428. Bir barmaq qatıqdan ötrü tuluğu yırtma
  1429. Bəxtini buzda sına, oğulda, qızda sına
  1430. Bəxti yox idi, bədbəxtliyi kömək elədi
  1431. Belə şıllaq atan madyan qulun saxlamaz
  1432. Bədənini təmiz saxla, qəfil əcəl gələr
  1433. Başqasına pislik edən özünə etmiş olar
  1434. Baqqal ölülərin borcun dirilərə yüklər
  1435. Baltanın sapında varsa, ağzında da var
  1436. Balaca balta ilə böyük ağac da yıхılar
  1437. Bağı susuzluğu, bağbanı əməyi yandırar
  1438. Bağban eşşəyi bir ildən artıq saхlamaz
  1439. Bacarmadığın bir işi «bacararam!» demə
  1440. Axar suya dayanma, hər deyilənə inanma
  1441. Avara qonaq ev sahibini də avara qoyar
  1442. Atan alim idi, sənə nə, özündən danış!
  1443. Ata-anamı itirdim, özümü yara yetirdim
  1444. Ata-ana sözünə baxmayan xoş gün görməz
  1445. At almağa cahıl gedər, qız almağa ahıl
  1446. Arvad var ev yığar, arvad var ev yıxar
  1447. Arvad iki olanda ev süpürülməmiş qalar
  1448. Anlayanla daş daşı, anlamazla bal yemə
  1449. Anasından ayrı düşən quzunu qurd yeyər
  1450. Almadığın heyvanın quyruğundan yapışma
  1451. Ağlarsa anam ağlar, qalanı yalan ağlar
  1452. Ağılsız dostdan ağıllı düşmən yaxşıdır
  1453. Ağıllı fikir edincə, dəli Kürdən keçər
  1454. Ağıllı düşmən ağılsız dostdan yaxşıdır
  1455. Ağıllı bizi tapmaz, dəli bacadan yağar
  1456. Ağa gətirər navala, xanım tökər çuvala
  1457. Ağa dediyin nədir, bəyənmədiyin nədir?
  1458. Adını mənə qoydu, məni yana-yana qoydu
  1459. Adımı sənə qoyum, səni yana-yana qoyum
  1460. Adamın adı çıxınca canı çıxsa yaxşıdır
  1461. Adam var, dağı gəz, adam var, yağı gəz
  1462. Aclıq yavanlıq istəməz, yuxu da yastıq
  1463. Acıqnan itirərsən, səbirnən gətirərsən
  1464. Acgöz adam açıq gözdən kiprik qоpardır
  1465. Acanda çobana yetiş, yorulanda sarbana
  1466. Zorla gedən köpək qoyuna fayda verməz
  1467. Zindana səbr eləyən axırı taxta çıxar
  1468. Zəmanə dəyişdikcə, adamlar da dəyişir
  1469. Yırtıcı aslan zülmkar şahdan yaxşıdır
  1470. Yamanlığa yaxşılıq nər kişinin işidir
  1471. Yalan elə bağırdı ki, sanki, doğrudur
  1472. Yağ yağ üstə gedər, yarma yavan qalar
  1473. Xoruz çox olan yerdə səhər tez açılar
  1474. Xəstə tələsər, armud vaxtında yetişər
  1475. Xəsisin malı öləndən sonra bəlli olar
  1476. Xam atı minməkdən, çullamağı çətindir
  1477. Varlının varı yoxsulun çənəsini yorar
  1478. Var evi-kərəm evi, Yox evi, vərəm evi
  1479. Uzaqlaşmaq yaxınlaşmaq üçün vasitədir
  1480. Uşağın hökmü padşahın hökmündən artıq
  1481. Ulu sözünə baxmayan ulaya-ulaya qalar
  1482. Tülkü çox bilmişliyindən tələyə düşər
  1483. Tikə qarın doyurmaz, məhəbbət artırar
  1484. Təqsir oldu lələdə, saqqalı verdi ələ
  1485. Taxçadakı qarnında, boxçadakı əynində
  1486. Tanrıdan gəlməsə, bəndədən nə gələr?!
  1487. Tanrı ac istəyəni bəndə doyura bilməz
  1488. Südlü inək ol, vur dolu sərnici dağıt
  1489. Südlü inək ol, vur dolu sərnici dağıt
  1490. Sənə vur dedilər, öldür ki, demədilər
  1491. Sənə vur dedilər, öldür ki, demədilər
  1492. Sən ağacı əlinə al, oğrunu it qapacaq
  1493. Sən ağacı əlinə al, oğrunu it qapacaq
  1494. Səhər gedər naxıra, axşam gələr axıra
  1495. Səhər gedər naxıra, axşam gələr axıra
  1496. Səbir Allahdan, səbirsizlik şeytandan
  1497. Səbir Allahdan, səbirsizlik şeytandan
  1498. Sağalsa həkiməm, sağalmasa mən kiməm?
  1499. Sağalsa həkiməm, sağalmasa mən kiməm?
  1500. Rahat oturana nə vali gələr, nə hakim
  1501. Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar
  1502. Qonşu qonşuya baxar, canını oda yaxar
  1503. Qonaq qonağın hesabın könlündə saxlar
  1504. Qonağa üz versən, taxta-boxçanı gəzər
  1505. Qoldan tutan azdır, yaxadan tutan çox
  1506. Qoduq hürkəndə anasından qabağa düşər
  1507. Qızım sənə deyirəm, gəlinim, sən eşit
  1508. Qız qarıyanda dayısınin boynuna düşər
  1509. Qəza işin işlər, bizə qalar təşvişlər
  1510. Qazan olmayan yerdə güvəc də qazandır
  1511. Qaraquşa xeyir öz dimdiyindən toxunar
  1512. Qara qız gəlin oldu, ürəyi sərin oldu
  1513. Qabağına baxmayanın ayağına daş dəyər
  1514. Payızın suyu kasıbın boğazına təngdir
  1515. Özünü atan da birdir, özünü dartan da
  1516. Özündən böyüyə qabarma, bəlkə atandır
  1517. Özüm özümə elədim, külü gözümə elədim
  1518. Özü üçün yeyir, özgəsinə minnət qoyur
  1519. Özgə malına dəymə, özününü bərk saxla
  1520. Özgə evində tülküdür, öz evində aslan
  1521. Öz sözünü eşit, özgə sözünü danışanda
  1522. Öz anasını sevən, özgə anasını söyməz
  1523. Ölümə gedən gəldi, pula gedən gəlmədi
  1524. Ölülər elə bilir, dirilər halva yeyir
  1525. Ölü kimi ölginən, mürdəşir kimi yuyum
  1526. Ölü cəhənnəmə, təki mollaya pul olsun
  1527. Ölmüş eşşək axtarır ki, nalını çəksin
  1528. Ölənin borcunu baqqal dirilərə yüklər
  1529. Ölən onlardan olsun, bel-kürək bizdən
  1530. Öküz dəvəcan olanda, dəvə dağcan olar
  1531. Oba durdu köçməyə, qarı durdu gəzməyə
  1532. O hacı, bu hacı, kim olacaq boyaqçı?!
  1533. Nə ilə ölçərsən, onunla da ölçülərsən
  1534. Nə dəlini işlət, nə də dəli üçün işlə
  1535. Namərdə möhtac olunca dəryada qərq ol
  1536. Həccə gedən gəldi, saca gedən gəlmədi
  1537. Haray üzülən canım, ipə düzülən canım
  1538. Haqq söz danışanın papağı yırtıq olar
  1539. Gözə gəlməyən gəlinin salamı savaşdır
  1540. Evdə qonaq olanda uşağa acıqlanmazlar
  1541. Elə köç, köçünə dana-buzov qarışmasın
  1542. Elçisi Gülüm olanın başına külüm olar
  1543. El elə dayandı, qeyli-qal indi oyandı
  1544. Dovşana deyir, qaç, tazıya deyir, tut
  1545. Dostunu mənə göstər, deyim sən kimsən
  1546. Dil yarası qılınc yarasından pis olar
  1547. Dəliyə iş buyur, o sənə ağıl öyrətsin
  1548. Dəli dövran sürür, ağıllı vaxt gözlər
  1549. Dəli dəlidən xoşlanar, molla - ölüdən
  1550. Davaçın xan olsa, Allah dadına çatsın
  1551. Çuvala girməyən canım dağarcığa girib
  1552. Cida ilə qulağa pambıq yeritmək olmaz
  1553. Cəhd çarıq yırtar, iş odur haqqa vara
  1554. Cavanlıqda daş daşı, qocalıqda ye aşı
  1555. Cavanlıq soltanlıqdır, bacarsan saxla
  1556. Canı ağrıyan eşşək, atdan yeyin gedər
  1557. Cahıl ilə daş daşı, ahıl ilə yemə aşı
  1558. Cahil ilə bal yemə, ahıl ilə daş daşı
  1559. Çağırılmamış qonağı köpəklər qarşılar
  1560. Böyüyün tanımayan qibləsin də tanımaz
  1561. Borclunun üzü qara, aclığın gözü qara
  1562. Bir su ki, səni aparır, deynən Arazdı
  1563. Bir işin əvvəlinə bax, bir də axırına
  1564. Bir işi başlamağa çalış, özü qurtarar
  1565. Bir iş bitməyincə, o biri işi başlama
  1566. Bir günlüyə dovşan dərisi də qatlanar
  1567. Bir göz iki göz gördüyünü görə bilməz
  1568. Bir ev adam yığılır, güc doğana düşür
  1569. Bir əlin nəsi var, iki əlin səsi var!
  1570. Bir deyənin olunca, min yeyənin olsun
  1571. Bir dəlidən yeddi məhləyə ziyan dəyər
  1572. Bəyin kölgəsindən it kölgəsi yaxşıdır
  1573. Bədbəxt ova çıxdı, dağları duman aldı
  1574. Bazar çörəyi çox olsun, bazarda olsun
  1575. Bazar baqqalsız, meşə çaqqalsız olmaz
  1576. Baylığa tələsən, yoxsulluğa tez duşər
  1577. Bayırım özgəsini yandırar, içim özümü
  1578. Başımı yarmağına görə barı daş olaydı
  1579. Baş yoldaşı yoxdur, aş yoldaşı çoxdur
  1580. Barmağın hansın kəssən, ağrısı birdir
  1581. Balalı ev bazardı, balasız ev məzardı
  1582. Bal olsun, milçək Bağdaddan da gələr
  1583. Bağbanın bar vaxtı qulağı ağır eşidər
  1584. Bağa qınından çıxdı, qınını bəyənmədi
  1585. Bağ vaxtı bağbanın qulağı ağır eşidər
  1586. Azana yоl göstərsən, sənə yön öyrədər
  1587. Atasını tanımayan Allahını da tanımaz
  1588. At oğurlanandan sonra axur nəyə gərək
  1589. At ayağı külək olar, ozan dili yüyrək
  1590. Arvadın deyingəni kişini tez qocaldar
  1591. Arvad tutan yolun axırı yoxuşa qalxar
  1592. Arvad evinə girənin qapısı alçaq olar
  1593. Altmışda zurna öğrənən qəbrində çalar
  1594. Almazı palçığa atsalar, yenə almazdır
  1595. Allaha inanmayana bəndələr də inanmaz
  1596. Allah yolunda yox, şeytan yolunda çox
  1597. Allah sağ əli sol ələ möhtac eləməsin
  1598. Ahıl ilə daş daşı, cahil ilə bal yemə
  1599. Ağıllısı hansıdır, qabaqda gedən dəli
  1600. Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır
  1601. Ağıllı kişi qışın qeydinə yayda qalar
  1602. Ağıllı ağıl eləyincə dəli vurdu keçdi
  1603. Ağac yeyən sıpa bir də xırmana girməz
  1604. Ağ qoyunu görənlər içi dolu yağ sanar
  1605. Aftafa görməyən, lüləyənə şıllaq atar
  1606. Adımı güvəc qoy, amma ocaq üstə qoyma
  1607. Adam pulu qazanar, pul adamı qazanmaz
  1608. Adam gərək Ömərə də ağlasın, Əliyə də
  1609. Adam ağzından söz, qazan altından köz
  1610. Abbasını bəyənməyən beş şahı çıxardar
  1611. Abbas Abbasdan, Abbas da kor Abbasdan
  1612. Abad yerin bülbülü, xarabanın bayquşu
  1613. verilməyən at qamçı gücü ilə yeriməz
  1614. Dünə qalma, günün sovma, irtə dalma
  1615. Dün gecəyə bitdi, ertin dana açılar
  1616. Qazan qarası gedər, üz qarası getməz
  1617. Yaxşı köhnə çulun altında da bilinər
  1618. Tapan tapanın olsa, çöldə bəy olardı
  1619. Çörəyi ver çörəkçiyə, bir də üstəlik
  1620. Zamana ilə düzəlişən həmişə rahatdır
  1621. Zaman pul deyil, onu qaytarmaq olmaz
  1622. Yoxsulluq ilə qocalıq düşüb bir yerə
  1623. Xeyir verməyən qohumdan yad yaxşıdır
  1624. Xəyalsız insan meyvəsiz ağaca bənzər
  1625. Xəsisin qarnı doysa da, gözü ac olar
  1626. Xəsis havanı udanda da xəsislik edər
  1627. Xanım qırsa - qəza, nökər qırsa cəza
  1628. Xan arıqlayanda rəiyyətin canı çıxar
  1629. Vətən viranə də olsa,yəqin,cənnətdir
  1630. Tutulmamış oğru, xandan-bəydən doğru
  1631. Torpaq - uğrunda ölən varsa vətəndir
  1632. Tez duran, tez evlənən peşiman olmaz
  1633. Tanrı verən dövləti bəndə ala bilməz
  1634. Sudan boğulan saman çöpündən yapışar
  1635. Sudan boğulan saman çöpündən yapışar
  1636. Ruzisi gələn zaman köpəyi yuxu tutar
  1637. Qoyma başın balışa, Ver özünü yarışa
  1638. Qonşuna genəş, bildiyini əldən vermə
  1639. Qonşu muncuğun oğurlayan gorda taxar
  1640. Qonağını əzizləyən itə də sümük atar
  1641. Qızı saldın beşiyə, cehizi çək eşiyə
  1642. Qıfıl oğru üçün deyil, doğru üçündür
  1643. Qeyrəti olan torpağı qızıla döndərər
  1644. Qəriblikdə ölənin börkü nişanə gedər
  1645. Qəribi vurmuşlar, "Vay, vətən" demiş
  1646. Qazının yanına tək gedən şad qayıdar
  1647. Qazan qazana deyər: üzün qara olsun!
  1648. Qaşıqla aş verib sapıyla göz çıxarma
  1649. Qarğa özün quş bilir, xaşıl özünü aş
  1650. Qara dolaşaya qırmızı papuş yaraşmaz
  1651. Qaçanı qovmazlar, yıxılanı vurmazlar
  1652. Pay bölənin yüzdə biri cənnətə gedər
  1653. Özündən qolu güclüyə rast gəlməmisən
  1654. Özün etdin özünə, külü səpdin gözünə
  1655. Özü yəhər qaşında, gözü ocaq başında
  1656. Özgənin sözünü özgəyə deməyə nə var?
  1657. Özgənin qarğası özgəyə qırğı görünər
  1658. Özgə özgənin ölüsün holavarnan ağlar
  1659. Özgə evində qonaqdan borc istəməzlər
  1660. Ölü kimdir ki, gorun söyən kim ola?!
  1661. Ölü dağı çəkilər, diri dağı çəkilməz
  1662. Öküz özünə yonca əkəndə başı ağrıyar
  1663. Oğru qalana yanar, mal sahibi gedənə
  1664. Ocağın altdan köz, adamın altdan söz
  1665. Novruzdan sonra qırx gün kötük yanar
  1666. Nisyə quyruqdan nağd yumruq yaxşıdır
  1667. Nə zalım ol asıl, nə miskin ol basıl
  1668. Nə şeytan görüm, nə qulfallah oxuyum
  1669. Nə qədər qoca olsa, min cavana dəyər
  1670. Nə gecəm gecədir, nə gündüzüm gündüz
  1671. Nə ərəbin üzün gör, nə Şamın şəkərin
  1672. Nə doğrarsan aşına, o çıxar qaşığına
  1673. Namərdin plovundan, mərdin qaşıq aşı
  1674. Namərdə tuş olanın ciyəri qana dönər
  1675. Namərd yəhərdə tanınar, mərd kəhərdə
  1676. Nadanı kötək düzəldər, qozbeli qəbir
  1677. Nadan dostdan ağıllı düşmən yaxşıdır
  1678. Molla Qurandan kəsər, şeytan imandan
  1679. Mərd mərdi qanar, Bərkdə oduna yanar
  1680. Məkkədən gələn mən, xəbər verən sən
  1681. Harda gördün hamı kor, sən də ol kor
  1682. Halva-halva deməklə ağız şirin olmaz
  1683. Güvəci ya sındır, ya dağdan yuvarlat
  1684. Gül istəyən, tikanı da istəmək gərək
  1685. Gələn gedənin dədəsinə rəhmət oxudur
  1686. Fərsiz oğuldan bir qara daş əfzəldir
  1687. Fağırın düşkünü, al geyinər qış günü
  1688. Evlərə gedən qızın başı qovğalı olar
  1689. Eşşəyim, ölmə, yaz gələr yonca bitər
  1690. Eşşəyə qızıl çatmaqla qiyməti artmaz
  1691. Eşşək olasan, tükün bu narınlığında!
  1692. El tutanı ər tutar, Ər atanı el atar
  1693. El keçən körpüdən qorxma, sən də keç
  1694. El atanı ər atar, el tutanı ər tutar
  1695. Dəmir qapının taxta qapıya işi düşər
  1696. Dəliyə yüz öyrət, öz bildiyini eylər
  1697. Dəli düşünər: Görəsən, mən insanam?!
  1698. Danışarkən bülbül kimi cəh-cəh vurur
  1699. Dağ başına qış gələr, igid başına iş
  1700. Cümə günü, bazar, onu da yağış pozar
  1701. Çox yemək adamı az yeməkdən də qoyar
  1702. Cənnətin yaylağı, cəhənnəmin qışlağı
  1703. Cəhənnəmə gedən özünə yoldaş axtarar
  1704. Bu dünya belə gəlib, belə də gedəcək
  1705. Bir qarına iki minnət götürmək olmaz
  1706. Bir kötük üstə çox çırpılar doğranar
  1707. Bir gözü alça dərir, bir gözü gavalı
  1708. Bir gördün yoldaş, iki gördün qardaş
  1709. Bir gəmi bəzənər, bir gəlin bəzənməz
  1710. Bir ayaq sən gəl, iki ayaq mən gəlim
  1711. Bir ata, bir də arvada inanmaq olmaz
  1712. Bir ağacın kölgəsində bir sürü yatar
  1713. Bilənlər danışmaz, danışanlar bilməz
  1714. Biləkli birini yıxar, bilikli minini
  1715. Bəylərin bir əli od olur, bir əli su
  1716. Bəy mənim arxam, mən kimdən qorxam?!
  1717. Bəy dediyin nədir, bəyənmədiyin nə?!
  1718. Bəxt dönəndə burunun suyu gözə damar
  1719. Bədnəzərdən Allahın da xəbəri yoхdur
  1720. Bazarın bazar, qadam sənə mərdiməzar
  1721. Bayquş xarabalığı gülüstana dəyişməz
  1722. Bayırı kaşı-çini, içərisi toyuq hini
  1723. Baqqal, qəssab – hər ikisi bir hesab
  1724. Baqqal daşdan kəsər, siçan baqqaldan
  1725. Ay qaynana,elə bil,gəlin olmamısan?!
  1726. Axmaq da sükut edəndə ağıllı görünər
  1727. Arvadı bəd olanın saqqalı tez ağarar
  1728. Arşın olmayan yerdə çərək də ölçüdür
  1729. Araq adamı ardan da qoyar, yardan da
  1730. Anlayanın quluyam, anlamayanın ağası
  1731. Anlayana qul ol, anlamayana ağa olma
  1732. Anasızın gördüyü iş danlaqsız bitməz
  1733. Ana kimi yar olmaz, Vətən kimi diyar
  1734. Allah verməyənə peyğəmbər neyləsin?!
  1735. Allah min dərd verib, min bir dərman
  1736. Allah bu gözü o gözə möhtac eləməsin
  1737. Allah adama ya ağıl verər, ya dövlət
  1738. Alim olmaq asandır, adam olmaq çətin
  1739. Aləm aləmlədir, keçəl qız da xalamla
  1740. Al ver deyiblər, al vermə deməyiblər
  1741. Ağlı olan, qışın qeydinə yayda qalar
  1742. Ağlayanın bir dərdi var, gülənin beş
  1743. Ağıllınız kimdir? Qabaqdakı zəncirli
  1744. Ağıllı düşmən nadan dostdan yaxşıdır
  1745. Ağ göyərçin qara qarğaya qismət olub
  1746. Adın nədi – Rəşid, bir de, bir eşit
  1747. Adam qоcalanda ikinci dəfə uşaq оlur
  1748. Adam olmayan başqalarını adam saymaz
  1749. Ac toyuq özünü taxıl bazarında görər
  1750. Ac saxla, yalavac saxla, yaxşı saxla
  1751. Ac it gəlmiş, tox itin dalın yalayar
  1752. Ac deyər doymaram, tox deyər acmaram
  1753. Abır-həya olan yerdə bərəkət də olar
  1754. Abdal düyündən, uşaq oyundan usanmaz
  1755. Zərrə qədər iman, dünya qədər günah
  1756. Zərgər dükanının tozu da qızıl olar
  1757. Yol həmişə bostan qırağından düşməz
  1758. Yaxşılıq düşməni də adama dost edər
  1759. Xırdavatçının andı özünə qənim olar
  1760. Xəstə yatan ölməz, əcəli yetən ölər
  1761. Xainə sürü göndər, yenə cibin güdər
  1762. Üz göstərsən qohumluq iddiası eylər
  1763. Uşağı yemək böyütməz, fərəh böyüdər
  1764. Ucuz illətsiz, baha hikmətsiz deyil
  1765. Tutmusan ucundan, gedirsən ucuzluğa
  1766. Türk söydükcə qızar, durduqca bezər
  1767. Təmiz hava girməyən evə həkim girər
  1768. Söymə qul atamı, söyməyim bəy atanı
  1769. Söymə qul atamı, söyməyim bəy atanı
  1770. Sevgi od deyil, amma oddan yamandır
  1771. Sevgi od deyil, amma oddan yamandır
  1772. Sən ağa, mən ağa, inəkləri kim sağa
  1773. Sən ağa, mən ağa, inəkləri kim sağa
  1774. Sağmal inək bizdə, satdıq yağ sizdə
  1775. Sağmal inək bizdə, satdıq yağ sizdə
  1776. Sağ əl verəni sol əl gərək bilməsin
  1777. Sağ əl verəni sol əl gərək bilməsin
  1778. Rişxəndlik ağlın zəifliyindən doğar
  1779. Quzusuna qıymayan kabab yeyə bilməz
  1780. Qürbətdə ölənin papağı nişanə gedər
  1781. Qonşunun quzusu qonşuya qoç gorünər
  1782. Qonşu qonşu olsa, kor qız ərə gedər
  1783. Qapılan qapanın, tapılan tapanındır
  1784. Piyada atlıya gülməsə, bağrı çatlar
  1785. Pis olmasa, yaxşının qədri bilinməz
  1786. Palçığa batan arabanı öküz çıxardar
  1787. Özünü tanımayan Allahını da tanımaz
  1788. Özgə plovundan bizim şorba yaxşıdır
  1789. Öz kövşənində otlayan mal ac qalmaz
  1790. Oynaşa ümidli olan arvad ərdən olar
  1791. Oynamaq bilməyən yerim dardır deyər
  1792. Öküzün qocalanı dana-buzova qoşular
  1793. Oğurluq ilə çəngilik qırx gün çəkər
  1794. Oğurluğa getsən, insafı əldən qoyma
  1795. Nisyə vermərəm, dalınca da getmərəm
  1796. Nələr gəldi, nələr keçdi fələkdən?!
  1797. Nə yaraşır arığa, gedə girə qoruğa?
  1798. Nə sən gəl, nə ilin axır çərşənbəsi
  1799. Nə qaldırsa üzünə, o görünür gözünə
  1800. Nə balanı istəyirəm, nə də balasını
  1801. Naxırçının könlü naxır çörəyi istər
  1802. Naxırçı qızı naxırçı çörəyi arzular
  1803. Naşı bilməz xara nədir, bez nədir?!
  1804. Namərdə tuş olanın ürəyi qana dönər
  1805. Namə yazmaq asandır, yetirmək çətin
  1806. Nadanlıq nəsilnən, insanlıq əsilnən
  1807. Laçın da günəşdən yuxarı uça bilməz
  1808. Hələ quyruğu qapı arasında qalmayıb
  1809. Heç kəsin çırağı sabahadək yanmasın
  1810. Heç bir igid kürəkdən yara götürməz
  1811. Haqq yeyənin adın qoyarlar Haqverdi
  1812. Güvəc görməyən qazan görəndə xorlar
  1813. Görməmiş gördü gümüş, oldu qudurmuş
  1814. Gönü suya vermə, verdin heyfsilənmə
  1815. Gəmisini batıran, çarığını axtarmaz
  1816. Gəmidə oturub gəmiçi ilə dava eləmə
  1817. Fərhad ölüb, külüngünün səsi gəlmir
  1818. Fəqir əlinə baxırsa, sən cibinə bax
  1819. Eyibsiz dost axtaran, dostsuz qalar
  1820. Evdir, aşağısı da olar, yuxarısı da
  1821. Ev şamdan işıqlanar, baş - bilikdən
  1822. Eşşəyə qantarğa keçirməklə at olmaz
  1823. Elə bilirsən qara gözünə aşiq olub?
  1824. El ilə gələn qara gün toy-bayramdır
  1825. El ağzına baxan, qarısını tez bоşar
  1826. Dul arvadın boğçası qoltuğunda olar
  1827. Dostunu ağladıb, düşmǝnini güldürmǝ
  1828. Dostu tapmaq çətin, itirmək asandır
  1829. Dəvə gördünmü? - Qığını da görmədim
  1830. Davalı söz baş yarar, doğru söz baş
  1831. Davaçı qazı isə, ərizəni Allaha yaz
  1832. Çör-çöplə yanan ocağın istisi olmaz
  1833. Çəltik xatirinə suluflar da su içər
  1834. Cəhənnəmə gedən yoldaşını çox istər
  1835. Cavan əvvəl göyü görər, sonra yeri
  1836. Canı yanan eşşək, atdan yeyin gedər
  1837. Canavar canavarın dərisini çıxarmaz
  1838. Can mənim canım, çıxsın sənin canın
  1839. Can deyən çox olar, can verən olmaz
  1840. Borcla alınan eşşək su yolunda ölər
  1841. Borc verməklə tükənər, yol getməklə
  1842. Borc almaq asandır, qaytarmaq çətin
  1843. Bir ət ki, girdi qazana,oldu yeməli
  1844. Bir əli ilə verir, bir əli ilə alır
  1845. Dünya yaman, Dünya yalan Dünyadı -at belinə aşırdı, at belindən daşırdır, qara günə salırdı, yaman gündə asırdı
  1846. Evimizə gəldi qonaq, vay dədəm vay, dədəm vay, olaydı yumurta, bişirəydim qayğanaq, vay tava dərdi, yağ da yoxdur!
  1847. Xeyirsöyləməzə dedilər: «Xeyir söylə, səfərdən gələndə sənə sovqat gətirərəm» Dedi: «Bəlkə getdin, gəlmədin, indidən ver»
  1848. Dünyanı tutma ağa qarıya, yaşamda dadlı gəlir ağıya, dirsəldib yerə çırpmaqdansa, ötür özü bulsun yaxı yarıya
  1849. Dünya doğandan, fırlanır belə, səndə dolan, istəyin elə dəğişər dərmanın daşı, Dünya varikən, fırladar genə
  1850. Dünya yalan dönüklüyü danılmaz, aldışdığın bataqlıq, çıxılmağın sanılmaz,verən alan, sözün yayan yanılmaz
  1851. Dünün keçdi geri dönməz bəkləmə, günün axır, yararlanıb gözləmə, yarın yarar, gətirdiyin görərsən
  1852. Uca-uca dağlar başı qarlı da olur, qarsız da; igidlərin canı sağ olsun, varlı da olur, varsız da
  1853. Düğürdən uzaq, qırx min ayaq, səndən bizə olsun dayaq, yardımçım ol, tanrı barım, tanrı barım
  1854. Fərsiz oğul atasının gözünü çıxartdı ki, adına Koroğlu desinlər, amma kor kişinin oğlu dedilər
  1855. Cavanlıqda qocalığa güc saxla, pullu gündə pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla
  1856. Dünya göziylə görmə onu, əşik könüllə keçmə bu yolu, yollar başqa, keçən başqa, görən başqa
  1857. Bala dadı, bal dadı,
    Bala adamı aldadır
    Şirini şirin olur,
    Acısı da bal dadır
  1858. Dünya malı əldə varkən həp Düşmanlar dost olur əldə nərsə qalmayınca dost bilə Düşman olur
  1859. Bir də qatırçının qatırını hürkütmə
  1860. Bir dadanandan qorx, bir qudurandan
  1861. Bir çılpağı yüz cübbəli soya bilməz
  1862. Bir biləndən qorx, bir də bilməzdən
  1863. Bir ağızdan çıxan min ağıza yayılır
  1864. Bir adamın payın özgəsi yeyə bilməz
  1865. Bir ac güləyən olar, bir də yalavac
  1866. Bilmək olmaz – kəsilməmiş qarpızdır
  1867. Bilənə bir tikə, bilməyənə min tikə
  1868. Bəxti yar olanın yar sarar yarasını
  1869. Bəsləsən atlas olar tut yarpağından
  1870. Bərəkət harada var? - böyüklü yerdə
  1871. Bəlasını mən çəkdim, səfasını ellər
  1872. Baхtı gətirənin хoruzu da yumurtlar
  1873. Batil batili kəsər, haqq ikisini də
  1874. Başına daş da salsan uca yerdən sal
  1875. Başdakı su sular, arxadakı and içər
  1876. Başa dil gətirəni, el gətirə bilməz
  1877. Bağanı ya öldür, ya dalısı üstə qoy
  1878. Bağa bağban lazımdı, qoyuna – çoban
  1879. Bağ bağbansız olmaz, dəvə sarbansız
  1880. Az yeyən mələkdi, çоx yeyən hələkdi
  1881. Artıq aş - ya qarın ağrıdar, ya baş
  1882. Arifə bir işarə, qanmaza min toppuz
  1883. Araba cırıldamaqdan, ban cırıldayır
  1884. Allah ona verdiyi canı ala bilməyir
  1885. Allah kasıbdan kəsər, varlıya verər
  1886. Allah böyüklərin xasiyyətini kəssin
  1887. Ağıllı evlənincə, dəlinin oğlu olar
  1888. Ağalıq verimlədir, igidlik vurumla!
  1889. Ağac əyildi-sındı, igid əyildi-öldü
  1890. Ağac bar verdikcə başını aşağı əyər
  1891. Ağ evi görüb, qara evi yandırmazlar
  1892. Adam paxıl olmasa bağ çəpəri neynir
  1893. Adam işi böyüdər, iş adamı böyütməz
  1894. Adam hər düşməndən bir ağıl öyrənər
  1895. Adam aldadan həmişə başı aşağı olar
  1896. Acıqlı dilənçinin torbası boş qalar
  1897. Rüşvət girərsə, iman bacadan çıxar
  1898. Bədəsil əvvəl göstərər, sonra cəfa
  1899. Zirək quş dimdiyindən tələyə düşər
  1900. Zəhmət - torpaqda, nemət - süfrədə
  1901. Zamanaya bax, arıya qaval çaldırır
  1902. Yumurta gətirmir, qayğanaq istəyir
  1903. Yoxsulun sərmayəsi gözünün yaşıdır
  1904. Yersiz danışmaqdan lallıq yaxşıdır
  1905. Yaxşı niyyət yarım dövlət deməkdir
  1906. Ya dalına min, ya da dalına mindir
  1907. Xəstəyə naz eləmək həkimə yaraşmaz
  1908. Varlının malı gedər, muzdurun canı
  1909. Varlı kisəsini döyər, kasıb dizini
  1910. Üz göstərsən qohumluq iddiası edər
  1911. Toyuğun uçuşu zibilliyə qədər olar
  1912. Tərəzi gözü kimi iki tərəfə əyilmə
  1913. Tanrısını tanımayandan nə umursan?
  1914. Südün dadını qısır əməm dana bilər
  1915. Südün dadını qısır əməm dana bilər
  1916. Sərçənin nəğməsi yox, cib-cibi çox
  1917. Sərçənin nəğməsi yox, cib-cibi çox
  1918. Sərçədən qorxan gərək darı əkməsin
  1919. Sərçədən qorxan gərək darı əkməsin
  1920. Sağlamlığın qədrini xəstələr bilər
  1921. Sağlamlığın qədrini xəstələr bilər
  1922. Ruzi gələn vaxtı köpəyi yuxu tutar
  1923. Qonaq umduğun yeməz, olduğun yeyər
  1924. Qonağın ruzusu özündən qabaq gələr
  1925. Qız evlərdə tanınar, ipək dəzgahda
  1926. Qəribin kimsəsi yox, Allahı vardır
  1927. Qara qız bəzənincə toy əldən gedər
  1928. Qara məni basınca mən qaranı basım
  1929. Qanmaza qoşulanı qanmaz çağırarlar
  1930. Qamış ola, çamış ola, görməmiş ola
  1931. Qaçırılan fürsət bir də düşməz ələ
  1932. Pisliyi torpağa əkdilər, göyərmədi
  1933. Pambıqçının ağ itdən zəhləsi gedər
  1934. Özünə qıymadığını, özgəyə də qıyma
  1935. Özünə bir iynə, yoldaşına çuvalduz
  1936. Özüm qoturam, keçim ki qotur deyil
  1937. Özgəsinə göz qoyan özünkünü itirər
  1938. Öz sözünü özgənin ağzından danışma
  1939. Oynaş yanından gəlib ər başı yarır
  1940. Övlad ki var, nəvə - məğz badamdır
  1941. Ölmüş aslandan diri köpək yaxşıdır
  1942. Ölkə abad ikən dəyirman xaraba idi
  1943. Oğurluğun əvvəli, o da ay işığında
  1944. Oğulun əfəli qohum yerdən qız alar
  1945. Nisyə çaxır içən iki dəfə keflənər
  1946. Nə xalqa dayaqdır, nə palaza yamaq
  1947. Nə dəvəni görmüşəm, nə də ləpirini
  1948. Nə bağım var, nə də çaqqalla davam
  1949. Lağ eləmə atama, lağ edəllər atana
  1950. Hesabı doğru olanın alnı açıq olar
  1951. Hər atılan daşın dalınca getməzlər
  1952. Hər anın bir zövqü, bir səfası var
  1953. Həcdən gələn mən, xəbər verən sən?
  1954. Halın bilmədiyin atın dalına keçmə
  1955. Günü xoş geçənə Tanrı da xoş baxar
  1956. Fənd fəndi kəsər, Allah hər ikisin
  1957. Falçı fala baхar, canını оda yaхar
  1958. Evdə gəlinim olsun, bayırda yeznəm
  1959. Eşşəyim bozdur, dəyirmana getməyir
  1960. Eşşəklə getdilər, qatırla döndülər
  1961. Eşşək üstə qəmə bağlayana gülərlər
  1962. Eşşək tozda ağnayanda həvəsi gələr
  1963. Eşşək Məkkəyə getməklə Hacı olmaz
  1964. Elmsiz adam meyvəsiz ağac kimidir
  1965. Elə kor deyən özü badam gözlüdür?!
  1966. Elə çalmağın belə də oynamağı olar
  1967. El ipilə quyuya düşən quyuda qalar
  1968. El çalan zurnanın səsi uzağa gedər
  1969. El ağzında bir sözün yüz rəngi var
  1970. Düşünməyənlə dost olma, səni yıxar
  1971. Dostsuz insan qanadsız quş kimidir
  1972. Dostluqla tutub, düşmənliklə yıxma
  1973. Doğru danışanın papağı yirtıq olar
  1974. Dilim rahat olsa, canım rahat olar
  1975. Dəmir nəmdən, insan qəmdən çürüyər
  1976. Dəlləkliyi bizim başımızda öyrənir
  1977. Davanı qılınc kəsər, sevdanı - pul
  1978. Çuvallar doldu, dağarcıqlar dolmaz
  1979. Çoban çox olanda qoyunu qurd yeyər
  1980. Cəhənnəmin qapısın mal-dövlət açar
  1981. Çaqqal yuvasında toyuq qaqqıldayar
  1982. Böhtançının qəbrində yovşan bitər
  1983. Boğuşan köpəyin yarası əskik olmaz
  1984. Bir saman çöpü dəvənin belini əzər
  1985. Bir qaşıq ilə doqquz abdal keçinər
  1986. Bir kişinin adı çıxınca gönü çıxar
  1987. Bir iş tut ki, aqibəti xeyir olsun
  1988. Bir ilana, bir də xana bel bağlama
  1989. Bir igidin payı iki igidi ac qoyar
  1990. Bir görmək iki eşitməkdən yaxşıdır
  1991. Bir daş qopanda daha yerini tutmaz
  1992. Bir dağ yıxılmasa, bir dərə dolmaz
  1993. Bir çıraq işığına yüz nəfər oturur
  1994. Bir adamın payı iki adamı ac qoyar
  1995. Bilməzin dəyirmanını Allah işlədər
  1996. Bəzən dirilər ölülərə həsəd aparır
  1997. Beşdə alacağım yox, üçdə verəcəyim
  1998. Belə oturan arvaddan oğul doğulmaz
  1999. Bəd at özün gözlər, yaxşı at igidi
  2000. Bayquş necədirsə, şöhrəti də elədi
  2001. Basdırdığı ölü özündən qabaq gəldi
  2002. Başdan gedən papaq bir də qayıtmaz
  2003. Baş ol, istərsən lap soğan başı ol
  2004. Babanın üzünü ağardan nəvəsi olar
  2005. Azarladım – ölmədim, üzüldüm–öldüm
  2006. Axtarmaqla deyil, rast gəlməklədir
  2007. Axmaq başın səfasını ayaqlar çəkər
  2008. Avamların azarı, mollaların bazarı
  2009. Arsız kişidən arsız arvad yaxşıdır
  2010. Araz! Altını da bilirəm, üstünü də
  2011. Anadan əmdiyim süd burnumdan gəldi
  2012. Ana, bala ucundan canını oda yaxar
  2013. Allahdan qorxmaz, bəndədən utanmaz
  2014. Alçaq yerdə təpəcik özün dağ sanar
  2015. Ağacı kəsərlər, öz səmtinə yıxılar
  2016. Ağac sınanda budaq nəyə gərəkdir?!
  2017. Ağa deyir "sür dərəyə", sür dərəyə
  2018. Ağa buyurur sür dərəyə, sür dərəyə
  2019. Adı gözəl olanın özü də gözəl olar
  2020. Adamın başına nə gəlsə dilindəndir
  2021. Ad adamı bəzəməz, adam adı bəzəyər
  2022. Ac qalmaq bоrclu оlmaqdan yaxşıdır
  2023. Ac bayıra qaçar, yalavac evə girər
  2024. Abrını itirən, şənliyini də itirər
  2025. Abdaldan paşa olmaz, taxtadan maşa
  2026. Abadan kənd tüstüsündən bəlli olar
  2027. Dünə bu gün, günə yarın durşulur
  2028. Bağa bax olsun, yeməyə üzün olsun
  2029. Zəlzələni görən yanğına razı olar
  2030. Yaxşı dost yaman gündə məlum olar
  2031. Ya keçəl Həsən, ya da Həsən keçəl
  2032. Xoş günün sorağı uzaqlardan gələr
  2033. Xoruz ölmüş, gözü çöplükdə qalmış
  2034. Xəstəyə döşək, aca çörək lazımdır
  2035. Xəstənin qızıl taxt nəyinə gərək?
  2036. Xəstəlik atlı gəlir, piyada gedir
  2037. Xəsisin barmağından da qan çıxmaz
  2038. Xana nökər olanın börkü haça olar
  2039. Xalqınkı ipək olur, bizimki köpək
  2040. Xain adam xoflu olar, kor ürkəyən
  2041. Vaxtsız qonaq öz kisəsindən yeyər
  2042. Toy - bayram bizim küçədə də olar
  2043. Tənbələ həftənin hər günü cümədir
  2044. Tat ata mindi, Tanrısını tanımadı
  2045. Tanrı verən dövlətin zavalı olmaz
  2046. Tamahkarın gözünü torpaq doydurar
  2047. Sürüdən ayrılan qoyunu qurd yeyər
  2048. Sürüdən ayrılan qoyunu qurd yeyər
  2049. Sən haqnan ol, haqq da sənlə olar
  2050. Sən haqnan ol, haqq da sənlə olar
  2051. Sayanın quluyam, saymayanın ağası
  2052. Sayanın quluyam, saymayanın ağası
  2053. Sağ gözün sol gözə etibarı yoxdur
  2054. Sağ gözün sol gözə etibarı yoxdur
  2055. Qorxaq nə zərər eylər, nə mənfəət
  2056. Qonşu qonşudan tez durmaq öyrənər
  2057. Qonşu payı dolu gələr, dolu gedər
  2058. Qoçun buynuzu qoça ağırlıq eləməz
  2059. Qız qızıl alma, qızı gözdən salma
  2060. Qərib iti yad məhəllədən qovarlar
  2061. Qərib it yeddi məhəllədən qovular
  2062. Qəlp odur ki, qəlbindəkini deməyə
  2063. Qələm əyri yonulsa da doğru yazar
  2064. Qazının çörəyini qarışqa da yeməz
  2065. Qarnım üçün deyil, qədrim üçündür
  2066. Qanacaqlı həm qanar, həm qandırar
  2067. Qaçan da Allahı çağırır, qovan da
  2068. Pişiyin gözü siçan dəliyində olar
  2069. Pişik balasını külə bulayıb yeyər
  2070. Pişik balasını istədiyindən yeyər
  2071. Özünə düşmən öz dostunu itirəndir
  2072. Özü etdi özünə, külü tökdü gözünə
  2073. Özgə kisəsindən pul bağışlamazlar
  2074. Öz örüşündə otlayan mal ac qalmaz
  2075. Öz əli ilə öz ayağına balta çalır
  2076. Ötüb keçən ömürdür, qocalan insan
  2077. Ölüyə də yiyə lazımdır, diriyə də
  2078. Ölmək istəyirsən, köç Mazandarana
  2079. Öküzü ölənə yol göstərən çox olar
  2080. Öküz ölməyincə inəyə qiymət olmaz
  2081. Öküz olacaq dana bugündən bilinər
  2082. Oddan kül törər, küldən nə törər?
  2083. Od hər yana düşsə, özünə yer açar
  2084. Nəzir seyidə düşər, fitrə yoxsula
  2085. Nəslində olan dırnağında bildirər
  2086. Nə ölüyə hay verir, nə diriyə pay
  2087. Nə diriyə hay verər, nə ölüyə pay
  2088. Nə daş atdın ki, qolun da ağrısın
  2089. Nə coraba yamaqdır, nə tumana bağ
  2090. Naşılığını mənim başımda göstərir
  2091. Nanəcibdən ağa olmaz, təkədən qoç
  2092. Namərdin çörəyi dizinin üstə olar
  2093. Namərdə yaxa vermə, mərdə arxa ol
  2094. Motala dadanan köpək bir də gələr
  2095. Molla halvanı yedi, yasini unutdu
  2096. Mamaça çox olanda uşaq tərs gələr
  2097. Malını itlər yeyər, canını bitlər
  2098. Libasım yamaq götürür, qarnım yox
  2099. Leyli bazarıdır, Məcnun can satır
  2100. Laylayı bilirsən, niyə yatmırsan?
  2101. Heç kəs heç kəsin kitabını oxumur
  2102. Gündüz getmədiyin yolu gecə getmə
  2103. Gözü tox olanın könlü də tox olar
  2104. Gözəl göz üçün, ağıllı könül üçün
  2105. Gördüyünü qoyub eşitdiyinə inanma
  2106. Gen qaz, dərin qaz, özün düşərsən
  2107. Fitnəyə çuğlaşan peşimanluq çəkər
  2108. Filin bir fikri var, filbanın min
  2109. Fərasətli оğulun papağı şiş durar
  2110. Fəqirə axmaq deyərlər, kasıba gic
  2111. Fələk birin qurar, birini dağıdar
  2112. Eybini bilən, özgəyə eyib eyləməz
  2113. Evinə görə ye, cibinə görə xərclə
  2114. Eşşəyin anqırtısı özünə xoş gələr
  2115. Eşşəyə güçü çatmaz, palanı çırpar
  2116. Eşşək nə bilir ki, zəfəran nədir?
  2117. Eşşək anqıranda itin başı ağrıyar
  2118. Elə bil malakan xəncər bağışlayıb
  2119. El sözünə uyan qarısını tez boşar
  2120. El qapısı həm gec, həm güc açılar
  2121. El elin aynası, batmanı, tərəzisi
  2122. El ağzı torba deyil ki, büzəsən!
  2123. Dul arvad gecə yarısı peşman olar
  2124. Düğün el ilə, xermen yel ilə olur
  2125. Dost yolunda boran olar, qar olar
  2126. Doğru elə bilər ki, hamı doğrudur
  2127. Dəvə Məkkəyə getməklə Hacı olmaz
  2128. Dəliyə daş atma, öz başın yarılar
  2129. Dəlinin nə toyu olsun, nə də yası
  2130. Danışana dil vermir, yeriyənə yol
  2131. Dama-dama göl olar, dada-dada heç
  2132. Dağlar başına qış, İgid başına iş
  2133. Cütçü yağış istər, yolçu quraqlıq
  2134. Çörəyin tək yeyən yükün özü çəkər
  2135. Çıraq keçənə yaxın çox işıq verər
  2136. Cins madyan balanı döşündə saxlar
  2137. Cəvahir bazarında muncuq satılmaz
  2138. Cənnət də bu dünyadı, cəhənnəm də
  2139. Cəhənnəmdə də adamın dayısı gərək
  2140. Çalışqan əl nəyə dəysə qızıl olar
  2141. Cahil axırda tula quyruğu xınalar
  2142. Böyüksüz evdə xeyir-bərəkət olmaz
  2143. Borcdan qorxan qapısını gen açmaz
  2144. Bir talada iki axsaq ceyran olmaz
  2145. Bir şeyin önünə baхma, sonuna baх
  2146. Bir dəmirdən nal da olar, nizə də
  2147. Bir axurdan at da yeyər, eşşək də
  2148. Bir ağacdan bel də olur, kürək də
  2149. Bir ağacda gül də bitər, tikan da
  2150. Bəzən düz yerdə də insan büdrəyir
  2151. Bəd xəbər uçur, хoş xəbər – yatır
  2152. Başımı sındır, məzənnəni sındırma
  2153. Başda tük olsun, daramağa nə var?
  2154. Bar gətirən ağaca balta çalmazlar
  2155. Balta dəyməyən ağacdan ağac olmaz
  2156. Balıq istəməyən quyruğundan tutar
  2157. Balın yoxdu, bal kimi dilin olsun
  2158. Bağa bağ deməyiblər, bax deyiblər
  2159. Bağ olmayan yerdə böyürtkən bitər
  2160. Babasına uyan atasının oğlu deyil
  2161. Ayağı nərdivana bir-bir qoyarlar
  2162. Axund özü elər, özgəyə öyüd verər
  2163. Axşamın xeyrindənsə, sabahın şəri
  2164. Ata-ananın canı övlada bağlı olar
  2165. Arvad malı başa toxmaq kimi dəyər
  2166. Allahın bədnəzərdən xəbəri yoxdur
  2167. Allah verməyəndə, bəndə neyləsin?
  2168. Allah verəndə yox yerdən də verər
  2169. Alacağın olsun, ala qarğada olsun
  2170. Ağzım nə yeyib ki, üzün nə utana?
  2171. Ağladırsa fələk, bir gün güldürər
  2172. Ağac meyvəni dəyənə qədər böyüdər
  2173. Ağ gün ağardır, qara gün qaraldır
  2174. Ağ divara hansı rəng çəksən tutar
  2175. Adamın başına nə gəlsə özündəndir
  2176. Adamı dindir, sonra qiymətini ver
  2177. Aclıq bir il gedər, minnət min il
  2178. Ac acı aldı, acdan ləlöyün törədi
  2179. Abdal təkkədə, Hacı Məkkədə olar
  2180. Dünya böyük neylim, uzaq DüşDü, qolum qaldı, dərin DüşDü boyum qaldı böyüklük açamır hər qılpı , qoluva görə yolun, boyuva görə quyun olsun
  2181. Yumru qaya, yumru daş, keçəl baş
  2182. Yovşan bəsləməklə çəmənzar olmaz
  2183. Yırtıcı quş dimdiyindən bəllidir
  2184. Yağ yeyən it tükündən məlum olar
  2185. Ya dağ ətəyində, ya bəy ətəyində
  2186. Xoruzun altından yumurta axtarır
  2187. Xoruz banlamasa, səhər açılmaz?!
  2188. Xörəyin yaxşısı - hazır olanıdır
  2189. Xırman yellə sovuşar, düyün ellə
  2190. Xeyrat babamın, gərək toy özümün
  2191. Xəstə həkimdən dərman istəməzlər
  2192. Xəsis bazarda vicdanını da satar
  2193. Xanım sındıran qabın səsi çıxmaz
  2194. Üzük-üzük oynayan gecələr yatmaz
  2195. Utan utanmazdan, qorx qorxmazdan
  2196. Uşaq sözü şah sözündən hökmlüdür
  2197. Uşaq adamı qanlı qapısına aparar
  2198. Toyuq yumurtasına görə qaqqıldar
  2199. Toyuq bir qıçlıdır ki, bir qıçlı
  2200. Tənbəl eşşək hoşu Allahdan istər
  2201. Taxtına nə baxırsan, baxtına bax
  2202. Sözün yanlışı olar, yalanı olmaz
  2203. Sözün yanlışı olar, yalanı olmaz
  2204. Sonrakı peşmançılıq fayda verməz
  2205. Sonrakı peşmançılıq fayda verməz
  2206. Sərçə nədir ki, bozbaşı nə ola?!
  2207. Sərçə nədir ki, bozbaşı nə ola?!
  2208. Sən doğru ol, əyri bəlasın tapar
  2209. Sən doğru ol, əyri bəlasın tapar
  2210. Sağ gözü sol gözə möhtac olmasın
  2211. Sağ gözü sol gözə möhtac olmasın
  2212. Qonşu çırağı qonşuya işıq salmaz
  2213. Qızı otaqlıya yox, papaqlıya ver
  2214. Qız evindən oğul bucağı yaxşıdır
  2215. Qız anadan görməyincə öyüd almaz
  2216. Qəm səni yeyər, sən qəmi yeyincə
  2217. Qəlb odur ki, qəlbindəkin deməyə
  2218. Qazana nə qoysan çömçəyə o gələr
  2219. Qarın başdan aşağıdır - deyiblər
  2220. Qarğa qarğaya deyər üzün qaradır
  2221. Qardaşım xandır, xatunu sevinsin
  2222. Qafil başın ağrısını beyin bilər
  2223. Pişik atası xeyrinə siçan tutmaz
  2224. Pir mənimdir, kəramətini bilirəm
  2225. Özünə yeyər, özgəyə minnət qoyar
  2226. Özü qoca olsa da, könlü cavandır
  2227. Öz çörəyini özgə süfrəsində yemə
  2228. Ömrün bərəkəti yaxşı əməl ilədir
  2229. Öküz kimi yeyir, dana kimi yatır
  2230. Oğlanı kamal ilə, qızı camal ilə
  2231. Odu söndürüb külü ilə oynamazlar
  2232. Ocaq közsüz qalmaz, gəlin sözsüz
  2233. O şahlıq dəvəsidir ki, yüklənməz
  2234. Nisyə baldan nağd sirkə yaxşıdır
  2235. Nə qoyuna gedər, nə qapıda hürər
  2236. Nə ağacı tovla, nə də iti hürdür
  2237. Naxırçı qızı arpa çörəyi arzular
  2238. Namərdin sözünü söz eləmək olmaz
  2239. Müxənnətlə ehsan yeməyə də getmə
  2240. Mərd igidlər süfrə açar, ad alar
  2241. Hər şeyin təzəsi, dostun köhnəsi
  2242. Haqqın əli olsun, batilin yaxası
  2243. Hamı bilir dağda kəklik gözəldir
  2244. Hamam suyunnan xətir-könül görür
  2245. Günah öləndə olar, öldürəndə yox
  2246. Görsənən dağ bələdçini neyləyir?
  2247. Gendən baxana döyüş asan görünər
  2248. Eyibsiz yar axtaran yarsız qalar
  2249. Eyibsiz dost axtaran tənha qalar
  2250. Evi odlanan mən, əli kösövlü sən
  2251. Evdə bişməyib, qonşudan gəlməyib
  2252. Eşşək qocalmaqla tövləbaşı olmaz
  2253. Elə bilir yuxa arasında halvadır
  2254. El yandıran şamı söndürmək olmaz
  2255. El malına göz dikən gözsüz qalar
  2256. El arasında it quyruğu kəsməzlər
  2257. Ehtiyatlılıq baş ağrısı gətirmir
  2258. Dünyada ən yaxşı şey yaxşılıqdır
  2259. Dünya dadımlığımış, doyumluq yox
  2260. Dünən bitdi, yarın bu gün başlar
  2261. Dovşanın gümanı ayaqlarına gələr
  2262. Dost ilə ye, iç, alış-veriş etmə
  2263. Dəmir döyülə - döyülə polad olur
  2264. Dəliyə dəli kimi cavab verməzlər
  2265. Dəlinin başında qoz ağacı bitməz
  2266. Dağlar qarıynan, torpaq varıynan
  2267. Dağ səfasız olmaz, qəhbə vəfasız
  2268. Dağ iti gəldi, bağ itini qovladı
  2269. Cütə gedən öküz gözündən tanınar
  2270. Cücəni çalağandan sonra sayarlar
  2271. Çörəksiz ev olmaz, köpəksiz kənd
  2272. Çörək baha olanda ölüm ucuz olar
  2273. Cəhrə əyirsən don yiyəsi olarsan
  2274. Çaxırı lala versən, lal dil açar
  2275. Canını yaxşı saxla qəfil əcəldən
  2276. Canavardan qorxan meşəyə girməz
  2277. Cahilin sözü - eşşəyin anqırtısı
  2278. Cahangirdən qorx, dəlidən qorxma
  2279. Burda mənəm, Bağdadda kor xəlifə
  2280. Böyüklərdə zor olar, yalan olmaz
  2281. Borclu borclunun sağlığını istər
  2282. Borc ki oldu yüz – gir içində üz
  2283. Borc alan bicdir, borc verən gic
  2284. Bir tövlədə at da olar, eşşək də
  2285. Bir tikə çörək on il yadda qalar
  2286. Bir igid qırx ildə meydana gələr
  2287. Bir gələn bir də gələr, səbr elə
  2288. Bir əldə iki qarpız tutmaq olmaz
  2289. Bir bu gün iki sabahdan yaxşıdır
  2290. Bir böhtan min ziyana bərabərdir
  2291. Bəy elədim səni, bəyənmədin məni
  2292. Bazar içində it qulağı kəsməzlər
  2293. Bayram sümüyü ilə köpək kökəlməz
  2294. Balığın dirisi də suda, ölüsü də
  2295. Bağlı aslanı dovşanlar da saymaz
  2296. Bacarsan hamının yükünü sən daşı
  2297. Babadan hikmət – nəvədən xidmət
  2298. Ax, mənim kisəm, minnətsiz yesəm
  2299. Ata olmasan, ata qədri bilməzsən
  2300. Arvadın biri - əla, ikisi - bəla
  2301. Almaq aldanmaqdı, vermək hünərdi
  2302. Allah istəyən danaya qurd dəyməz
  2303. Allah heç kimi arxasız eyləməsin
  2304. Allah dağına baxar, qar yağdırar
  2305. Alimin bir günü, cahilin min ili
  2306. Ağızdan ağıza doğru xəbər yoxdur
  2307. Ağıllı işinə baxar, axmaq dişinə
  2308. Ağanın malı çıxar, muzdurun canı
  2309. Ağ itin pambıq satana zərəri var
  2310. Ağ gün qara günü yaddan çıxardar
  2311. Ağ atla cahil ağaya qulluq eləmə
  2312. Adamın axır günü gərək xoş olsun
  2313. Adam tоrbanı dibindən silkələməz
  2314. Adam odur ki, iqrarından dönməyə
  2315. Acmış eşşək qatırdan yeyin gedər
  2316. Ac qudurğan olar, çılpaq oynağan
  2317. Ac acı dalayar, tox toxu yalayar
  2318. Abdal ol, səni görən dəlü sansın
  2319. Abdal nə bilir ki, heyva kaldır?
  2320. tələsər, armud vaxtında yetişər
  2321. Dünəni ötür, atdım irəli götür
  2322. Axçalı adamdan dağlar da qorxar
  2323. Zərurət insana hər şeyi öyrədər
  2324. Zərbə həmişə ağrıyan yerə dəyər
  2325. Zəmanə ilə hesablaşmaq gərəkdir
  2326. Zəhmətin barı, torpağın varıdır
  2327. Yüyrək at özünə qamçı vurdurmaz
  2328. Yeməyin qulu, işləməyin xəstəsi
  2329. Yanlış hesab Bağdaddan qayıdar
  2330. Yalan ayaq tutar, ancaq yeriməz
  2331. Yağışdan çıxdıq, yağmura düşdük
  2332. Yabıya tumar eləsən şıllaq atar
  2333. Xocalar kağızı tərsindən oxuyar
  2334. Xeyrat halvasından qarın doymaz
  2335. Xəsis ilə comərdin xərci birdir
  2336. Xaltanı aslan boynuna vurmazlar
  2337. Xalqın sədası, haqqın nidasıdır
  2338. Xain gözdən, mərd üzdən bilinər
  2339. Vuran öküzə Allah buynuz verməz
  2340. Verəndə imam olur, alanda şümür
  2341. Verən əl alan əlin üstündə olar
  2342. Uzun axmaq olar, gödək fitnəkar
  2343. Uzun adamın ağlı dabanında olar
  2344. Uzaqdan baxana döyüş asan gələr
  2345. Ürək yanmasa, gözdən yaş çıxmaz
  2346. Toyuğun cəriməsi bir yumurtadır
  2347. Topal ilə gəzən axsamaq öyrənər
  2348. Tərlan oylağında sar ola bilməz
  2349. Tərəkəmə pendirində qurd görməz
  2350. Tanımadığın adamı evinə buraxma
  2351. Südlü qoyun sürüsündən ayrılmaz
  2352. Südlü qoyun sürüsündən ayrılmaz
  2353. Su da bir yerdə qalanda iylənər
  2354. Su da bir yerdə qalanda iylənər
  2355. Su bulandırmaqla balıq tutulmaz
  2356. Su bulandırmaqla balıq tutulmaz
  2357. Sözün düzünü zarafatla deyərlər
  2358. Sözün düzünü zarafatla deyərlər
  2359. Sözü at yerə, gedər yerin tapar
  2360. Sözü at yerə, gedər yerin tapar
  2361. Qorxaq öz kölgəsindən də qorxar
  2362. Qonaq sevənin süfrəsi boş olmaz
  2363. Qonaq özgə evində səliqəli olar
  2364. Qız anadan qorxmasa, öyüd almaz
  2365. Qırx illik balığa üzmək öyrədir
  2366. Qəm hara gedirsən? Qəmin yanına
  2367. Qələm yazanı qılınc poza bilməz
  2368. Qarğa qarğanın gözünü çıxartmaz
  2369. Qapıdan qovursan, bacadan gəlir
  2370. Qafil yaşamaqdan ölmək yaxşıdır
  2371. Pinəçinin mayası iynəynən bizdi
  2372. Papağını qoy qabağına, fikirləş
  2373. Özündən dövlətli ilə ayaq çəkmə
  2374. Özüm qürbətdəyəm, gözüm vətəndə
  2375. Özü qazanmayan mal qədri bilməz
  2376. Özgə əlində kömbə böyük görünər
  2377. Öz ayağı ilə sallaqxanaya gedir
  2378. Övladda atadan nişanə olmalıdır
  2379. Övlad tapılar, ata-ana tapılmaz
  2380. Ömür vəfasızdır, bizi tərk edir
  2381. Ömür bir iynədir, sapı çox qısa
  2382. Ölümdən başqa hər şeyə çarə var
  2383. Ölər, Koroğlu getməz bu yurddan
  2384. Ölən öldü, diriyə dirilik gərək
  2385. Öküz deyər: - Mən ağama nökərəm
  2386. Oğlum oğul olsun, kol dibi evim
  2387. Oddan , sudan yenə qar amannıdı
  2388. Nərdivana ilk pillədən çıxarlar
  2389. Nə yardan doyur, nə əldən qoyur
  2390. Nə şeytanı gör, nə bismillah de
  2391. Naşı oğru özünü samanlığa vurar
  2392. Namərdi qova-qova mərd еylərsən
  2393. Mərddən bir xəta, namərddən min
  2394. Mehtərin səsi uzaqdan xoş gələr
  2395. Löyünsüzə böyüklük eləmək olmaz
  2396. Leş görəndə qarğa quzğuna dönər
  2397. Həyası olmayanın amanı da olmaz
  2398. Hesabı təmiz olanın üzü ağ olar
  2399. Hər atalar sözünün bir yeri var
  2400. Hər ağlar gözlüyə aşiq deməzlər
  2401. Hazır yeməyə dağlar da dayanmaz
  2402. Hamıya it hürər, mənə də çaqqal
  2403. Hamam suyu ilə özünə dost tutur
  2404. Görməmiş gördü, gülə-gülə öldü,
  2405. Gördü - hənək, görmədi - gerçək
  2406. Getmə gözümdən, gedərəm özümdən
  2407. Gəlin bəzənincə toy əldən gedər
  2408. Gələcəyin var, görəcəyin də var
  2409. Fəqirin cibi boş, qəlbi doludur
  2410. Fələyin zoruna heç nə kar etməz
  2411. Ev sözsüz olmaz, meşə çaqqalsız
  2412. Elə yeməyin belə də qusmağı var
  2413. Elə bil odun üstünə su töküblər
  2414. Elə bil dədəsini mən öldürmüşəm
  2415. El üçün ağlayan iki gözdən olar
  2416. El ilə bir ağla, el ilə bir gül
  2417. El elə sığışar, ev evə sığışmaz
  2418. Düğünsüz el, ölümsüz ev olanmaz
  2419. Dövlətdə - dəvə, övladda - nəvə
  2420. Dəvə yaxını otlar, uzağı gözlər
  2421. Dəlicə qızdan dəlicə gəlin olar
  2422. Davanı iki dəfə salmaq nahaqdır
  2423. Daş atan bəlli, baş tutan bəlli
  2424. Damazlığını yeyən tamarzı qalar
  2425. Dağa desən oğrudur, başını əyər
  2426. Çox aş ya qarın ağrıdar, ya baş
  2427. Çirkaba daş atma, üstünə sıçrar
  2428. Cavanlığın qədrini bilmək gərək
  2429. Çarəsiz dərdə Loğman da acizdir
  2430. Çapqınçı ol, insafı əldən vermə
  2431. Canbaz ipdə gəzər, balıq - suda
  2432. Canandan ayrılan candan ayrılar
  2433. Camadarın şahlığı hamamçılıqdır
  2434. Burda dilənir, orda zəkat verir
  2435. Borclunun duaçısı borc verəndir
  2436. Borc ki oldu yüz, gir içində üz
  2437. Bir ürəyi iki yerə bölmək olmaz
  2438. Bir it hürməklə karvan qayıtmaz
  2439. Bir evdə şadlıq, bir evdə şivən
  2440. Bir dadan peşiman, bir dadmayan
  2441. Bilmədikin kişi ilə yoldaş olma
  2442. Bilən söyləməz, söyləyən bilməz
  2443. Bəy verən atın dişinə baxmazlar
  2444. Bəlkəni əkərsən, çuğundur bitər
  2445. Bədəsildən yaxşılıq ummaq olmaz
  2446. Başmaqçının başmağı yırtıq olar
  2447. Başmaqçının başmağı yırtıq olar
  2448. Başını yarıb, ətəyinə qoz tökür
  2449. Başını kəsibdir, saqqalın darar
  2450. Balıq istəyən gönünü suya qoyar
  2451. Bağı bağban yeyər, qoyunu çoban
  2452. Bablı babı ilə, atlası qabı ilə
  2453. Azarlıq olsun, bezarlıq olmasın
  2454. Aza qane оl, çоxu Allahdan istə
  2455. Az yeyir küsür, çox yeyir qusur
  2456. Az bilmək istəmirsənsə, çox oxu
  2457. Axsaq eşşəyin kor nalbəndi olar
  2458. Ata palan, eşşəyə yəhər yaramaz
  2459. At olmayan yerdə eşşək də atdır
  2460. Arvadın axır hiyləsi ağlamaqdır
  2461. Arvadı əri saxlar, pendiri dəri
  2462. Arif olan buluddan da nəm çəkər
  2463. Ananın ərköyün oğlu hambal olar
  2464. Allah əyməyəni bəndə əyə bilməz
  2465. Aləmə oğruyam, sənə ki doğruyam
  2466. Ağlamaqla gülmək bacı-qardaşdır
  2467. Ağlama ölü üçün, ağla dəli üçün
  2468. Ağız yandıran aşı qaşıq tanıyar
  2469. Ağıllı qəm yeyər, ağılsız qamçı
  2470. Ağıllı ədəbi ədəbsizdən öyrənər
  2471. Ağçalı adamdan dağlar da qorxar
  2472. Ağac yaş ikən əyilməsə, əyilməz
  2473. Adamın ayağından çəkən çox olar
  2474. Acın gözü çörək təknəsində olar
  2475. Açaram sandığı, tökərəm pambığı
  2476. Ac tоyuğun yumurtası tərs düşər
  2477. Ac qatıq istəməz, yuxulu yastıq
  2478. Abır olmayan yerdə, çörək olmaz
  2479. Abdal at mindi, özünü bəy sandı
  2480. Abanın qədri yağışda məlum оlar
  2481. Barıt ilə odun dostluğu olmaz
  2482. Zəhmət olan yerdə qeybət olmaz
  2483. Zaman bir nəhrdir axar, durmaz
  2484. Yurddan çıxsan da, eldən çıxma
  2485. Yumurtlamadı, falını da yedi?!
  2486. Yoxsulluq varlılıqdan yaxşıdır
  2487. Yoxsul öz vilayətində qəribdir
  2488. Yoxdan yer də bezardır, göy də
  2489. Yar yarı görər, ürəyi odlanar
  2490. Yalançının şahidi yanında olar
  2491. Xoşrəftar ol, xoş gün görərsən
  2492. Xeyir xeyri tapar, şər də şəri
  2493. Xəsisdən qışda buz almaq olmaz
  2494. Xəngəl qaşıqda, xaşıl barmaqda
  2495. Vaxtını itirən, bəxtini itirər
  2496. Varlının xoruzu da yumurtlayar
  2497. Varlının eşşəyi də yeyin gedər
  2498. Utanmasan oynamağa nə var ki?!
  2499. Uşaq eldə böyüyər, balıq-göldə
  2500. Uşaq atasından güclüsün bilməz
  2501. Uşağa işə buyur, dalınca yüyür
  2502. Ürəyi yanan yaxşı fatihə verər
  2503. Uçmaqda turac, qaçmaqda ceyran
  2504. Tülkü tülküyə, tülkü quyruğuna
  2505. Toyuq bir içər, bir göyə baxar
  2506. Sənə tut dedilər, ud demədilər
  2507. Sənə tut dedilər, ud demədilər
  2508. Səndən hərəkət, məndən bərəkət
  2509. Səndən hərəkət, məndən bərəkət
  2510. Səbir ağacı hər bağda göyərməz
  2511. Səbir ağacı hər bağda göyərməz
  2512. Sahibindən qabaq bostana girmə
  2513. Sahibindən qabaq bostana girmə
  2514. Sağlam ruh sağlam bədəndə olar
  2515. Sağlam ruh sağlam bədəndə olar
  2516. Sadağa verən əllər dərd görməz
  2517. Sadağa verən əllər dərd görməz
  2518. Rəngimə bax, əhvalımı xəbər al
  2519. Rast gəlməyən işə peşiman olma
  2520. Quyuya su tökməklə quyu dolmaz
  2521. Qurdu qoyun dərisində göstərir
  2522. Qonşuya ümid olan şamsız qalar
  2523. Qonşunun haqqı axirət haqqıdır
  2524. Qocanın biliyi, cavanın biləyi
  2525. Qoca qurd yuvasından əl çəkməz
  2526. Qızılquşun ayağında qumro olar
  2527. Qırxında öyrənən gorunda çalar
  2528. Qarpız-qovun yata-yata böyüyər
  2529. Qarğa döşün çəkməklə qaz olmaz
  2530. Qaraca üzüm var, doğruca sözüm
  2531. Qabil şagird ustad olar ustada
  2532. Pişiyin qonaq yeri samanlıqdır
  2533. Padşahın da rəiyyətə işi düşər
  2534. Özünü başqasına nərdivan eləmə
  2535. Özü özünə eyləyənə çarə yoxdur
  2536. Özü danışar, özü də qulaq asar
  2537. Öz örüşündə Muradalı da bəydir
  2538. Öz çulunu sudan çıxarda bilmir
  2539. Övlad ya ataya oxşar, ya anaya
  2540. Övlad pəncərədən düşən işıqdır
  2541. Ölünün vəsiyyəti özü ilə gedər
  2542. Ölü öldü, diriyə dirilik gərək
  2543. Ölü aslanın saqqalını yolarlar
  2544. Ölən görməyəcək, qalan görəcək
  2545. Öl mənim üçün, ölüm sənin üçün
  2546. Oğlan evlənər, bəy oldum sanar
  2547. O qardan bizim də qapıya yağar
  2548. Nənə yarım dənə ilə də keçinər
  2549. Nəciblik canda dеyil, qandadır
  2550. Nə altda undur, nə üstdə kəpək
  2551. Naxçıvanın duzu, qızı, qarpızı
  2552. Nakəslərə yoldaş olan xar olur
  2553. Mərdi qova-qova namərd edərlər
  2554. Mazanın səsinə oxşuyur? Bu dal
  2555. Lalə taxıl zəmisində qanqaldır
  2556. Hərəkət səndən, bərəkət məndən
  2557. Heç kəs qurdla qiyamətə qalmaz
  2558. Heç kəs öz ayranına turş deməz
  2559. Haqq işin nahaqqından qorxuram
  2560. Hamıya adət oldu, bizə bidət?!
  2561. Gözəllik ondur, doqquzu dondur
  2562. Gözdə olmayan könüldə də olmaz
  2563. Fürsət əldə ikən yaxşılıq eylə
  2564. Fələk heç kimin rəyincə getməz
  2565. Ey əmmamə, gör qayış nə çəkir?
  2566. Evdə xoruz olur, bayırda toyuq
  2567. Enişdən yenə də yoxuş yaxşıdır
  2568. Elmli qazıya şahid lazım deyil
  2569. Elini hürküt, axsağından yapış
  2570. Elin oğlu yumurtaya qulp taxar
  2571. Elə zılxın belə də qazanı olar
  2572. Elə qazana belə çuğundur gərək
  2573. Elə bil üstümdən dağ götürüldü
  2574. Elə bil ölü qəbirdən xortdayıb
  2575. El gözündən düşən gözsüz qalar
  2576. Ehtiyatlı оğulun anası ağlamaz
  2577. Ehtiyatlı adamın anası ağlamaz
  2578. Dün itgi, gün yetgi, dan vergi
  2579. Düğünə el, xırmana yel yaraşar
  2580. Dostu çox olanın gücü çox olar
  2581. Dilin varsa, daha nə qəmin var
  2582. Daş daşa söykənər - divar olar
  2583. Dağarcıq cuvaldan böyük oldu?!
  2584. Dağarçığını çuval yanına qoyur
  2585. Dağ başından duman əskik olmaz
  2586. Cinə börk tikər, şeytana papış
  2587. Cidanı çuvalda gizlətmək olmaz
  2588. Cəsur olana çomaq da silahdır
  2589. Çaya çatmamış çarığını çıxarma
  2590. Çaqqal güləndə toyuq qaqqıldar
  2591. Canı yanan ya bir olar, ya iki
  2592. Canavarlar ağız-ağıza yatarlar
  2593. Can alan baxışından bəlli olar
  2594. Bulaq gərək yerindən bulaq ola
  2595. Böyük danışanda kiçik danışmaz
  2596. Bostançının sovqatı kəlik olar
  2597. Biri oddur,gərək,biri su olsun
  2598. Bir-birinə çörək borc verərlər
  2599. Bir qoyun ağ da doğur, qara da
  2600. Bir qazanda iki kəllə qaynamaz
  2601. Bir pula doqquz hamam tikilməz
  2602. Bir müştəri üçün dükan açılmaz
  2603. Bir könüldə iki məhəbbət olmaz
  2604. Bir günlük bəylik də bəylikdir
  2605. Bir gözü yatır, bir gözü baxır
  2606. Bir dəfə yeməknən qarın doymaz
  2607. Bir daşla iki quş vurmaq olmaz
  2608. Bir almağın bir də verməyi var
  2609. Bir ağıllı baş min başı saxlar
  2610. Biçinçi haqqını yerdən götürər
  2611. Bəzən dəli də ağıllı söz deyir
  2612. Bəzən az tamah çox ziyan verər
  2613. Bəy oğlu gördüm, tamaha düşdüm
  2614. Beş barmağın beşi də tən deyil
  2615. Beş barmağın beşi də bir deyil
  2616. Bələdsiz yola çıxan yolun azar
  2617. Bəlaya səbr edən muradın tapar
  2618. Bayquşun ruzisi ayağında gedər
  2619. Bayquşun da dar olmasın qəfəsi
  2620. Baxmaq var diləməkdən artıqdır
  2621. Başını itirən tel üçün ağlamaz
  2622. Başı boş olanın sözü baş olmaz
  2623. Baş nə çəksə, dilin ucundandır
  2624. Baş ağrıyanda Allah yada düşər
  2625. Barlı ağacın başına dolanarlar
  2626. Balıq tutan suyu bulanıq istər
  2627. Balıq suda ikən bazarlıq olmaz
  2628. Balığın dərisi, toyuğun gerisi
  2629. Balığın böyüyü tabaq altındadı
  2630. Bala uğrunda ata-ana can qoyar
  2631. Bablı babı ilə, su qullabı ilə
  2632. Aza qane оlmayan çоxa yetişməz
  2633. Atı qamçı aparmaz, arpa aparar
  2634. At bəslənirkən, qız istənirkən
  2635. Aslan yatağında tülkülər yatır
  2636. Allahdan buyruq, ağzıma quyruq
  2637. Allah vuran ağacın səsi çıxmaz
  2638. Allah verəndə bacadan da tökər
  2639. Allah qonağının öz qisməti var
  2640. Allah möminə hər şeyi bağışlar
  2641. Ala qarğa şux tərlanı bəyənməz
  2642. Ağzım yaradır, sulaya bilmərəm
  2643. Ağrısız başa saqqız yapışdırma
  2644. Ağrımayan başma dəsmal bağlama
  2645. Ağlamayan uşağa məmə verməzlər
  2646. Ağızdan çıxanı qaytarmaq olmaz
  2647. Ağır yükün zəhmini qatır bilər
  2648. Ağır basmayınca yüngül qalxmaz
  2649. Ağac böyüdükcə suyu çox aparar
  2650. Ağ qoyunun qara quzusu da olar
  2651. Ağ pulu qara gün üçün yığarlar
  2652. Adamı söz, kababı köz yandırar
  2653. Acın arzusu bir qarın çörəkdir
  2654. Ac tоxun üzünə baxmaqla dоymaz
  2655. Ac qurd sürünün ortasına girər
  2656. Abır olmayan yerdə çörək olmaz
  2657. Abad məclis aşığından bəllidir
  2658. Dülgər ölDü atağac tapılmadı
  2659. Zər olan yerdə zərgər də olar
  2660. Zalımın çörəyi dizi üstə olar
  2661. Yaxşı qızdan yaxşı gəlin olar
  2662. Yaxşı bez arşınsız da satılar
  2663. Yağlı əlin var sürt öz başına
  2664. Yad itin quyriuğu qısılı olar
  2665. Xoruz quyuya baxan kimi baxır
  2666. Xoruz banlayanda gözünü yumar
  2667. Xeyir Allahdan, şər şeytandan
  2668. Xətir üçün xəstə yatmaq olmaz
  2669. Xam yer axtarır bostan atmağa
  2670. Varlının malı, kasıbın övladı
  2671. Var yıxmayanı fələk də yıxmaz
  2672. Usta əli dəyməyən iş haramdır
  2673. Uşaq aşığı oynamaq üçün yığar
  2674. Ürək götürməyəni, əl götürməz
  2675. Ucuz aldın, quyruğunu düyünlə
  2676. Tox nə bilir ki, ac nə çəkir?
  2677. Topal eşşəklə karvana qoşulma
  2678. Təmizlik sağlamlığın rəhnidir
  2679. Sonsuz adam dövləti çox istər
  2680. Sonsuz adam dövləti çox istər
  2681. Siçan olmamış dağarcığı dəlir
  2682. Siçan olmamış dağarcığı dəlir
  2683. Selbəni meyvəli ağaca atarlar
  2684. Selbəni meyvəli ağaca atarlar
  2685. Səbir eləyənin ağzı bal dadar
  2686. Səbir eləyənin ağzı bal dadar
  2687. Səbir eləyən muradına yetişər
  2688. Səbir eləyən muradına yetişər
  2689. Sayğısız igidi düşmən aldadar
  2690. Sayğısız igidi düşmən aldadar
  2691. Sağ əlin sol ələ ehtiyacı var
  2692. Sağ əlin sol ələ ehtiyacı var
  2693. Qonşunun şamından işıq düşməz
  2694. Qız kəsilməmiş qarpıza bənzər
  2695. Qəmli ürək ölməsə də dirilməz
  2696. Qayınananın gücü qızına çatar
  2697. Qaraçının koyxası qaraçı olar
  2698. Qar yağmağıynan qarğa ağarmaz
  2699. Qaçmaq da hünərdir, qovmaq da
  2700. Papaqçının papağı yırtıq olar
  2701. Padşahın arxasınca danışırlar
  2702. Padşahı da arxasınca söyərlər
  2703. Özümüz evdə, sözümüz çöllərdə
  2704. Oxuduğunu demə, anladığını de
  2705. Örtülü bazar - dostluğu pozar
  2706. Ömür qarısa da, könül qarımaz
  2707. Ölən öldü, vay dirinin halına
  2708. Öküzün böyüyü pəyədə qalıbdır
  2709. Öküzü olana borc gön verərlər
  2710. Oğul atadan görər, süfrə açar
  2711. Oğru ol, xoşu ol, dilin olsun
  2712. O haqverməzdi, bu haqbatırmaz
  2713. Nə yatdı ki, nə yuxu görsün?!
  2714. Nə vermişdi ki, ala bilmədi?!
  2715. Nə it yiyəsdir, nə gön yiyəsi
  2716. Namusu itə atdılar, it yemədi
  2717. Nakəslə comərdin xərci birdir
  2718. Nacins qarpızın tumu çox olar
  2719. Müftə sirkə baldan şirin olar
  2720. Mərdə güllə kürəyindən dəyməz
  2721. Məkkəyə gedən dəvə hacı olmaz
  2722. Malın yeməzin malını yeyərlər
  2723. Malın tapıldı, üzün qara oldu
  2724. Mal yiyəsinə oxşamasa haramdı
  2725. Hesab bilməyənlə durub-oturma
  2726. Hərəkət harada, bərəkət orada
  2727. Hər quşatan, ovçu Pirim olmaz
  2728. Hər quş öz yuvasının ağasıdır
  2729. Hər qaşığın qisməti bir olmaz
  2730. Hər kəs odu öz qabağına çəkər
  2731. Haralısan - Hələ evlənməmişəm
  2732. Haqq sözlə axan sular durular
  2733. Gözəl bürünər, çirkin görünər
  2734. Gizlin kələ gedən aşkar doğar
  2735. Geyişməyən yerdən qan çıxarma
  2736. Gəlin bəzənənəcən toy sovuşdu
  2737. Gəlin atlandı, gör kimə düşdü
  2738. Fikirdən iti gedən şey yoxdur
  2739. Evin zibilini küçəyə atmazlar
  2740. Erkək atın yəhəri yırtıq olar
  2741. Elin sözü əvvəl-axır düz olar
  2742. Elimə qalsın, günümə qalmasın
  2743. Elə bil kilsəyə bir daş atdım
  2744. Elə bil dalınca atlı salıblar
  2745. El yıxanı heç kəs tikə bilməz
  2746. El oğrusuz, çöl qurdsuz olmaz
  2747. El nəğməsini eldən öyrənərlər
  2748. El malını qоru, öz malın kimi
  2749. Dünyada Vətəndən əziz nə var?
  2750. Dünən öləni dünən basdırdılar
  2751. Dul arvadın divarı alçaq olar
  2752. Dul arvadı qız adına almazlar
  2753. Düğünə səs, ölümə yas yaxışır
  2754. Dost başa baxar, düşmən ayağa
  2755. Dəmiri kürədən dəmir çıxardar
  2756. Davasını bilməyənə şahid olma
  2757. Dalda qalanın payını yeyərlər
  2758. Dağ dediyin ucalıqdır, ucalıq
  2759. Cins xoruz yumurtada banlayar
  2760. Cəhənnəmə girsə, üzü qızarmaz
  2761. Çaqqalın yuxusuna toyuq gələr
  2762. Canı nədir, cəsədi nə olsun?!
  2763. Candır çəkər, qandır qaynıyar
  2764. Çamura daş atma, üzünə sıçrar
  2765. Bu əlin rənci, o ələ haramdır
  2766. Boş əl ilə balıq tutmaq olmaz
  2767. Borclunun duaçısı alacaqlıdır
  2768. Bir ziyandan min böhtan doğar
  2769. Bir tikənin qırx il haqqı var
  2770. Bir qorxaq bir ordunu dağıdar
  2771. Bir qəpik xəsisin bir dişidir
  2772. Bir iş başlamayınca qurtarmaz
  2773. Bir çörək bir çörəyə daldadır
  2774. Bir ahıllıqda, bir cahillikdə
  2775. Bir ac qudurğan olar, bir tox
  2776. Bilmədiyin bildiyindən çoxdur
  2777. Bilənə bir, bilməyənə min oxu
  2778. Bərkdən bir çıxar, boşdan iki
  2779. Bəhanəçiyə bəhanə əskik olmaz
  2780. Bədən qocalar, könül qocalmaz
  2781. Başlar ayaq olub, ayaqlar baş
  2782. Başladığın işi yarımçıq qoyma
  2783. Barsız bağ qarsız dağ kimidir
  2784. Barıt ilə odun dostluğu olmaz
  2785. Baltada varsa, sapında da var
  2786. Balıq sudan çıxsa, canı çıxar
  2787. Balığın ömri sudan çıxıncadır
  2788. Azı bilməyən, çoxu һeç bilməz
  2789. Azdan az verərlər, çoxdan çox
  2790. Azarlının qоrxusu ölənəcəndir
  2791. Axsaq qoyuna nə dağ, nə aran?
  2792. Axırkı peşmanlıq fayda verməz
  2793. Aslan tülkü kölgəsində yatmaz
  2794. Asılsan da, uca budaqdan asıl
  2795. Arı yeyib, namusu atıb dalına
  2796. Aman istəyənə əl qaldırmazlar
  2797. Alma öz ağacından uzaq düşməz
  2798. Allah qarğa deyil ki, göz oya
  2799. Allah kərimdi, quyusu dərindi
  2800. Alıcı quş dimdiyindən bilinər
  2801. Ala qayada bostan uru olubdur
  2802. Ağzı bağlı qaba milçək düşməz
  2803. Ağlamayan uşağa süd verməzlər
  2804. Ağlamaqla kişi qeyrətsiz olar
  2805. Ağası güclü olan qul asi olar
  2806. Acıqla iş görən zərərin çəkər
  2807. Acın qarnı doyar, gözü doymaz
  2808. Acı danışan şirin söz eşitməz
  2809. Ac toyuq yuxusunda darı görər
  2810. Malın əziz tutan canın tutar
  2811. Ziyankardan qəza əskik olmaz
  2812. Zərərdən qorxan xeyir görməz
  2813. Zatına da, südünə də bələdəm
  2814. Zalımın zülmü yadında qalmaz
  2815. Zahiri gözəllik müvəqqətidir
  2816. Zahiri gözəl - batini çirkin
  2817. Yıxılan yıxılana yoldaş olar
  2818. Yaxşı dost qardaşdan əzəldir
  2819. Yağmadı yağış, bitmədi qamış
  2820. Yağıdan qalanı yağmur apardı
  2821. Ya vəlvələdən, ya zəlzələdən
  2822. Ya bil, ya da biləndən soruş
  2823. Xoş sözlə ilan yuvadan çıxar
  2824. Xoruzun vəzifəsi banlamaqdır
  2825. Xoruz olmasa, səhər açılmaz?
  2826. Xırmanın tozu bərəkətli olar
  2827. Xırçıya qarpız bağışlamazlar
  2828. Xəmiri bir yerdə yoğrulubdur
  2829. Xəbərçi dosta da böhtan atar
  2830. Xalqın ağzını bağlamaq olmaz
  2831. Vuran igid dayısına gəyişməz
  2832. Vaxtsız açılan gül tez solar
  2833. Vaxt insana hər şeyi öyrədər
  2834. Uzun yaşın axırı yenə ölümdü
  2835. Uzaqdan zurna səsi xoş gələr
  2836. Üz ki var - ürəyin aynasıdır
  2837. Toyuq anasından süd görməyib
  2838. Toyda oynamaz, vayda ağlamaz
  2839. Toy xərci ilə ev almaq olmaz
  2840. Torpağın qarası - üz ağardar
  2841. Tənbəl dilənçinin qardaşıdır
  2842. Təcrübə yüksəlişin qanadıdır
  2843. Tamarzıdan al, öyrənmişə ver
  2844. Su gəldiyi arxa bir də gələr
  2845. Su gəldiyi arxa bir də gələr
  2846. Su axdığı yerdən bir də axar
  2847. Su axdığı yerdən bir də axar
  2848. Sonalayan ya kora, ya keçələ
  2849. Sonalayan ya kora, ya keçələ
  2850. Savab tökülüb, yığanı yoxdur
  2851. Savab tökülüb, yığanı yoxdur
  2852. Samanın tüstüsü göz çıxardar
  2853. Samanın tüstüsü göz çıxardar
  2854. Sallaqxana köpəyi arsız olar
  2855. Sallaqxana köpəyi arsız olar
  2856. Sağ əlin sol ələ xeyri yoxdu
  2857. Sağ əlin sol ələ xeyri yoxdu
  2858. Qurumuş ağacın kölgəsi olmaz
  2859. Qurdun səbəbinə quş da yeyər
  2860. Qonşuda bişər, bizə də düşər
  2861. Qohumun kimdir? Yaxın qonşun
  2862. Qocadan demək, Cavandan əmək
  2863. Qızın isməti, atanın dövləti
  2864. Qız qundaqda,cehizi sandıqda
  2865. Qismət göydən zənbillə enməz
  2866. Qəribi baxışından tanıyarlar
  2867. Qərib it hürəndə özünə hürər
  2868. Qazanc qudurdu, mayanı basdı
  2869. Qarpız kəsməklə ürək böyüməz
  2870. Qarnı tox olan qayğısız olar
  2871. Pullu adamdan bəla da qorxar
  2872. Pişiklə donuz darıdan çıxmaz
  2873. Pəzəvəngin axırı dərviş olar
  2874. Palan–palan, mənə də palan?!
  2875. Öz əli ilə öz gözünü çıxarır
  2876. Öyrənən ağız çərəzsiz qalmaz
  2877. Ovçu ovda, yolçu yolda gərək
  2878. Ölüsü bir gün şivəni min gün
  2879. Ölüm qaş ilə göz arasındadır
  2880. Ölüm gələndə "gəlirəm" deməz
  2881. Ölmə, itmə, qapımızdan getmə
  2882. Oğrudan qalanı rəmmal aparar
  2883. Oğru elə bilər, hamı oğrudur
  2884. Niyyətin hara - mənzilin ora
  2885. Nəcabət ata-ana ilə ölçülməz
  2886. Nə sən dedin, nə mən eşitdim
  2887. Nə o yanlıqdır, nə bu yanlıq
  2888. Naxırçı qızından xanım olmaz
  2889. Naxır itib, ala dananı qovur
  2890. Nağd alverdən ətir iyi gələr
  2891. Nadan özünü öyər, kor gözünü
  2892. Minarə başında qoz dayanmaz
  2893. Meşəyə gedən öz ağacın kəsər
  2894. Meşədə ağacın düzün seçərlər
  2895. Mərdi qova-qova namərd eləmə
  2896. Lütdən kəsən harda yeyəcək?!
  2897. Hesabsız gələn zərərlə gedər
  2898. Hər qazılan yerdən su çıxmaz
  2899. Hər oxuyan Molla Pənah olmaz
  2900. Hər bir adam işi ilə tanınar
  2901. Hər ağac meyvəsi ilə tanınar
  2902. Hardan incəlsə, ordan üzülər
  2903. Haram gəldi halalı da apardı
  2904. Haqqın qarşısını almaq olmaz
  2905. Haqqı tanıyan xana baş əyməz
  2906. Haqq gəlsin, nahaqq gəlməsin
  2907. Halal incələr, ancaq üzülməz
  2908. Hacı yatmaz, yatarsa qalxmaz
  2909. Hacı Məkkəyə, dərviş təkyəyə
  2910. Gözün alışmadığı işə girişmə
  2911. Gözələ baxmaq göz qaydasıdır
  2912. Görünən kənd bələdçi istəməz
  2913. Görülmüş işdən gül iyi gələr
  2914. Gələnə yoldaş, gedənə qardaş
  2915. Gedənə yoldaş, gələnə qardaş
  2916. Farsın qəzəli, türkün məsəli
  2917. Falın faldır, fərmanın allah
  2918. Fala inanma, falsız da qalma
  2919. Fağırlara verənə Allah verər
  2920. Eşşəyi yüklədikcə tünd gedər
  2921. Eşşəyi minərlər, ata çatınca
  2922. Eşşək eşşəyə uzunqulaq deyər
  2923. Eşşək batdağa bir dəfə batar
  2924. Elə qazanın belə də aşı olar
  2925. Elə bil dənizdə üzən gəmidir
  2926. El öz dəlisini yaxşı tanıyar
  2927. El oğlu yumurtaya qulp qoyar
  2928. El atan daşı qaldırmaq olmaz
  2929. El ağzına düşən хeyir görməz
  2930. Dünə dönmə, yarınlara irəli!
  2931. Dün yapdığın, bu gün yaşısan
  2932. Dostun atdığı daş baş yarmaz
  2933. Dost dostu dar gündə sınayar
  2934. Doğru dostluq qərəzsiz olmaz
  2935. Dilini saxlayan salamat olar
  2936. Damara baxarlar, qan alarlar
  2937. Dalaşanda barışmağa üz saxla
  2938. Cücə nənəsindən süd görməyib
  2939. Çox aşna tutan aşnasız qalar
  2940. Çıxan ay doğuşundan bəllidir
  2941. Cəhrə əyirsən – don geyərsən
  2942. Canımı da alsan gülə-gülə al
  2943. Canı olanın, qayğısı da olar
  2944. Can sənin, cəhənnəm Tanrının
  2945. Camaat sevəni Allah da sevər
  2946. Bu günün işini sabaha qoyma!
  2947. Böyük danışanı kiçik götürər
  2948. Borclu ölməz, bənizi saralar
  2949. Borc su dəyirman dolandırmaz
  2950. Birlik harada, dirilik orada
  2951. Biri ölməsə, o biri dirilməz
  2952. Bir qoyundan iki dəri çıxmaz
  2953. Bir qoca yeddi oğula əvəzdir
  2954. Bir qapıda iki dilənçi olmaz
  2955. Bir ölkədə iki hökmdar olmaz
  2956. Bir misqal ət yüz eybi örtər
  2957. Bir əli yağda, bir əli balda
  2958. Bir əli bağda, bir əli dağda
  2959. Bir başa iki qapaz ağır olar
  2960. Bilsəydim dərdim iki olmazdı
  2961. Bilən az deyər, bilməyən yüz
  2962. Bəyaz ipək hər rəngə boyanar
  2963. Beşə dözən, on beşə də dözər
  2964. Beş gün yaraq, bir gün gərək
  2965. Beş də beş, beş buçuq da beş
  2966. Bərəkətin bir yanı xırmandır
  2967. Bərəkət ondur, onu da düzlük
  2968. Bəli də söz düzəldər, yoх da
  2969. Belə yatan öküz yük götürməz
  2970. Bəla gələndə "gəlirəm" deməz
  2971. Bazar quruldu, hesab duruldu
  2972. Batan saman çöpündən yapışar
  2973. Başı başına, başmağı ayağına
  2974. Baş sağ olsun, papaq tapılar
  2975. Baş ağır, papaq yüngül gərək
  2976. Bar verən ağaca daş atmazlar
  2977. Banlayan toyuq mollaya düşər
  2978. Balta görməyən bağ meşə olar
  2979. Bal verən çiçəyi arı tanıyar
  2980. Bal deməklə ağız dadlı olmaz
  2981. Azdan az qırılar, çoxdan çox
  2982. Axtaran tapar, yoğuran yapar
  2983. Ata malına göz dikən ac olar
  2984. Aslanın nə erkəyi, nə dişisi
  2985. Aslan yatışından da bəllidir
  2986. Aslan ağzından şikar alınmaz
  2987. Almanı soy ye, armudu say ye
  2988. Allahı çağıran məhrum qalmaz
  2989. Alçaq yer igidi xor göstərər
  2990. Alan aldanmaz, satan allanar
  2991. Ağsaqqal sözünü axıra saxlar
  2992. Ağrımayan baş yastıq istəməz
  2993. Ağıllı olan bir dəfə aldanar
  2994. Ağıl yaşda olmaz, başda olar
  2995. Ağı gördün, qaranı unutdun?!
  2996. Ağa ağ deyiblər, qaraya qara
  2997. Adam gözləməklə səbirli оlar
  2998. Acıqlı qalxan ziyanlı oturar
  2999. Acını dadmayan şirini bilməz
  3000. Acın qursağında çörək durmaz
  3001. Abidi şeytan başdan çıxardar
  3002. "Allah" deyən namurad qalmaz
  3003. Dünəni yoxla, günüvü toxla
  3004. Eyməçiyə doşab göstərməzlər
  3005. Zərərdən qorxan dükan açmaz
  3006. Zaman ilə hesablaşmaq gərək
  3007. Yumurtanı halqadan keçirdir
  3008. Yumurta toyuğun cəriməsidir
  3009. Yorğanına bax, ayağını uzat
  3010. Yol yolu tapar, dəvə - kolu
  3011. Yırtıcı quşun ətin yeməzlər
  3012. Yaxşı, yaman - keçdi karvan
  3013. Yalançının dili topuq vurar
  3014. Yağışdan qaçan doluya düşər
  3015. Ya unçu ölər, ya dəyirmançı
  3016. Xoruzunu veriblər qoltuğuna
  3017. Xeyirxah adam yaddan çıxmaz
  3018. Xətakardan xəta əskik olmaz
  3019. Xaraba şəhərə qala nə lazım
  3020. Xain xofli olar, kor hürkən
  3021. Vətənin tüstüsü də şirindir
  3022. Vətənə gəldim, imana gəldim
  3023. Uzun danışanın ömrü az olar
  3024. Uşaq olan evdə qeybət olmaz
  3025. Unumu ələdim, ələyimi asdım
  3026. Tövbəsini sındıran məlundur
  3027. Təzə süpürgə, təmiz süpürər
  3028. Təzə kuzə suyu sərin saxlar
  3029. Tərlan yerin çalağan tutmaz
  3030. Tələsənin kündəsi küt gedər
  3031. Təkədən pendir tutmaq olmaz
  3032. Tək gəzən dananı qurd yeyər
  3033. Süd ilə girən sümüklə çıxar
  3034. Süd ilə girən sümüklə çıxar
  3035. Su girdi qaba - oldu içməli
  3036. Su girdi qaba - oldu içməli
  3037. Sərçəyə cib-cib öyrətməzlər
  3038. Sərçəyə cib-cib öyrətməzlər
  3039. Səbir acıdır, meyvəsi şirin
  3040. Səbir acıdır, meyvəsi şirin
  3041. Saqqalım yoxdu, sözüm ötmür
  3042. Saqqalım yoxdu, sözüm ötmür
  3043. Rəhmət yazana, lənət pozana
  3044. Rahat durmayan narahat olar
  3045. Qoduq böyüyər, çulu böyüməz
  3046. Qızın döyməyən, dizin döyər
  3047. Qismətdən artıq yemək olmaz
  3048. Qələmin ucu - qılıncın gücü
  3049. Qazanmayınca qazan qaynamaz
  3050. Qaynayan qazan qapaq tutmaz
  3051. Qarın doyuran aşı göz tanır
  3052. Qarğa, qarğa məndə qoz var!
  3053. Qaraçı qaraçıya öpüş verməz
  3054. Qara gün adamı tez qocaldar
  3055. Qafil quşun ovçusu çox olar
  3056. Paslı dəmirdən qılınc olmaz
  3057. Papaq altında igidlər yatar
  3058. Papaq altında igidlər yaşar
  3059. Özünü qələmə verən axmaqdır
  3060. Özü yeməz, özgəyə də verməz
  3061. Özgəyə quyu qazan özü düşər
  3062. Özgə bağından gül dərməzlər
  3063. Öz kölgəsindən uzağı görmür
  3064. Öz əli ilə özünə quyu qazır
  3065. Öz daş - tərəzisi ilə çəkir
  3066. Öz atının noxtasından yapış
  3067. Öz ağlını özgə ağlına vermə
  3068. Oxunu atıb, yayını gizlətmə
  3069. Övladda nəvə, dövlətdə dəvə
  3070. Öldürən ox, günahkar oxatan
  3071. Oldu ilə öldüyə çarə yoxdur
  3072. Oğul düşmən qapısına aparar
  3073. Oğrunu oğru əliylə tutarlar
  3074. Odla pambığın nə aşnalığı?!
  3075. Oba bizə, biz obaya hayanıq
  3076. O gəlsə daşla, sən get aşla
  3077. Nəfəsi gedir gəlir yalandır
  3078. Nəcabət adamın zatında olar
  3079. Nə yer qəbul eləyir, nə göy
  3080. Nə görməli günlərim varmış!
  3081. Nə əkərsən, onu da biçərsən
  3082. Nə alacağı var, nə verəcəyi
  3083. Namus insanın qan bahasıdır
  3084. Namazı əkib, orucluğa gedir
  3085. Nalını almamış mıxını çalma
  3086. Malı mal yanında tanıyarlar
  3087. Malı gedənin imanı da gedər
  3088. Lütün yuxusuna köynək düşər
  3089. Hesabın böyüyü-kiçiyi olmaz
  3090. Hər şeyin xiridarı gərəkdir
  3091. Hər şeyin əvvəli çətin olar
  3092. Hər quş öz dəstəsi ilə uçar
  3093. Hər qaba bir qapaq qoyarlar
  3094. Hər fəslin bir meyvəsi olar
  3095. Hər əsrin bir Koroğlusu var
  3096. Hər bağçanın öz bağbanı var
  3097. Hər axan suya Araz deməzlər
  3098. Hər ağac kötüyündən çürüyər
  3099. Heç bir igid yoxsul olmasın
  3100. Heç bir igid yalqız olmasın
  3101. Haqq söz axar suları saxlar
  3102. Gülmə qonşuna, gələr başına
  3103. Gözləmədiyin daş, yardı baş
  3104. Gözələ göz dəyər, qəlbə söz
  3105. Göy ağlamayınca, yer gülməz
  3106. Gəlin ocağa, bərəkət bucağa
  3107. Fürsət hər zaman ələ düşməz
  3108. Fikir adamı sərgərdan eylər
  3109. Fərsiz oğul anasını ağladar
  3110. Fərə çıxdığı qabığı tanıyır
  3111. Fəqirin təsəllisi – ölümdür
  3112. Fələk yıxmayanı kələk yıxar
  3113. Evdə div olur, çöldə divanə
  3114. Eşşək olasan, çulun məxmər?
  3115. Ertəyə qalan bəladan qorxma
  3116. Erkək eşşək, yanı qoduqlu?!
  3117. Elm sahibinə böyük zinətdir
  3118. Elindən ayrılanı qurd yeyər
  3119. Elə bil yumurta üstə oturub
  3120. Elə bil daşdan talaşa qopub
  3121. Eldən dərs alan Loğman olar
  3122. El sevməyənin ağacı quruyar
  3123. El qarğıyan ağac bar verməz
  3124. El malı ilə dоst qazanılmaz
  3125. El gücü, yel gücü, sel gücü
  3126. El gözündən düşən boy atmaz
  3127. El el ilə, dəyirman yel ilə
  3128. Ehtiyatlı qоyunu qurd yeməz
  3129. Dünyanı aparmış çığıran gur
  3130. Dovşan öz yatağında ovlanar
  3131. Dövlətin ən yaxşısı ağıldır
  3132. Dost dostun sağlığını istər
  3133. Dəliyə nəsihət, ölüyə zurna
  3134. Dəlinin eşşəyi də dəli olar
  3135. Dəli utanmaz, yiyəsi utanar
  3136. Dəli qız dayısından yaşınar
  3137. Davada ağac aradakına dəyər
  3138. Daş düşdüyü yerdə ağır olar
  3139. Darayı, səni geyər hər ayı!
  3140. Danışmaq dananı qurda verər
  3141. Dana oynar, mıxını bərkidər
  3142. Dağ yıxılmasa - dərə dolmaz
  3143. Dağ yeriməsə, abdal yeriyər
  3144. Çörəyi dizində olandan uzaq
  3145. Çiy süd əmənə etibar yoxdur
  3146. Çıraq öz dibinə işıq salmaz
  3147. Cəfasın çəkən səfasın görər
  3148. Cananı sevən canından keçər
  3149. Can sağlığı – dünya varlığı
  3150. Bulaq öz gözünü kor istəməz
  3151. Borc verənin dili uzun olar
  3152. Bir gəmini iki rəis batırar
  3153. Bir dost min ildə qazanılar
  3154. Bir daş altda, bir daş üstə
  3155. Bir baş haraya olsa sığışar
  3156. Bilmədiyin işə başını soxma
  3157. Bığdan kəsir, saqqala qoyur
  3158. Biçənin üzünü tikən ağardar
  3159. Bəslə qarğanı, oysun gözünü
  3160. Bəd övlad xətaya ürcah olar
  3161. Bayquş gündə üç sərçə yeyər
  3162. Bar verməyən ağacı kəsərlər
  3163. Balığı haçan tutsan təzədir
  3164. Balı dibindən, yağı üzündən
  3165. Balasız da ağlar, balalı da
  3166. Balacanın dərdi də balacadı
  3167. Az yeyənin azarı da az olar
  3168. Ayağını yorğanına görə uzat
  3169. At ölüb, itlərin bayramıdır
  3170. Arvadsız ev, susuz dəyirman
  3171. Arvadın isməti, ərin izzəti
  3172. Arvad ilə at igidin baxtına
  3173. Artıq mal - gözmü çıxarır?!
  3174. Arifə işarət, cahilə daş at
  3175. Arı yuvasına çöp uzatmazlar
  3176. Allah tənbəl kimsəni sevməz
  3177. Aləmə it hürər, bizə çaqqal
  3178. Ala it gedər, qara it gələr
  3179. Al almaya daş atan çox olar
  3180. Ağıl başda ikən evin avadan
  3181. Ağacın yumşağını qurd yeyər
  3182. Adam aşını-işini bilməlidir
  3183. Adam adamı bir kərə aldadar
  3184. Acıqlı duran ziyanla oturar
  3185. Acığı udanın ağzı bal dadar
  3186. Acı dindirmə, toxu tərpətmə
  3187. Acgöz, yalançı toruna düşər
  3188. Abbasıdan beş şahı çıxardır
  3189. Anlamaz eşşəkdən də pisdir
  3190. Daşın böyüyü dostdan gəlir
  3191. Elə bil gölünə daş atdılar
  3192. Zirəklik comərdlik gətirər
  3193. Zərlə gözəllik almaq olmaz
  3194. Zər ilə olan zor ilə olmaz
  3195. Zəmanə insanın müəllimidir
  3196. Zəhməti sevən işdən doymaz
  3197. Zəhmət çəkən ləzzət aparar
  3198. Zaman gedərkən uymaq gərək
  3199. Yolda qal, yoldaşdan qalma
  3200. Yırtıcı quşun ömrü az olar
  3201. Yaxşı arvadlı ev cənnətdir
  3202. Xoruz öz küllüyündə banlar
  3203. Xırmanın axırı dərvişindir
  3204. Xəzinə xarabalıqda tapılar
  3205. Xeyirlə şər xurcun tayıdır
  3206. Xeyir xəbər ağır ayaq olar
  3207. Xanəndə məclisin bəzəyidir
  3208. Xalqa adətdir, bizə bidət?
  3209. Utanırsan-üzünə rübənd sal
  3210. Usta oğlundan şagird olmaz
  3211. Usta meymun qaşçısız oynar
  3212. Uşaq yıxıla-yıxıla böyüyər
  3213. Uşaq böyüklərindən öyrənər
  3214. Uşaq ağlaya-ağlaya böyüyər
  3215. Tülkünün şahidi quyruğudur
  3216. Toy tulasıdır, arada gəzir
  3217. Ticarət dostluq körpüsüdür
  3218. Təpik atma, qısır qalarsan
  3219. Tələsik işə şeytan qarışar
  3220. Suda boğulan ilana sarılar
  3221. Suda boğulan ilana sarılar
  3222. Su kiçiyindir, yol böyüyün
  3223. Su kiçiyindir, yol böyüyün
  3224. Su ilə odun nə oyunu var?!
  3225. Su ilə odun nə oyunu var?!
  3226. Seyid cəddinə arxayın olar
  3227. Seyid cəddinə arxayın olar
  3228. Sərçəni bülbül adına satır
  3229. Sərçəni bülbül adına satır
  3230. Sənət insan üçün xəzinədir
  3231. Sənət insan üçün xəzinədir
  3232. Saxla samanı, gələr zamanı
  3233. Saxla samanı, gələr zamanı
  3234. Sarı it çaqqalın dayısıdır
  3235. Sarı it çaqqalın dayısıdır
  3236. Sahibsiz qoyunu qurd yeyər
  3237. Sahibsiz qoyunu qurd yeyər
  3238. Rüşvətxorun aqibəti yoxdur
  3239. Rüşvət cəhənnəmin açarıdır
  3240. Quda qudurar, qıznı aparar
  3241. Qoyun olasan, ot yeməyəsən
  3242. Qorxu adama yalan söylədər
  3243. Qorx Tanrıdan qorxmayandan
  3244. Qolun sınığı boyuna yükdür
  3245. Qoltuğuna qarpız yerləşmir
  3246. Qızıl palçıqda da parıldar
  3247. Qız ilə qızıl gizlin gərək
  3248. Qəm dağı yerindən qopardar
  3249. Qayış bilər kotan nə çəkir
  3250. Qaydanı pozan peşiman olar
  3251. Qarğa çəmdək üstə yığılar!
  3252. Qardaş yaman gündə arxadır
  3253. Qanadı quşdan kirə istəməz
  3254. Qadın bənnadır, kişi fəhlə
  3255. Pişiyi bağlayıb süfrə açır
  3256. Pay paylayan payından olar
  3257. Pay dolu gələr, dolu gedər
  3258. Paxıl olmasan dərdin olmaz
  3259. Paxıl olma, qüssən olmasın
  3260. Öz-özünü bəyənən ağam vay!
  3261. Özgə atına minən tez düşər
  3262. Özgə ağzına baxan ac qalar
  3263. Ördəyi su ilə qorxutmazlar
  3264. Ölünün dalınca danışmazlar
  3265. Ölünün böyüyü kiçiyi olmaz
  3266. Öküzlüyə gön borc verərlər
  3267. Öküz altında buzov axtarır
  3268. Nuh deyər, peyğəmbər deməz
  3269. Nə şilləmsən, nə şapalağım
  3270. Naxır gəlməsə, axşam olmaz
  3271. Nar üstündən turp yeməzlər
  3272. Naqqa balıq tasa yerləşməz
  3273. Miyançının kisəsi gen olar
  3274. Məzlumun ahı, devirər şahı
  3275. Mərd oğul zalıma baş əyməz
  3276. Hər yumurtadan cücə çıxmaz
  3277. Hər vaxt fürsət ələ düşməz
  3278. Hər qəbahəti üzə vurmuzlar
  3279. Hər parıldayan qızıl deyil
  3280. Hər kəsə öz Vətəni əzizdir
  3281. Hər cəfanın bir səfası var
  3282. Hər binanın bir ustadı var
  3283. Hər aşiqin bir dövranı var
  3284. Hələ boynu qoltuq görməyib
  3285. Hacət dedik, höcət demədik
  3286. Gücü çatana donuz güddürür
  3287. Göyçək sözün ardı tükənməz
  3288. Goru var ki, kəfəni də ola
  3289. Gəzəyən qızdan gəlin olmaz
  3290. Gələn adam qismətinə gələr
  3291. Fikri nəysə, zikri də оdur
  3292. Evi abad al, bağı - bərbad
  3293. Evdəki hesab bayıra çıxmaz
  3294. Ev tikən balta çöldə qalar
  3295. Ev satmıram, qonşu satıram
  3296. Elin ağzına baxan ac qalar
  3297. Elə bil tükün oda tutdular
  3298. El tikəni aləm yıxa bilməz
  3299. El bərəkallahı qarın cırar
  3300. El ayranı yanğını soyutmaz
  3301. Ehtiyat igidin yaraşığıdır
  3302. Dovşan kiçik, qulağı böyük
  3303. Dovşan dağda - suyu oçaqda
  3304. Dostunu ağladan özü gülməz
  3305. Dərd ağladar, eşq söylədər
  3306. Dəmir sürtüldükcə parıldar
  3307. Dəliyə yer ver, əlinə bel!
  3308. Darğa əmim, daha nə qəmim!
  3309. Dana böyüyər, çulu böyüməz
  3310. Daldan atan topuqdan vurar
  3311. Dağ da olsan dağa daldalan
  3312. Çirkin bəzənincə toy keçər
  3313. Cavan baş bir çanax qandır
  3314. Çarvadara yol göstərməzlər
  3315. Can verməyən canana yetməz
  3316. Cahili cahillər mədh eylər
  3317. Bitmiş işdən gül iyi gələr
  3318. Bir vurmağla ağac yıxılmaz
  3319. Bir quş bir qutuya sığınar
  3320. Bir qaşıq su da adam boğar
  3321. Bir qaranquşla bahar olmur
  3322. Bir papaqlı bir evi bəslər
  3323. Bir kənddə iki darğa olmaz
  3324. Bir gözə bir dünya sığışar
  3325. Bir dana bir naxırı korlar
  3326. Bilənlə bilməyən tay olmaz
  3327. Biçmək üçün əkmək lazımdır
  3328. Bələdçiyə yol göstərməzlər
  3329. Bələdçiliyə gedən yorulmaz
  3330. Bəladan qaçan bəlaya düşər
  3331. Bazar köpəyi sürü gözləməz
  3332. Baxma deyənə, bax dediyinə
  3333. Başımı kəs, xatirimə dəymə
  3334. Başıma bəladı, dalıma şələ
  3335. Baş vurmaq ilə baş ağrımaz
  3336. Barmağın beşi də bir deyil
  3337. Balıq sudaykən sövda olmaz
  3338. Balıq bilməsə, xalıq bilər
  3339. Balını ye, arısını soruşma
  3340. Balı olana doşab satmazlar
  3341. Bala quşun ağzı böyük olar
  3342. Babanın əlindən nəvə tutar
  3343. Azar tənbəllikdən bezardır
  3344. Azacıq aşım, ağrımaz başım
  3345. Axşamın işini sabaha qoyma
  3346. Axşam oduna gedən çox olar
  3347. Axar su murdarlıq götürməz
  3348. At olmasa, nal nəyə gərək?
  3349. Arpa yemiş at mənzil kəsər
  3350. Ananın səbri tükənməz olur
  3351. Altunu od sınar, əri altun
  3352. Allah saxlayanı qurd yeməz
  3353. Allah haqqı nahaqqa verməz
  3354. Allah əsilsizə düşürtməsin
  3355. Ağlamayana çörək verməzlər
  3356. Ağın adı var, qaranın dadı
  3357. Ağıl yaşda deyil, başdadır
  3358. Ağac yıxılan gün səs eylər
  3359. Ağ itin həllaca zərəri var
  3360. Adamı başdan, ağacı yaşdan
  3361. Adam yanıla-yanıla öyrənir
  3362. Acıqnan dövlət yola getməz
  3363. Acı işlətmə, toxu təprətmə
  3364. Ac nə yeməz? Tox nə deməz?
  3365. Zurnaçı zorun üzünə verər
  3366. Zirəni Kirmana aparmazlar
  3367. Zəhmət çəkməyən bal yeməz
  3368. Zəhmət çəkən peşman olmaz
  3369. Yoxsulun əlacı ağlamaqdır
  3370. Yolda yoldaş, evdə qardaş
  3371. Yada arxa verən tək qalar
  3372. Xoş günüm qapılarda keçir
  3373. Xoca bizdə, xurcunu sizdə
  3374. Xırman sonu abdallarındır
  3375. Xırman döymək kişi işidir
  3376. Xətir ucundan xəstə yatır
  3377. Xamır yeyənə etibar yoxdu
  3378. Xalq kəsən barmaq qanamaz
  3379. Xalını xovuna sığallarlar
  3380. Vur deyənlə vuran yarıdır
  3381. Vətən elin evi, dayağıdır
  3382. Üz vermə - astar da istər
  3383. Uşaq yıxıldığı yerə baxar
  3384. Uşaq olmamış donunu biçmə
  3385. Ürəkdə olmayanı dil deməz
  3386. Ümid həyatın sərmayəsidir
  3387. Uca dağın başı qarlı olar
  3388. Tut ağacı əkən ipək dərər
  3389. Toyun yaraşığı oynamaqdır
  3390. Tox it ac bəydən yaxşıdır
  3391. Tanrı qoruyanı qurd yeməz
  3392. Tamahkarı yalanşı aldadar
  3393. Südlə gələn sümüklə çıxar
  3394. Südlə gələn sümüklə çıxar
  3395. Süd verən inəyi kəsməzlər
  3396. Süd verən inəyi kəsməzlər
  3397. Sözü asta, ürəyi tasvasda
  3398. Sözü asta, ürəyi tasvasda
  3399. Söhbət dananı qurda verər
  3400. Söhbət dananı qurda verər
  3401. Sənətə gəc baxan ac qalar
  3402. Sənətə gəc baxan ac qalar
  3403. Savadsız adam kor kimidir
  3404. Savadsız adam kor kimidir
  3405. Sap üzülən yerdən qırılar
  3406. Sap üzülən yerdən qırılar
  3407. Sağlıq ən böyük varlıqdır
  3408. Sağlıq ən böyük varlıqdır
  3409. Qonşu, qonşu, gəl savaşaq
  3410. Qonşu payı qarın doyurmaz
  3411. Qoç igid qurddan çəkinməz
  3412. Qəlp mal yiyəsinə qayıdar
  3413. Qaşıq çömçədən irəli olub
  3414. Qarğış tökən alqış görməz
  3415. Qarğıdalı unu it qudurdar
  3416. Qaraquş sümüyü ölçər udar
  3417. Qanlıdan qada əskik olmaz
  3418. Pişiyin dərdi iti öldürər
  3419. Payız camışı qaçağan olar
  3420. Palaza bürün, elnən sürün
  3421. Özündən güclü ilə vuruşma
  3422. Özün bişirdin özün də dad
  3423. Özü yıxılan özü də qalxar
  3424. Özgə uşağından oğul olmaz
  3425. Özgə evində kovxalıq etmə
  3426. Öz oduna da məni yandırma
  3427. Öz burnundan uzağı görmür
  3428. Övlad ata-ananın ürəyidir
  3429. Ölüdən şeytan da əl çəkib
  3430. Ölü qəbristandan qayıtmaz
  3431. Öküzün qaşqasını döyərlər
  3432. Oğul atanın kövşənin əkər
  3433. Nökər nədir, bekar nədir?
  3434. Nənə nəvənin oyuncağıdır
  3435. Nə ver, nə də dalınca get
  3436. Nə itirib, nə axtarırsan?
  3437. Nə görmüşəm, nə eşitmişəm
  3438. Namərddən keç, mərddə dur
  3439. Laxlayan daş ərkdə qalmaz
  3440. Hirs gələndə acığını unut
  3441. Hind dilənçisinə dönübdür
  3442. Hərdən ipək, hərdən köpək
  3443. Hər işıldayan qızıl olmaz
  3444. Hər ağızdan bir söz çıxar
  3445. Hər ağaca söykənmək olmaz
  3446. Hər acının bir şirini var
  3447. Haqq sözdən gül iyi gələr
  3448. Haqq iş gündən aydın olar
  3449. Halvaçı qızı - daha şirin
  3450. Halal mal heç yerə getməz
  3451. Hacı hacını Məkkədə görər
  3452. Günü gününün ölümün istər
  3453. Günü günüdən günü əsirgər
  3454. Gülünə bax, qönçəsini dər
  3455. Gülün qədrin bülbül bilir
  3456. Gözü ancaq torpaq doyurar
  3457. Gözəl sevməyə tövbə olmaz
  3458. Fələyə bel bağlamaq olmaz
  3459. Falçı falçıya fənd vurmaz
  3460. Evlər ayrı, qayğılar ayrı
  3461. Evin bərəkəti ocağındadır
  3462. Evi yoxdur, qonşu axtarır
  3463. Eşşək eşşəyi borc qaşıyar
  3464. Eşqin tərsi, avandı olmaz
  3465. Elm insana böyük mirasdır
  3466. Ellər köçər, dağlar qalar
  3467. Elə bağla ki, aça biləsən
  3468. Eldən ayrılan itkin düşər
  3469. Elçi çox olar, qismət bir
  3470. El tikəni yel yıxa bilməz
  3471. El qazanı ilə aş qaynamaz
  3472. El hümmətlə, quş qanadla!
  3473. El gözüylə dünya görünməz
  3474. El dedikcə saxlamaq olmaz
  3475. El ağzı ilə şorba içilməz
  3476. El ağzı ilə quş tutulmaz
  3477. Ehtiyac igidi də sarsıdar
  3478. Ehtiyac adamı oğru eləyər
  3479. Dinmə mənə, dinməyim sənə
  3480. Dığ-dığ adamı azara salar
  3481. Deyilǝn söz geri qayıtmaz
  3482. Dǝrd bir deyil, iki deyil
  3483. Dəmiri isti-isti döyərlər
  3484. Danışıqlı söz dağlar aşar
  3485. Cücə səbət altında qalmaz
  3486. Çox istəyən azdan da olar
  3487. Çıxmayan cana umud çoxdur
  3488. Cibin boşsa, sözün keçməz
  3489. Cərgədən qalan qotur olar
  3490. Cərgədən qalan keçəl olar
  3491. Cəfa çəkməyən səfa görməz
  3492. Cahilə qoşulan cahil olar
  3493. Borcunu verən dövlətlənər
  3494. Bir sürüyə bir qurd yetər
  3495. Bir qoz üçün daş atmazlar
  3496. Bir gün bir il doyuzdurar
  3497. Bir əllə torpaq canlanmaz
  3498. Bir əl əkər, iki əl biçər
  3499. Bir dirhəm min eybi örtər
  3500. Bir baş bir dəriyə sığmaz
  3501. Bir arxdan min at su içər
  3502. Bilməsən bir biləndən sor
  3503. Bilənə bilməyən tay deyil
  3504. Bığ saqqaldan qabaq çıxıb
  3505. Bəxt kəsəni qılınc kəsməz
  3506. Bəslə yetimi, yesin ətini
  3507. Bənizi qaçan həkimə qaçar
  3508. Baxtını götür, bazara çıx
  3509. Başmaq cütlənəndə bilinər
  3510. Baş ayağa rahatlıq verməz
  3511. Barsız ağaca daş atmazlar
  3512. Bar verən ağacı kəsməzlər
  3513. Balalı qarğaya pay düşməz
  3514. Bal yeyib, bəlasını çəkir
  3515. Bacarıq ağlın nişanəsidir
  3516. Azdan az оlar, çоxdan çоx
  3517. Azarlı yanında armud yemə
  3518. Azarlı arvadı əri istəməz
  3519. Axşamın sirrini dan bilər
  3520. Axşam axıra, sabah naxıra
  3521. Axacaq qan damarda durmaz
  3522. Atalar sözləri, Bakı,2004
  3523. Atalar sözləri Bakı, 2004
  3524. Arifə işarə, kötüyə balta
  3525. Aman deyənin boynun vurar
  3526. Ala it çaqqalın dayısıdır
  3527. Ağır otur, "ağa" desinlər
  3528. Ağır günün daşı ağır olar
  3529. Ağır gəldi, yüngül qalxar
  3530. Ağ parçaya ləkə tez düşər
  3531. Ağ ciyər olma, ər ol, ər!
  3532. Adamı dinlə, heyvanı iplə
  3533. Aclıq ayıya darayı oxudar
  3534. Acla əcəli gələn söyləşər
  3535. Açıq süfrə təklif istəməz
  3536. Acan gedər, susuyan gələr
  3537. Aca ürək vermə, çörək ver
  3538. Ac eşşək atdan bərk qaçar
  3539. Ac bəydən tоx it yaxşıdır
  3540. Abdal oynayanda qar yağar
  3541. Baş olsun, börk tapılar
  3542. Ruzi olsun, ocaqda olsun
  3543. Yaxşı at özünə vurdurmaz
  3544. Zər qədrini zərgər bilər
  3545. Yoxsulun dili gödək olar
  3546. Yetim əlində qoğal əcaib
  3547. Yanan yerdən tüstü çıxar
  3548. Ya qarnımda, ya könlümdə
  3549. Xoruzsuz da sabah açılar
  3550. Xoruza quyruğu yük olmaz
  3551. Xoruza quyruğu da yükdür
  3552. Xeyir ver, xeyir görəsən
  3553. Xeyir de, xeyir taparsan
  3554. Xəstə başında ulu oturar
  3555. Xalam bildi - aləm bildi
  3556. Vur dedik, öldür demədik
  3557. Var günün dostu çox olar
  3558. Üzə gülür, ayaqdan çəkir
  3559. Uşaq nədir, bıçaq nədir?
  3560. Ürkütməsən sanamaq olmaz
  3561. Umulmayan daş, yarar baş
  3562. Toyuğun gözü küllükdədir
  3563. Toxun acdan xəbəri olmaz
  3564. Təcrübə biliyin anasıdır
  3565. Tamahkarın gözü kor olar
  3566. Su bulanmayınca durulmaz
  3567. Su bulanmayınca durulmaz
  3568. Sözün ilə işin bir olsun
  3569. Sözün ilə işin bir olsun
  3570. Səbir edən səadətə yetər
  3571. Səbir edən səadətə yetər
  3572. Sambalı xoş, içərisi boş
  3573. Sambalı xoş, içərisi boş
  3574. Rəncbərin ümidi əkinədir
  3575. Quşdan qorxan darı əkməz
  3576. Qorunan baş salamat olar
  3577. Qonşu iti qonşuya hürməz
  3578. Qonaq dur altını süpürüm
  3579. Qoduq böyüyər eşşək olar
  3580. Qocaya gülən özünə gülər
  3581. Qocalıq soruşmaz - gələr
  3582. Qoca tülkü hiyləbaz olar
  3583. Qoç döyüşünə qoç dayanar
  3584. Qıznan qızıl gizli gərək
  3585. Qızıllı əli bıçaq kəsməz
  3586. Qiymətli yük yüngül olar
  3587. Qəribin boynu bükük olar
  3588. Qərib quşun yuvası olmaz
  3589. Qazanclı yük yüngül olar
  3590. Qart köpək yedəyə gəlməz
  3591. Qarın qardaşdan irəlidir
  3592. Qarğışlı baş çox yaşayar
  3593. Qaradan artıq boya olmaz
  3594. Qapan it dişin göstərməz
  3595. Qanan kim, qandıran kim?
  3596. Pul kəsəni qılınc kəsməz
  3597. Pis söz yiyəsinə qayıdar
  3598. Pay verdi, dalınca gəldi
  3599. Pay payı döyər, çıxardar
  3600. Özgəyə ümid olanac qalar
  3601. Öz ayağı ilə ölümə gedir
  3602. Ölüm-dirim bizim üçündür
  3603. Ölmək var, dönmək yoxdur
  3604. Öküz öldü, ortaq ayrıldı
  3605. Oğul olmamış, adın qoyma
  3606. Oğru əyri kolda gizlənər
  3607. Od düşdüyü yeri yandırar
  3608. Obalar bizə, biz obalara
  3609. Nəfəsi isti yerdən çıxır
  3610. Nə qanır, nə də qandırır
  3611. Nə özündədir, nə sözündə
  3612. Nə istisi var, nə soyuğu
  3613. Nə günahı var, nə savabı
  3614. Namus insanın cövhəridir
  3615. Nahaq ayaq tutub yeriməz
  3616. Nacins ağac düyünlü olar
  3617. Nabələdə gün də buluddur
  3618. Lalın dilini anası bilər
  3619. Hər vaxt "dü-şeş" gəlməz
  3620. Hər saatın bir hökmü var
  3621. Hər quş öz tayı ilə uçar
  3622. Hər meyvənin öz dadı var
  3623. Hər çiçəyin bir ətri var
  3624. Hər axan su içməli olmaz
  3625. Hər ağacın kölgəsi olmaz
  3626. Hər adamın əkdiyi bitməz
  3627. Heç kəs öz eybini bilməz
  3628. Harda aşdır, orda başdır
  3629. Haram mal bərəkət tutmaz
  3630. Haram gələn harama gedər
  3631. Gücünə bax, şələni bağla
  3632. Göz görməsə könül sevməz
  3633. Gəldi əcəl, verməz macal
  3634. Fərsiz qoyunu qurd yeyər
  3635. Fələk bağlar, fələk açar
  3636. Fayda zərərin qardaşıdır
  3637. Evlənən göz-qulaqda olar
  3638. Evin iti ol, kiçiyi olma
  3639. Ev oğrusunu tutmaq olmaz
  3640. Ev buzovundan öküz olmaz
  3641. Ev almıram, qonşu alıram
  3642. Eşşək aldım, qatır çıxdı
  3643. Erkək quşun yuvası olmaz
  3644. Elm zəhmət ilə ələ gəlir
  3645. Elə gül ki, biz də gülək
  3646. El atdığı daş uzaq gedər
  3647. El ağzını bağlamaq olmaz
  3648. Ehtiyat ehtiyacdan dоğar
  3649. Düğü döğülməsə, aş olmaz
  3650. Dostun sirrin dost bilər
  3651. Doşab almışam, bal çıxıb
  3652. Doğru sözdən xəta gəlməz
  3653. Dərd dərd üstündən gələr
  3654. Dəliyə dəyənək verməzlər
  3655. Dəlinin yadına daş salma
  3656. Davada halva paylamazlar
  3657. Damçı inadıyla daş dələr
  3658. Çürük taxta mıx götürməz
  3659. Cücə həmişə hində qalmaz
  3660. Çörək açanı qılınc açmaz
  3661. Çömçə tutan sənə sarıdır
  3662. Cavan işlər, qoca dişlər
  3663. Can deməklə can əskilməz
  3664. Camala baхma, kamala baх
  3665. Camal gedər, kamal gələr
  3666. Böyük tökəni kiçik yığar
  3667. Borc altında qalan deyil
  3668. Bir qız – bir oğlanındır
  3669. Bir loxma bir daş aşırar
  3670. Bir gün olar bəxt oyanar
  3671. Bir atım barıtı var imiş
  3672. Bıçaqçıda bıçaq tapılmaz
  3673. Bez geyərəm, düz gəzərəm
  3674. Bəlkəyə heç nə vermirlər
  3675. Bekarlıqdansa - culfalıq
  3676. Başına gələn başmaqçıdır
  3677. Baş bədəndən ayrı heçdir
  3678. Baltanı dibdən vurmazlar
  3679. Balı da sənin, bəlası da
  3680. Balalı qarğaya yem yoxdu
  3681. Bal yedin, bəlaya düşdün
  3682. Bal tutan barmağın yalar
  3683. Bağlı qapıya xəta dəyməz
  3684. Bağdakı bağbanın malıdır
  3685. Azar batman-batman gələr
  3686. Axar çaya getsə, qurudar
  3687. Atalar sözü, Bakı, 2004,
  3688. Atalar sözü, Bakı, 2003,
  3689. At izi it izinə qarışmaz
  3690. Aşiqə Bağdad uzaq deyil
  3691. Anadan yaxşı yavər olmaz
  3692. Allahdan nə gəlsə xoşdur
  3693. Allah dərdi çəkənə verir
  3694. Ağızdan çıxan başa dəyər
  3695. Ağacı qurd içindən yeyər
  3696. Ağac əkənə rəhmət oxunar
  3697. Ağ ağca qara gün üçündür
  3698. Adamın öz əli, öz kisəsi
  3699. Adamın düşməni - öz dili
  3700. Adamı tanıyan qurd yesin
  3701. Adam sözdən, uşaq gözdən
  3702. Adam paltar ilə tanınmaz
  3703. Adam olana bir söz yetər
  3704. Aclıq adama oyun öyrədər
  3705. Acın zəhləsi sudan gedər
  3706. Aca nə halal, nə haram?!
  3707. Ac yalavac qudurğan olar
  3708. Ac qulağım, dinc qulağım
  3709. Ac əsnəyər, tox gərnəşər
  3710. Bekarlıq korluq gətirər
  3711. Аcın nəyi vаr gicə vеrə
  3712. Zərər zəhərdən acı olar
  3713. Zəhmətdən qaçan əl açar
  3714. Zəhər gələndə acı qaçar
  3715. Zalıma Allah bəla verər
  3716. Zahirdən batinə yol var
  3717. Yumurtana görə qaqqılda
  3718. Yola çıxan yolda qalmaz
  3719. Yaxşı atadan pis oğul?!
  3720. Xoruzun quyruğu görünür
  3721. Xoruz getdi, dava bitdi
  3722. Xınalı əl cibə qoyulmaz
  3723. Xıdır çıxdı – qış çıxdı
  3724. Xeyir ilə şər qardaşdır
  3725. Xəta məndən, əta səndən
  3726. Xəta insandan baş verər
  3727. Xəncər çıxdı, qan çıxdı
  3728. Xata məndən, əta səndən
  3729. Vuran oğul ataya baxmaz
  3730. Varlının iti harın olar
  3731. Üzdə gülür, dalda hürür
  3732. Uşaqlıq ömrün baharıdır
  3733. Uşaq sözün düzünü deyər
  3734. Ürək yanar, göz yaşarar
  3735. Ürək öz dostunu tanıyar
  3736. Ucuz ətin şorbası olmaz
  3737. Türkü at yıxar, tatı ət
  3738. Toxun acdan nə xəbəri?!
  3739. Tənbəl adam varlı olmaz
  3740. Təkrar biliyin anasıdır
  3741. Təkədə qoç hünəri olmaz
  3742. Tək qoyundan sürü olmaz
  3743. Su yatar, düşmən yatmaz
  3744. Su yatar, düşmən yatmaz
  3745. Sözün uzunu adamı yorar
  3746. Sözün uzunu adamı yorar
  3747. Söz gəzdirən mərd olmaz
  3748. Söz gəzdirən mərd olmaz
  3749. Sərnic gətir, süd axtar
  3750. Sərnic gətir, süd axtar
  3751. Saf armud sapdan düşməz
  3752. Saf armud sapdan düşməz
  3753. Qorxan öküz cütə getməz
  3754. Qoca ayrı, qocaman ayrı
  3755. Qəlbdən - qəlbə yol olu
  3756. Qazan üstüörtülü qaynar
  3757. Qara günün ömrü az olar
  3758. Qar dağa çıxar dadlanar
  3759. Qanı qan ilə yumayıblar
  3760. Paxıl artsa, qurd artar
  3761. Papaqçının papağı olmaz
  3762. Özünü öyən dizini döyər
  3763. Özünü atan dizinə döyər
  3764. Özünə baxma, sözünə bax
  3765. Özü kəsir, özü də tikir
  3766. Özü deyir, özü də gülür
  3767. Özgə əli ilə ilan tutur
  3768. Öz səsi özünə xoş gəlir
  3769. Öz adını özgələrə qoyma
  3770. Öyüdü anlayana verərlər
  3771. Övlad insanın məbədidir
  3772. Ortaqlı malı xalq yeyər
  3773. Ortalıq qazanı qaynamaz
  3774. Ölümün atı çaparaq olar
  3775. Ölmüş ata yük çatmazlar
  3776. Oğrudan oğruya halaldır
  3777. Ocaqdan kül əskik olmaz
  3778. Oba köçüb, yurd ağlayır
  3779. Nə yazılıb, o da olacaq
  3780. Nə xeyrə yarar, nə şərə
  3781. Nə şiş yansın, nə kabab
  3782. Nə işim var, nə macalım
  3783. Nə dil bilsin, nə dodaq
  3784. Nar ağacı - istək ağacı
  3785. Napakı hamam təmizləməz
  3786. Nanəcibə salam ver, keç
  3787. Namazdan əvvəl boğazdır
  3788. Muzdur, yerində düz dur
  3789. Murdar əsgiyə od düşməz
  3790. Lələ köçüb, yurdu qalıb
  3791. Ləbləbidir - el dəbidir
  3792. Lax yumurta suda batmaz
  3793. Lalam, karam - dinmərəm
  3794. Hirsli başda ağıl olmaz
  3795. Həyasızdan həyanı saxla
  3796. Hər şeyin çoxu zərərdir
  3797. Hər qəbahəti özündə bil
  3798. Hər qatırçı Murad olmaz
  3799. Hər başın bir dərdi var
  3800. Həftə səkkiz mən doqquz
  3801. Heç kəs yalqız qalmasın
  3802. Heç kəs arxasız olmasın
  3803. Hayla gələn huyla gedər
  3804. Güvəndiyim alçacıq dağr
  3805. Gün doğuşundan bəllidir
  3806. Gözəllik qarın doyurmaz
  3807. Göz namərddir; qorxudar
  3808. Gəlin oldun, dilini çək
  3809. Füqaranın gözü tox olar
  3810. Fitə uyanın evi yıxılar
  3811. Fələk güclü, mən gücsüz
  3812. Fal yox, yumurta da yox
  3813. Evlənmək su içmək deyil
  3814. Evdən qabaq qonşu axtar
  3815. Eşşək qazanar, at yeyər
  3816. Elmin gücü, yıxar bürcü
  3817. Elm adamın eybini örtər
  3818. Elin səsi - haqq səsidi
  3819. El qızına inanmaq оlmaz
  3820. El atan daş uzağa gedər
  3821. El atan daş dağdan aşar
  3822. Dünü unut, bu günə umut
  3823. Dünü boşla, günü xoşla!
  3824. Dovşanı araba ilə tutur
  3825. Dost gəlişi bayram olar
  3826. Dolu qarın yuxu gətirər
  3827. Damar-damar, daşı dələr
  3828. Dalda qalan dana qovlar
  3829. Çox yemək heyvan işidir
  3830. Çox danışan çox yanılar
  3831. Çörək basan ayağa düşər
  3832. Çobansız sürü yolu azar
  3833. Cin bismillahdan qorxar
  3834. Cəhalət səfalət doğurar
  3835. Çay bir olar, çeşmə min
  3836. Canını cibində gəzdirir
  3837. Canımdan tikan çıxartdı
  3838. Candan qonşu payı olmaz
  3839. Bu darı o aclığa çatmaz
  3840. Bu arşına bez verməzlər
  3841. Borc durar, xərc durmaz
  3842. Bir qoyundan sürü olmaz
  3843. Bir qazandır, bir çömçə
  3844. Bir iti iki daşla vurur
  3845. Bir gül ilə bahar olmaz
  3846. Bir çiçək ilə yaz olmaz
  3847. Bir bulud ilə qış olmaz
  3848. Bilmirəm - baş ağrıtmaz
  3849. Bilikli adam az danışar
  3850. Bilik insanın bəzəyidir
  3851. Bənnasız hörük hörülməz
  3852. Bənnasız divar hörülməz
  3853. Bədcinslik maya istəməz
  3854. Baхtı satın almaq olmaz
  3855. Bayquş viranələri sevər
  3856. Başı hində, ağılı gendə
  3857. Başa gələn dildən gələr
  3858. Baş əyməklə baş ağrımaz
  3859. Baş dilin bəlasın çəkər
  3860. Barlı ağaca daş atarlar
  3861. Balsız şanda arı durmaz
  3862. Balıq balasını da ovlar
  3863. Balçı qızı - daha şirin
  3864. Aznan çоxun оyunu оlmaz
  3865. Ayı qandı, abid qanmadı
  3866. Atılan ox geri qayıtmaz
  3867. Arxalı köpək qurd basar
  3868. Anadan əziz yenə anadır
  3869. Alt dəyirman güclü olar
  3870. Allah var, rəhmi də var
  3871. Alçaq dağa qar yağmaz?!
  3872. Ağız yeməsə, üz utanmaz
  3873. Ağız açdı, gövhər saçdı
  3874. Ağıllı bir dəfə aldanar
  3875. Ağıl ağıldan üstün olar
  3876. Ağı qaradan seçəndə gəl
  3877. Adını çək, qulağını bur
  3878. Adam sözünü adama deyər
  3879. Acla əcəli gələn birdir
  3880. Acıqlı başda ağıl olmaz
  3881. Acı söz ürək bulandırar
  3882. Ac donuz darıdan çıxmaz
  3883. Ac adam özünü oda vurar
  3884. Abırsızdan abrını saxla
  3885. Abırsızdan abrını gözlə
  3886. Dünü unut, günü yönüt
  3887. Qardaş olaq, tən bölək
  3888. Zor ilə gözəllik olmaz
  3889. Zəhmətsiz rəhmət olmaz
  3890. Zəhmətsiz bal yeməzlər
  3891. Zəhmət çəkən bal yeyər
  3892. Zəhmət çəkən ac qalmaz
  3893. Zaman keçər, söz qalar
  3894. Yuvanı erkək quş tikər
  3895. Yurd yeri - guman yeri
  3896. Yol ilə gedən yorulmaz
  3897. Xoruz bir kərə bəzənər
  3898. Xörəyin dadı ağızdadır
  3899. Xəstənin qüvvəti olmaz
  3900. Xəmir suyu çox götürər
  3901. Xəcalət düşmənin olsun
  3902. Xarabadan tüstü çıxmaz
  3903. Xalça salan özü oturar
  3904. Var var üstündən gələr
  3905. Üz görən iman görməyib
  3906. Üstü bəzək, altı təzək
  3907. Uşaq gördüyünü götürər
  3908. Uşaq arasına girməzlər
  3909. Ürək istəyəni əl eylər
  3910. Ürək dənizdən dərindir
  3911. Tez qaçan, tez yorular
  3912. Susuz it kəhrizə baxar
  3913. Susuz it kəhrizə baxar
  3914. Susmaq da bir cavabdır
  3915. Susmaq da bir cavabdır
  3916. Su axar, çuxurun tapar
  3917. Su axar, çuxurun tapar
  3918. Söyüd ağacı bar verməz
  3919. Söyüd ağacı bar verməz
  3920. Sevgi adamı selə verər
  3921. Sevgi adamı selə verər
  3922. Saxla gönü, gələr günü
  3923. Saxla gönü, gələr günü
  3924. Qozbeli qəbir düzəldər
  3925. Qonşun tox, sən də tox
  3926. Qonşum şah, mən də şah
  3927. Qonaq, çörək yeyirsən?
  3928. Qoca tülkü tora düşməz
  3929. Qismətdən qaçmaq olmaz
  3930. Qışın qarı, yayın barı
  3931. Qərib dərdin tək ağlar
  3932. Qələm qılıncdan itidir
  3933. Qələm düşmən əlindədir
  3934. Qazı da bilir, quzu da
  3935. Qayğı ilə borc ödənməz
  3936. Qara xəbər tez yayılar
  3937. Qara eşşək, ağ palan?!
  3938. Pis günün ömrü az olar
  3939. Paydan uman pay verməz
  3940. Özü eşşək, tükü məxmər
  3941. Özü əkir, özü də biçir
  3942. Özü bişirib, özü yeyir
  3943. Özü balaca, sözü böyük
  3944. Özgə buzovu çatı qırar
  3945. Ovu bərəsində vurarlar
  3946. Övlad könül meyvəsidir
  3947. Ölüm haqq, miras halal
  3948. Ölkə yansa canı yanmaz
  3949. Ölən kim, öldürən kim?
  3950. Öldü var, döndü yoxdur
  3951. Oğru it özünü bildirər
  3952. Oba köçüb, yurdu qalıb
  3953. Nəvə övladdan şirindir
  3954. Nərin dili bağlı gərək
  3955. Nə arabada, nə dünbədə
  3956. Namərdin gözü dar olar
  3957. Namə vüsalın yarısıdır
  3958. Nahaq qan yerdə qalmaz
  3959. Nağıl dili yüyrək olar
  3960. Nadürüst nəslinə çəkər
  3961. Nadanın düşməni özüdür
  3962. Molla alacağın unutmaz
  3963. Maya doğar, nər doğmaz
  3964. Həyasızdan həyanı qoru
  3965. Hər şeyin öz vaxtı var
  3966. Hər şeyin axı yaxşıdır
  3967. Hər nöqsanı özündə gör
  3968. Hər eşitdiyinə inanma!
  3969. Hər ağızda bir dua var
  3970. Haqq yıxılan mərd olar
  3971. Guşə daşı yerdə qalmaz
  3972. Gücünə görə şələ bağla
  3973. Göz görməz, üz utanmaz
  3974. Göz gördüyündən qorxar
  3975. Görən gözə yasaq olmaz
  3976. Gənəşəkli don gen olar
  3977. Fağırı kim оlsa, döyər
  3978. Evin yaraşığı gəlindir
  3979. Evi abad edən arvaddır
  3980. Evdə xoruz, çöldə fərə
  3981. Eşşəkdən adınalıq umur
  3982. Elm mərtəbəsi uca olar
  3983. Ellər bizə, biz ellərə
  3984. El üfürdü, sel köpürdü
  3985. El qalxdı, sən də qalx
  3986. El dəlisini çölə atmaz
  3987. El dediyi mübarək olar
  3988. El baylı-yoxsullu olur
  3989. Düzün düşməni çox olar
  3990. Duz - çörək, düz çörək
  3991. Dünya barı, yaşam dadı
  3992. Dost daşı bərk ağrıdar
  3993. Doğru söz dəmiri dələr
  3994. Dəvə kimi kin saxlayır
  3995. Dərə xəlvət, tülkü bəy
  3996. Dərd adamı dingildədər
  3997. Dəliyə gündə bayramdır
  3998. Dəli öküz gücün bilməz
  3999. Dayanan su tez iylənər
  4000. Davalı yerdə ot bitməz
  4001. Çox gülən çox da ağlar
  4002. Cins cinsinə meyl edər
  4003. Cins cinsə əsər eləməz
  4004. Cinə dəmir göstərdilər
  4005. Çəkişməsən bərkiməzsən
  4006. Çayın daşı, çölün quşu
  4007. Candır, badımcan deyil
  4008. Cana gələn mala gəlsin
  4009. Can gedincə mal getsin
  4010. Çala-çala çalağan olar
  4011. Bulaq başından bulanar
  4012. Böyüyə hörmət vacibdir
  4013. Borc yaxşı günə gəlməz
  4014. Borc alan salam da var
  4015. Bir oх iki quşa dəyməz
  4016. Bir görür, iki istəyir
  4017. Bir əli od, bir əli su
  4018. Bir başa bir qoz yetər
  4019. Bilici olma, əkinçi ol
  4020. Bərk gedən tez yorular
  4021. Bəlkəni əkərsən bitməz
  4022. Bayquş xarabalıq sevər
  4023. Bayquş başın tək istər
  4024. Başmaq palçıqsız olmaz
  4025. Başda oturan bəy olmaz
  4026. Balta öz sapını kəsməz
  4027. Balalı qarğa bal yeməz
  4028. Az düşünən çox danışar
  4029. Az danışmaq ədəbdəndir
  4030. Axşam səbri xeyir olar
  4031. Axır-axır, çıxar paxır
  4032. Atalar sözü, Bakı,2004
  4033. Atalar sözü, Bakı,2004
  4034. Atalar sözü, Bakı,2004
  4035. Atalar sözü Bakı, 1985
  4036. At minəndə vərəm olmaz
  4037. at almamış nalını alır
  4038. Arpa əkən buğda biçməz
  4039. Arığa batman da yükdür
  4040. Analı quzu, xınalı quz
  4041. Ana ürəyi – dağ çiçəyi
  4042. Altun əli bıçaq kəsməz
  4043. Ağıla gələn başa gələr
  4044. Ağıl kişinin bəzəyidir
  4045. Ağ libas tez çirklənər
  4046. Adam adamın şeytanıdır
  4047. Ac qurd balasını yeyər
  4048. Ac doğrayar, tox yeyər
  4049. Abır harda, çörək orda
  4050. "Özün bil"lə qal olmaz
  4051. Dünya gedər durandır
  4052. Rüsvayçılıq uzun olur
  4053. Аlın təri ucаldаr əri
  4054. Yumurtadan yun qırxır
  4055. Yıxılanın dostu olmaz
  4056. Yaxşılıq yerdə qalmaz
  4057. Yarpaq altda gəzəndir
  4058. Xoş söz ürəyə qapıdır
  4059. Xiffəti qeyrətli edər
  4060. Xeyir iş yerdə qalmaz
  4061. Xamın gözü böyük olar
  4062. Xalq necə, biz də elə
  4063. Xalına bax, xalı toxu
  4064. Vəsiyyət yüngüllükdür
  4065. Vaxt atlı, biz piyada
  4066. Üzrü günahından artıq
  4067. Üz döndü, könül döndü
  4068. Ürəkdən ürəyə yol var
  4069. Toz ayrı - duman ayrı
  4070. Toydan sonra nağara?!
  4071. Tikan əkən gül dərməz
  4072. Tələsirsən, yavaş get
  4073. Təklik Allaha yaraşır
  4074. Tək ağacdan bağ olmaz
  4075. Tar çalan simi gözlər
  4076. Su murdarlıq götürməz
  4077. Su murdarlıq götürməz
  4078. Sınan gəmiyə nə külək
  4079. Sınan gəmiyə nə külək
  4080. Sevənin gözü kor olar
  4081. Sevənin gözü kor olar
  4082. Sel gətirən ucuz olar
  4083. Sel gətirən ucuz olar
  4084. Səbir cənnət açarıdır
  4085. Səbir cənnət açarıdır
  4086. Sarı yağdan tük çəkir
  4087. Sarı yağdan tük çəkir
  4088. Salavat gücə bağlıdır
  4089. Salavat gücə bağlıdır
  4090. Ruzi qismət ilə gələr
  4091. Qoyunu qurda tapşırma
  4092. Qorxan gözə çöp düşər
  4093. Qorxan bəzirgan olmaz
  4094. Qonaq bərəkət gətirər
  4095. Qoca at da arpa yeyər
  4096. Qoç igiddən qoç törər
  4097. Qisas qiyamətə qalmaz
  4098. Qaz vur, qazan doldur
  4099. Qaz uçdu, qarğa qondu
  4100. Qatır nə bilir xatır?
  4101. Qarpız qarın doyurmaz
  4102. Qarın səndən aşağıdır
  4103. Qaçmaq da hünərdəndir
  4104. Payın qabağı pay olar
  4105. Pay bölənə pay qalmaz
  4106. Padşahsız nağıl olmaz
  4107. Özünü tülkülüyə qoyub
  4108. Özü yazır, özü oxuyur
  4109. Özü özünə qəbir qazır
  4110. Özü getdi, sözü qaldı
  4111. Özgə gözü yaxşı görər
  4112. Öz ssözünü özün danış
  4113. Ot öz kökü üstə bitər
  4114. Örkən üstə darı səpib
  4115. Ölmüş inək südlü olar
  4116. Ölənin cibindən gedər
  4117. Nisyə - girməz kisəyə
  4118. Nəbzi mənim əlimdədir
  4119. Nə yeyilir, nə atılır
  4120. Nə ucu var, nə bucağı
  4121. Nə başı var, nə ayağı
  4122. Nadana halva acı olar
  4123. Murdarı murdar aparar
  4124. Hər şeyin sonu vardır
  4125. Hər şeyin öz yeri var
  4126. Həlləm-qəlləm adamdır
  4127. Haqq nazilər, üzülməz
  4128. Haqq doğrunun yarıdır
  4129. Gün çıxar, aləm görər
  4130. Gözəllərdə vəfa olmaz
  4131. Göz yaşı da borcdandı
  4132. Görən gözə kül üfürmə
  4133. Gəzən ayağa daş dəyər
  4134. Gedəni saxlamaq olmaz
  4135. Fənd edən yolda qalar
  4136. Elin gözü sərraf olar
  4137. El qabağı, yel qabağı
  4138. El köçər, adət köçməz
  4139. El insanın şöhrətidir
  4140. El içində - öl içində
  4141. El harda, sən də orda
  4142. El atanı haqq da atar
  4143. Doğma yurd şirin olar
  4144. Dava dağarcıq üstədər
  4145. Daş qayaya rast gəlib
  4146. Dağ yeri - duman yeri
  4147. Çıxan can geri dönməz
  4148. Cin ayrı, şeytan ayrı
  4149. Çay görməmiş çırmanır
  4150. Bir ölümə çarə yoхdur
  4151. Bir əldən səda çıxmaz
  4152. Bir daşla divar olmaz
  4153. Bilik ağlın aynasıdır
  4154. Bıçaq öz qının kəsməz
  4155. Bəşər şeytansız olmaz
  4156. Bədrəngdə bir rəngdir
  4157. Baxmaqla qarın doymaz
  4158. Baxmaq kirayə istəməz
  4159. Balıq dəryada böyüyər
  4160. Bağ salan barın yeyər
  4161. Az ye, öz çörəyini ye
  4162. Az olsun, yaxşı olsun
  4163. Axsaq at yüyrək ,olar
  4164. Axmaq baş bəlalı olar
  4165. Axar su gedər, qalmaz
  4166. Ataya oğul, anaya qul
  4167. Atalar sözü Bakı,2004
  4168. Atalar sözü Bakı,1985
  4169. At almamış axur çəkmə
  4170. Artıq tamah baş yarar
  4171. Arsız nədən arlanar?!
  4172. Arıq hara, qoruq hara
  4173. Allah verə, bazar ola
  4174. Al qapıda, sat qapıda
  4175. Ağzından dürr tökülür
  4176. Ağır qazan geç qaynar
  4177. Ağır otur, batman gəl
  4178. Ağac kökündən su içər
  4179. Ağac dibindən su içər
  4180. Adam adama lazım olar
  4181. Aciz adam qоrxaq оlar
  4182. Açıq qapını döyməzlər
  4183. Acı bibəri qurd yeməz
  4184. Ac qazanar, tоx yeyər
  4185. Zora dağlar dayanmaz
  4186. Zəri də var, zoru da
  4187. Zərərin bir başı var
  4188. Zərər çəkəndə dönmək
  4189. Zər deyəni zor deməz
  4190. Zəmanəyə uymaq gərək
  4191. Zəmanə adamı öyrədir
  4192. Zəhmətin ətri tərdir
  4193. Zəhər zəhəri öldürər
  4194. Zalımın ömrü az olar
  4195. Yumurtası tərs düşüb
  4196. Yumurtada tük bitməz
  4197. Ya zatdan, ya süddən
  4198. Xəstəyə yuxu şəfadır
  4199. Xəbəri uşaqdan öyrən
  4200. Xəbərçi yalançı olar
  4201. Xanın gözü dörd olar
  4202. Xan eylər xan divanı
  4203. Xallı üz göyçək olar
  4204. Üzüyü qaşça tanırlar
  4205. Üzü bəzək, içi təzək
  4206. Üz ki var – ətdəndir
  4207. Uşaq yeməyini bilməz
  4208. Uman yerdən küsərlər
  4209. Ucuzdan bahası olmaz
  4210. Ucuz verən tez satar
  4211. Ucuz satan tez satar
  4212. Tula itdən də murdar
  4213. Təzə bardaq, təzə su
  4214. Tələsən gecəyə düşər
  4215. Tək əldən səs çıxmaz
  4216. Təəssüf,tənbəl yatıb
  4217. Tale insanla oynayır
  4218. Su sənəyi suda sınar
  4219. Su sənəyi suda sınar
  4220. Su başdan bulanıqdır
  4221. Su başdan bulanıqdır
  4222. Söz danışıqdan keçər
  4223. Söz danışıqdan keçər
  4224. Saymaz it adam tutar
  4225. Saymaz it adam tutar
  4226. Salam Allahın adıdır
  4227. Salam Allahın adıdır
  4228. Sadağa qada qaytarar
  4229. Sadağa qada qaytarar
  4230. Rəhbərə yol göstərmə
  4231. Qonşu aşı dadlı olar
  4232. Qızıl Xızırı oynadar
  4233. Qız anadan öyüd alar
  4234. Qəzadan qaçmaq olmaz
  4235. Qazıdan qardaş olmaz
  4236. Qarlı qış barlı olar
  4237. Qanı su ilə yuyarlar
  4238. Qala içəridən alınar
  4239. Polad sınar, əyilməz
  4240. Papağımız günə yandı
  4241. Özün burda qalansan?
  4242. Özü ölçür, özü biçir
  4243. Övlad can yanğısıdır
  4244. Ömür edən yaşa dolar
  4245. Ölüb ölümdən qayıdıb
  4246. Ölüb ağlayanı yoxdur
  4247. Ölən inək südlü olar
  4248. Ölən ilə ölmək olmaz
  4249. Ocaq içindən tutuşar
  4250. Nuh əyyamından qalıb
  4251. Nər yükünü nər çəkər
  4252. Nənəsinə naməhrəmdir
  4253. Nə səs var, nə səmir
  4254. Nə at var, nə meydan
  4255. Nə alandır, nə satan
  4256. Nanəcibdən kənar gəz
  4257. Namı-nişanı qalmayıb
  4258. Nahaq iş ayaq tutmaz
  4259. Meşə çaqqalsız olmaz
  4260. Mərd əli kasad olmaz
  4261. Laçın qalada balalar
  4262. Hikmətdən sual olmaz
  4263. Hər şeyin öz adı var
  4264. Hər şeyi demək olmaz
  4265. Hər şeyə dodaq büzmə
  4266. Hər qohuma ərk olmaz
  4267. Hər qazanda qaynayar
  4268. Hər ağaran qar olmaz
  4269. Hər ağacda bar olmaz
  4270. Heç kəsə bel bağlama
  4271. Hayqırmaq gücə baxar
  4272. Haramın binası olmaz
  4273. Gözəldə etibar olmaz
  4274. Göz qənimini tanıyar
  4275. Göz gördüyünə inanar
  4276. Fikirsiz söz danışma
  4277. Evsizə qız verməzlər
  4278. Ev bizim, sirr bizim
  4279. Elm ağılın çırağıdır
  4280. El sevəni aləm sevər
  4281. El igidi ilə tanınar
  4282. El dəlisini aldatmaz
  4283. El arxası çəmən olar
  4284. El ağzı - çuval ağzı
  4285. El ad başına yığılar
  4286. Ehtiyatı əldən vermə
  4287. Dəvəsi ölmüş ərəbəm
  4288. Davanı qılınc aralar
  4289. Dava ilə yas qarımaz
  4290. Dava darlıqdan çıxar
  4291. Cinsini danan bicdir
  4292. Can bazarda satılmaz
  4293. Can baladan şirindir
  4294. Cahildə söz əylənməz
  4295. Bulamac dəliyə qaldı
  4296. Bir olsun, pir olsun
  4297. Bir iş var, iki əməl
  4298. Bıçaq zarafat sevməz
  4299. Bazarı oğruya tapşır
  4300. Başbilənsiz iş olmaz
  4301. Başa düş, başımı yar
  4302. Balıq başdan iylənər
  4303. Bala baldan şirindir
  4304. Bal da yesə dirilməz
  4305. Bağa bax, barını gör
  4306. Azar da kasıbı tapar
  4307. Az оlsun, nəqd оlsun
  4308. Axan su yolunu tapar
  4309. At olmasa, nə meydan
  4310. Arzu niyyətdən doğar
  4311. Artıq tikə baş yarar
  4312. Allah tənbəli sevməz
  4313. Alçaq ata hamı minər
  4314. Ağac səmtinə yıxılar
  4315. Ağac kökü üstə bitər
  4316. Aclıq sofiliyi pozar
  4317. Ac qurd aslanı basar
  4318. Ac qarnına soyuq su?
  4319. Ala itdən məşhurdur
  4320. Ziyan ağudan acıdır
  4321. Zəhmət hədər getməz
  4322. Yaxşı it ələ düşməz
  4323. Yalançı çox yanılar
  4324. Xəsisin dostu olmaz
  4325. Vətənsiz oğul olmaz
  4326. Verən əli kəsməzlər
  4327. Varlığa nə darlıq?!
  4328. Varlığa güvənməzlər
  4329. Üz döndü, göz döndü
  4330. Utananın oğlu olmaz
  4331. Türkün sonrakı ağlı
  4332. Ticarət al-verdədir
  4333. Tənbəl yatağan olar
  4334. Tələsən yolda qalar
  4335. Tanrı dadına çatsın
  4336. Tamah ağlı zay edər
  4337. Sürü axsaqsız olmaz
  4338. Sürü axsaqsız olmaz
  4339. Səhvsiz insan olmaz
  4340. Səhvsiz insan olmaz
  4341. Razı olan qəm yeməz
  4342. Qoca evin sütunudur
  4343. Qız yükü - duz yükü
  4344. Qismətdə olan gəlir
  4345. Qəza ilə oyun olmaz
  4346. Qəribin dostu olmaz
  4347. Qalan işə qar yağar
  4348. Paydan pay ummazlar
  4349. Papağın yerə girsin
  4350. Özü yıxılan ağlamaz
  4351. Öz sözü ilə tutulur
  4352. Öz rahatlığını istə
  4353. Öz arşını ilə ölçür
  4354. Ölü kəfənsiz qalmaz
  4355. Ölkə sahibsiz olmaz
  4356. Olan yerdən umarlar
  4357. Olacağa çarə yoxdur
  4358. Nənə evin kötüyüdür
  4359. Nəhəng dəryada olar
  4360. Nə izi var, nə tozu
  4361. Nə iyi var, nə səsi
  4362. Nə ins var, nə cins
  4363. Namərdə möhtac olma
  4364. Mərd özündən bilər,
  4365. Mərd gördüyün deməz
  4366. Lələ var, yurdu yox
  4367. Hər quş şahin olmaz
  4368. Haqq daşı ağır olar
  4369. Haqdan keçmək olmaz
  4370. Gözəl kamallı gərək
  4371. Gözəl aşı tez bişər
  4372. Gəzən şələ bağlamaz
  4373. Fələyin gözü kordur
  4374. Fələyin çərxi dönər
  4375. Evin bəzəyi ocaqdır
  4376. Ev böyüksüz olmasın
  4377. Ev bağda, bağ dağda
  4378. Ermənidən bəy olmaz
  4379. Elsiz dağ viranədir
  4380. Elçiyə zaval yoxdur
  4381. El qədrini el bilər
  4382. El namusu elə düşər
  4383. El hara, sən də оra
  4384. El gözü uzağı görər
  4385. El gözü aydın görər
  4386. El ağzı — yel ağzı
  4387. Dövlət başa bəladır
  4388. Dərd çəkənə görədir
  4389. Dəliyə qanun yoxdur
  4390. Dəlidən doğru xəbər
  4391. Culfa kəfənsiz ölər
  4392. Çoxluğa daş atılmaz
  4393. Çox hürən it tutmaz
  4394. Çox bilən çox çəkər
  4395. Cavan işə, qoca aşa
  4396. Bu günün sabahı var
  4397. Bir inad, bir murad
  4398. Bazar şeytan evidir
  4399. Baş ürəkdən su içər
  4400. Baş bostanda bitməz
  4401. Bağ satıb, dağ alıb
  4402. Bacarana baş qurban
  4403. Az-az ye, həmişə ye
  4404. Az-az ye, həmişə ye
  4405. Az olsun, saz olsun
  4406. Asta vur, Rasta vur
  4407. Asta gedən yorulmaz
  4408. Ağzına bax tikə kəs
  4409. Ağac acı, can şirin
  4410. Adam adıyla tanınar
  4411. Adam adama gərəkdir
  4412. Acmısan soyuq su iç
  4413. Aclığı yoxsul çəkər
  4414. Açıq ağız aç qalmaz
  4415. Acın andı and olmaz
  4416. Acığı gələn su içər
  4417. Ac hara, paxaç hara
  4418. Ac adamı qurd yeməz
  4419. Ac adam acıqlı olar
  4420. Dünya durağu demə
  4421. Nağdı əldən vermə
  4422. Zülmün axırı olmaz
  4423. Zəmanə adamı deyil
  4424. Zəhmətsiz iş olmaz
  4425. Zaman zamana uymaz
  4426. Yoldaşı yolda tanı
  4427. Yıxılanı vurmazlar
  4428. Xış kötüyə dayanıb
  4429. Xan evi - bəla evi
  4430. Xam dəmir döyülməz
  4431. Xalqın ağzı faldır
  4432. Xal üzün bəzəyidir
  4433. Süd igidə halaldır
  4434. Süd igidə halaldır
  4435. Sözü yerində söylə
  4436. Sözü yerində söylə
  4437. Səbir edən sevinər
  4438. Səbir edən sevinər
  4439. Qorxu başa bəladır
  4440. Qonaq bir gün olar
  4441. Qocalıqda yorğalıq
  4442. Qarın başa bəladır
  4443. Qanun zora tabedir
  4444. Qan eylə qanun ilə
  4445. Pul can yonqarıdır
  4446. Özgəyə bel bağlama
  4447. Öz kövşənində otla
  4448. Öz duzunuzla yeyin
  4449. Öyrənməyə ar olmaz
  4450. Ömrünə qəbalə alıb
  4451. Oğru it xoflu olar
  4452. Nə salam, nə kəlam
  4453. Namərdin adı olmaz
  4454. Nakəsə borclu olma
  4455. Məkkə evin içidir
  4456. Mayasız fətir olar
  4457. Lələ ikinci anadır
  4458. Hər ağız bir deyil
  4459. Hər ağıl bir deyil
  4460. Haram harama gedər
  4461. Gül tikansız olmaz
  4462. Fələyə şıllaq atır
  4463. Eyibli söz danışma
  4464. Evlənən evdar olar
  4465. Ev ayranı acı olar
  4466. Elin ağzı fal olar
  4467. Ehtiyat şərtdəndir
  4468. Doğru söz acı olar
  4469. Doğru söz acı olar
  4470. Dəliyə yazı yoxdur
  4471. Çibin qana yığılar
  4472. Can candan ayrıdır
  4473. Borc yaddan çıxmaz
  4474. Bir işi iki eyləmə
  4475. Bir atıb iki vurur
  4476. Bərəkət hərəkətdir
  4477. Başına gələn bilər
  4478. Balıq dəryada olar
  4479. Bala bəlasız olmaz
  4480. Bağ çəpərsiz olmaz
  4481. Az olsun, üz olsun
  4482. Axmaq it aya hürər
  4483. Axmaq axmağı tapar
  4484. Ana səbri böyükdür
  4485. Alt daşı ağır olar
  4486. Allah bir, söz bir
  4487. Ağzı ilə quş tutur
  4488. Ağır ayaq baş əyər
  4489. Açıq qaba it dəyər
  4490. Acdan xeyir gəlməz
  4491. Ac özünü оda vurar
  4492. Ac - yanından qaç!
  4493. Zülm yerdə qalmaz
  4494. Yunu var, ünü yox
  4495. Xan məni dindirdi
  4496. Verim vara baxmaz
  4497. Uşaqdan al xəbəri
  4498. Torbada pişik var
  4499. Təkədən qoç olmaz
  4500. Su özünə yol elər
  4501. Su özünə yol elər
  4502. Söz vaxtına çəkər
  4503. Söz vaxtına çəkər
  4504. Qar ili - var ili
  4505. Qanlını qan tutar
  4506. Öz yağı öz başına
  4507. Öz işini özün gör
  4508. Öz ipini özü eşir
  4509. Öz əlim, öz başım
  4510. Öz ağam, öz qulum
  4511. Ölümə çarə yoxdur
  4512. Ölü bit deyil ki!
  4513. Nuh-Nəbidən qalıb
  4514. Lütün dərdi olmaz
  4515. Lənət kor şeytana
  4516. Gözəl nazlı gərək
  4517. Gəlin ocağa gələr
  4518. Gəlin ocağa çəkər
  4519. Gədadan bəy olmaz
  4520. Evli evində gərək
  4521. El gücü, sel gücü
  4522. El gözü tərəzidir
  4523. El elin aynasıdır
  4524. Borc igidi əridər
  4525. Bəlaya səbr gərək
  4526. Bəla bəla gətirər
  4527. Basılanı əzməzlər
  4528. Bacaran bal yeyər
  4529. Avara adam kordur
  4530. Ara sözü ev yıxar
  4531. Ağ gün üz ağardar
  4532. Ağ at arpa yeməz?
  4533. Acdan ummaq olmaz
  4534. Ac adam yol kəsər
  4535. Adam var ki, adamların naxşıdı, adam var ki, heyvan ondan yaxşıdı; adam var ki, dindirərsən can deyər, adam var ki, dindirməsən yaxşıdı
  4536. Haram şirin olur
  4537. Yüz ölç, bir biç
  4538. Xəsis zalım olar
  4539. Xəsis acgöz olar
  4540. Xain qorxaq olar
  4541. Söz haqdan gəlir
  4542. Söz haqdan gəlir
  4543. Satdığın kimi al
  4544. Satdığın kimi al
  4545. Qoçdan qoç törər
  4546. Qız evi, naz evi
  4547. Qaçağı el saxlar
  4548. Pıç-pıç ev yıxar
  4549. Özünü günə verir
  4550. Özünü gözə soxur
  4551. Öz qabağından ye
  4552. Öz bəxtindən küs
  4553. Övlad sərmayədir
  4554. Ölü yerdə qalmaz
  4555. Naümid şeytandır
  4556. Nahaq qan batmaz
  4557. Haqq batil olmaz
  4558. El dəlisiz оlmaz
  4559. Dil başa bəladır
  4560. Dağ dağa arxadır
  4561. Cuhud qan görüb?
  4562. Can de, can eşit
  4563. Bülbül kimi ötür
  4564. Bir de, bir eşit
  4565. Bəndi selə vermə
  4566. Balıq suya çəkər
  4567. Ac qılınca çapar
  4568. Tək divar olmaz
  4569. El köçdü, qaldı
  4570. Cücəni sayarlar
  4571. Zaman səbrlidir
  4572. Xain suçlu olar
  4573. Üz üzdən utanar
  4574. Rüşvət haramdır
  4575. Pul əl çirkidir
  4576. Özü öz ağasıdır
  4577. Ölüdən pay umur
  4578. Nəfəs haqdandır
  4579. Hürən it qapmaz
  4580. Güvqazan bahası
  4581. Güc birlikdədir
  4582. Ev pəhləvanıdır
  4583. Duz çörək itməz
  4584. Dözən döş yeyər
  4585. Bağ bağbanındır
  4586. Arifə bir işarə
  4587. Söz sözü çəkər
  4588. Söz sözü çəkər
  4589. Qan yol verməz
  4590. Payın cənnətdə
  4591. Özüm öz ağamam
  4592. Ölü kimi yatır
  4593. Ölçməmiş biçmə
  4594. Nur gözdə olar
  4595. El ağzı faldır
  4596. Can şirin olur
  4597. Borc əsarətdir
  4598. Bəla dildəndir
  4599. Ac ol, dinc ol
  4600. Ac ayı oynamaz
  4601. Ac aman bilməz
  4602. Papaq üçündür
  4603. Zəhmət batmaz
  4604. Zatı qırıqdır
  4605. Nə ver, nə al
  4606. Zəhmət itməz
  4607. Ölüm haqqdır
  4608. Ev xoruzudur
  4609. Ev alma, al
  4610. Qiblə pakdı
  4611. Dünü)
  4612. Siçana dedilər: - Bu deşikdən çıx, gir o deşiyə, beş min altun verək sənə! Siçan dedi; - Bunda nə var, mənzili yaxın, pulu çox?!

نظرات (۰)

هیچ نظری هنوز ثبت نشده است

ارسال نظر

ارسال نظر آزاد است، اما اگر قبلا در بیان ثبت نام کرده اید می توانید ابتدا وارد شوید.
شما میتوانید از این تگهای html استفاده کنید:
<b> یا <strong>، <em> یا <i>، <u>، <strike> یا <s>، <sup>، <sub>، <blockquote>، <code>، <pre>، <hr>، <br>، <p>، <a href="" title="">، <span style="">، <div align="">
تجدید کد امنیتی